Alimlərin ilahi xilafət məqamı
Əmirəl-mö’minin Əliyybni Əbi talib (əleyhissalam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in belə buyurduğunu nəql edir:
اَللهُمَّ إرحَم خُلَفَائِی ثَلاَثاً قيل يا رسول اللّه وَ مَن خُلَفائُک قاَلَ الذِينَ يَأتُونُ بَعدِی وَ يَرُوون حَدِيثِی وَ سُنَتِی
«Pərvərdigara, mənim xəlifələrimə rəhm et!» Peyğəmbər bu sözü üç dəfə təkrar etdi. Deyildi ki, ya Rəsuləllah, sənin xəlifələrin kimdir? Buyurdu: «O kəslərdir ki, məndən sonra gəlib hədis və sünnətimi nəql edərlər.»
İncə nöqtələr:
1. Bu kəlamın nümunələri Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) dövründə mə’sum İmamlardır. Amma İmamların hüzuru dövründə və kiçik və böyük qeybət dövründə kimin olmasına gəldikdə isə, bu sualın cavabı tamamilə aydındır, mə’sum İmamların elmi məqamları bu həqiqəti bəyan edir. Salmanlar, Əbuzərlər, Bilallar, Miqdadlar Malik Əştərlər, İmam Hüseyn (əleyhissalam)-ın səhəbələri və Əhli-beyt (əleyhimussalam) məktəbinin şagirdləri, o cümlədən, Hişam ibni Həkəm və yüzlərlə başqa şagird, İmam Zaman (əleyhissalam)-ın xüsusi naibləri və dini alimlər o həzrətin böyük qeybət dövründəki ümumi naibləridir.
2. Nümunələri camiuş-şərait fəqihlər olan alimlər və ilahi hökmləri bəyan edənlər, hədis barəsində mə’rifətli olanlar böyük qeybət dövründə həzrət İmam Zaman (əleyhissalam)-ın ümumi naibləridir.
3. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) bu fəqih və alimlər üçün dəfələrlə dua etmişdir. Biz də onlar üçün dua etməliyik ki, özlərinin ağır vəzifələrini yerinə yetirməyə müvəffəq olsunlar.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri