Alimlərin qələminin şəhidin qanından üstün olması
Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
إذا کَانَ يَوم القِيَامَةِ وُزِّنَ مِدَادُ العُلَمَاءِ بدَماءِ الشُهَدَاءِ فَيُرَجَّح مِدَادُ العُلَمَاءِ علی دَمَاءِ الشُّهَدَاءِ
«Qiyamət günü olanda alimlərin qələmi şəhidlərin qanı ilə müqayisə olunar və alimlərin qələmi şəhidlərin qanından üstün olar.»
İncə nöqtələr:
1. İslamı, e’tiqadiyyatı və islami-dini təfəkkürləri müdafiə edən, insanları hidayət edən qələmin dəyəri Allah yolunda şəhid olan bir şəxsin qanından daha fəzilətli və üstündür. Çünki Allah yolunun şəhidləri ilahi alimlərin və ariflərin tərəfindən hidayət olunur.
2. Qiyamət günü Allah tərəfindən edilən bu müqayisə ilahi ədalət və hikmət üzərindən baş verir.
3. Alimin qələmi Allah yolunda şəhid, mücahid, mühacir və mö’min insanlar yetişdirir. Rəvayətlərə əsasən əgər ilahi alimlərin hidayəti olmasaydı insanlar dindən çıxardılar.
4. Alimlərin qələmi şəhdlərin qanının peyğamını çatdırır, onların şücaət və rəşadətlərinin bəhrəsini canlandırır və onların adlarını xatirələrdə əbədi saxlayır.
5. Mədəni bir işin fiziki iş olan cihada (kiçik cihada) olan üstünlüyü və dəyəri çox aydındır. Birincisi bütün işlərdən və günəşin saçdığı hər bir şeydən dəyərlidir. İnsanları pis işlərdən çəkindirib yaxşı işlərə, Allahın əmrlərinə doğru hidayət etmək və mədəni dirçəliş yaratmaq savab baxımından din düşmənləri müqabilində cihadla müqayisədə bir dəryaya bənzər.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri