Alimlərin məqamı
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
إنَّ اللّه و مَلائِکَتَهُ حَتَّی النّملَةَ فِی حُجرِها وَ حَتَّی الحُوتَ فِی البَحرِ يُصلّونَ عَلَی مُعَلِّمِ النَّاسِ الخَيرَ
«Həqiqətən Allah, Onun mələkləri, hətta yuvasında olan qarışqa və dənizdə olan balıq belə, insanlara xeyir öyrədən şəxslərə salavat və rəhmət göndərir.»
İncə nöqtələr:
1. Allah zikr əhlidir və Onun zikri Peyğəmbərə, onun Əhli-beytinə, ilahi elm müəllimlərinə və alimlərinə rəhmət göndərməkdir.
2. İlahi alimlər Peyğəmbərlərlə bir cərgədədir: çünki başqa bir rəvayətdə buyurulur ki,
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
«həqiqətən Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərir.»
3. Alimin, elmin və elm öyrətməyin dəyərini bütün varlıqlar, mələklər, hətta kiçikli-böyüklü dəniz və quru heyvanları başa düşürlər.
Amma çox təəssüflər olsun ki, bə’zi insanlar bu həqiqəti dərk etmirlər: »
أَكْثَرُهُمْ لاَ يَعْقِلُونَ
«Camaatın əksəriyyəti düşüncə əhli deyil.»
Başqa bir ayədə buyurulub:
أَكْثَرُهُمْ لاَ يَشْكرون
«Camaatın əksəriyyəti şükrü yerinə yetirmirlər.»
أَكْثَرُهُمْ يَجْهَلُون
«Camaatın əksəriyyəti cahildir.»
أَكْثَرُهُمُ الفاسِقُون
«Camaatın əksəriyyəti günah və fisq əhlidir.»
وَ أَكْثَرُهُمُ الكافِرُون
«Camaatın əksəriyyəti küfr və nankorluq əhlidir.»
بَلْ اَكْثَرُهُمْ لاَ يَعْلَمُونَ الحَقَّ فَهُم مُعرِضُونَ
«Camaatın əksəriyyəti haqqı bilmir və nəticədə ondan üz döndərirlər.»
وَ أَكْثَرُهُمْ كَاذِبُون
«Camaatın əksəriyyəti yalançıdır.»
أَكْثَرُهُمْ لاَ يَعْلَمُون
«Camaatın əksəriyyəti elm əhli deyildir, yə’ni əksər hallarda həqiqət barədə cahildirlər.»
Buna görə də elm öyrənib-öyrətməyin dəyərini bilmir və bu məsələyə diqqət yetirmirlər.
4. Alimlər insanlara nicat verən fəzilətləri, yaxşılıqları və xeyirləri öyrədənlərdir.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri