Alimlərin məqam və fəzilətləri
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:
فَإنّ العالمَ اَعظَمُ اَجراً مِنَ الصائم القائِمِ المُجَاهِدِ فِی سَبِيلِ اللهِ
«Həqiqətən alimin əcr və savabı Allah yolunda cihad edərək gecələri namazla keçirən, gündüzləri isə oruc tutan şəxsin savabından daha böyükdür.»
İbrətli nöqtələr:
1. İlahi alimlər insanları, Allahın buyurduğu namaz, oruc, cihad və ilahi hökmlərə doğru hidayət edən şəxslərdir.
2. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
اِذا کانَ يَومَ القِيَامَةِ وُزِّنَ مِدَادُ العُلَماء بدَماءِ الشُهداء فَيُّرَجِّحُ مِدادُ العُلَماءِ عَلَی دِماءِ الشُهَدَاء
«Qiyamət günü olduqda alimlərin qələmləri şəhidlərin qanı ilə müqayisə olunar və alimlərin qələmləri şəhidlərin qanından ağır gələr.»
Çünki şəhid yetirən və mö’min insan tərbiyə edən alimlər həqiqi mücahidlər, zahidlər və abidlərdir, ilahi nur onların bərəkətinə cəmiyyətdə olmuş və olacaqdır.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri