Düşmən müqabilində alimlərin varlığının tə’siri
Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
وَالَّذی نَفسُ مُحَمَّدٍ بِيَدِه لَعالمٌ واحدٌ أشَدُّ عَلی إبلِيس مِن ألفِ عابِد لاَنَّ العابِدَ لِنَفسِهِ و العالِمُ لِغَيرِهِ
«Mühəmmədin canı əlində olan şəxsə (Allaha) and olsun, bir alim İblisə qarşı min abiddən güclüdür. Çünki abid özü üçün, alim isə başqaları üçün çalışır.»
İncə nöqtələr:
1. Cin və insdən olan şeytanlar müqabilində alimin varlığının dəyəri bütün insanlardan üstün və güclüdür.
2. Düşmənin e’tiqadı və mədəni hücumları qarşısında bir nəfər ilahi alimin varlığı alim olmayan bir ordudan güclüdür.
3. Alimin düşüncəsi həm özünə, həm də başqalarına nicat verəndir.
4. Bir şəxsin ibadəti hamıya tə’sir etmir, yalnız onun özündə xülasələnir, lakin elm və əməl baxımından alimlərin vücudu hamıya tə’sirlidir.
5. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in düşmənlərin dini ideoloji və e’tiqadi hücumları qarşısında ilahi alimlərin rolunu and içərək göstərməsindən onun əhəmiyyəti mə’lum olur.
Kitabın adı: Böyük qeybət dövründə alimlər məqamı
Müəllif: Ehsan Zahiri