Elmin və alimlərin əməlinin rolu
İmam Baqir (əleyhissalam)-dan belə nəql olunur:
عالِمٌ يَنتَفِعُ بِعِلمِهِ اَفضَلُ مِن عِبادَةِ سَبعينَ اَلفَ عابِد
«Öz elmindən faydalanan alim yetmiş min abidin ibadətindən üstündür.»
İmam Sadiq (əleyhissalam) buyurur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:
فَضلُ العَالِمِ عَلَی العَابِدِ کَفَضلِ القَمَرِ عَلَی سائِر النُجُومِ لَيلَةَ البَدر
«Alimin abidə olan üstünlüyü bədrli ay gecəsində ayın sair ulduzlara olan üstünlüyü kimidir.»
Deməli, alimin nuru abidlə müqayisədə çox fərqlidir.
İmam Sadiq (əleyhissalam) buyurur ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur:
فَضلُ العِلمِ اَحَبُّ اِلَی اللّه مِن فَضلِ العِبادَه
«Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən artıqdır.»
İmam Baqir (əleyhissalam) buyurur:
يَأتِی صاحِبُ العِلم قدَّامَ العَابِد بِرَبوَةِ مسيرَةٍ خَمسَماَئَهِ عَامٍ
«Elm sahibi (dünya və axirətdə, bərzəx və qiyamətdə) ibadət edəndən beş yüz illik məsafə qədər qabaqdadır.»
İncə nöqtələr:
1. Elmin, təfəkkürün, eləcə də həqiqətlərin əldə olunmasının dəyəri bu hədislərdən aydın olur.
2. Abidlərin nuru alimlərin nurunda itib-batır.
3. İmamların və ilahi Peyğəmbərlərin sevdikləri şey elm, idrak və düşüncədir. Bunların sevimlisi olmaq üçün elm arxasınca getmək lazımdır ki, həyat şirin və hədəfli olsun, boş-boş və əbəs şeylərdən çəkinilsin.
4. Təfəkkür meydanında kamala, təkamülə çatıb hamını ötmək o qədər vacibdir ki, abidlər bu karvana çata bilmirlər. çünki bunların arasındakı fasilə çoxdur.
5. Karvanın arxasında olan şəxslər həmişə qabaqdakıların vasitəsi ilə yolu tapır və onların nurundan bəhrələnir, onları öz yollarında bələdçi hesab edirlər. Buna görə də abidlər həmişə alimlərdən bəhrələnirlər.
Kitabın adı: Böyük qeybət dövründə alimlər məqamı
Müəllif: Ehsan Zahiri