» » “Salavat” ayəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Salavat” ayəsi
    +5
    Müəllif: Huseynci Medine | 2-03-2017, 13:00 | Baxılıb: 1 493

    “Salavat” ayəsi

    “Əhzab” surəsinin 56-cı ayəsində buyurulur:

    إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

    “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey mö’minlər! (Siz də) ona salavat və salam göndərin, onun əmrinə təslim olun!”

    Bu ayədə İslam peyğəmbərinin (s) məqamı çox yüksək bəyan olunmuşdur. Çünki həm Allah, həm Onun bütün mələkləri Peyğəmbərə (s) salam və salvat göndərir. Həm də göstəriş verilir ki, bütün mö’minlər o həzrətə salam, salavat və rəhmət göndərsinlər. Bundan böyük məqam varmı?!

    Düzdür, bu ayədə Peyğəmbərin (s) övladlarından söz açılmamışdır. Lakin bir çox rəvayətlərə görə, səhabələr Peyğəmbərdən (s) “Sənə necə salam və salavat göndərək” – deyə soruşduqda, o həzrət “ali” (övladlar) sözünü də öz adının kənarında qeyd etmişdir. Demək, Allahdan o həzrət üçün salam və salavat istənildikdə, bu onun (s) övladlarına da aid olur. Burada Allah və mələklərinin həm Peyğəmbər (s), həm də onun övladlarına salavat göndərməsi sadə məsələ deyil. Bu tapşırıq onların Peyğəmbərdən (s) sonra ağır məs’uliyyət daşıdığını göstərir. Halbuki belə böyük məqama Peyğəmbərlə (s) sadəcə qohumluq vasitəsilə çatmaq qeyri-mümkündür.

    İndi isə əhli-sünnənin məşhur mənbələrində nəql olunan bir sıra rəvayətləri qeyd edirik:

    1) Buxarinin “Səhih” kitabında Əbu Səid Xudrinin belə dediyi nəql olunur: “Biz Peyğəmbərdən (s) soruşduq: “Ya Rəsuləllah! Sənə necə salam verməyin qaydası aydındır. Necə salavat göndərməyi isə bilmirik?” Peyğəmbər (ə) buyurdu: “Belə deyin: “Əllahummə səlli əla Muhəmmədin əbdikə və rəsulik, kəma səlləytə əla İbrahimə və ali-İbrahim və barik əla Muhəmmədin və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim!” (İlahi! Bəndən və rəsulun Məhəmmədə salavat göndər, necə ki, İbrahim və onun övladlarına salavat göndərdin. Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahimə bərəkət verdin!)

    Yenə həmin kitabda məşhur səhabə Kə’b ibn Ücrədən nəql olunur ki, müsəlmanlar həzrət Peyğəmbərdən (s), ona necə salavat göndərmək barədə soruşduqda, onlara bu qaydada salavat göndərməyi öyrətdi: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim övladlarına salavat göndərdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən. İlahi! Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!)

    Buxari bu hədisləri “salavat” ayəsinin təfsirində qeyd etmişdir.

    2) Əhli-sünnənin ikinci məşhur mənbəsi sayılan “Səhihi-Müslim” kitabında Əbu Məs’ud Ənsaridən belə nəql olunur: “Bir gün Peyğəmbəri-əkrəm (s) bizim yanımıza gəlmişdi. Biz Sə’d ibn Ubadənin məclisində idik. Sə’din oğlu Bəşir dedi: “Ya Peyğəmbər! Allah-taala bizə sənə salavat göndərməyi göstəriş vermişdir. Sənə necə salavat göndərək?”

    Peyğəmbər (s) bir az sükut etdikdən sonra buyurdu: “Deyin: Əllahummə səlli əla Muhəmməd və əla ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim və barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla ali-İbrahim fil-aləmin, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim övladlarına salavat göndərdin. Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki o zaman İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!) 

    3) Süyuti “Əd-durrul-mənsur” təfsirində Əbu Səid Xudrinin rəvayətini Buxari, Nisai, İbn Macə və İbn Mərdəveyhdən nəql etmişdir.

    Yenə həmin kitabda Əbu Səid Ənsarinin rəvayəti Termizi, Nisai və İbn Mərdəveyhdən, azacıq fərqlə Malik, Əhməd, Buxari, Müslim, Əbu Davuddan (onlar da Əbu Əhməd Saididən) nəql olunmuşdur.

    Hakim Nişapuri “Əl-müstədrəkü ələs-səhiheyn” kitabında İbn Əbi Leylidən belə nəql edir ki, Kə’b ibn Ücrə mənim yanıma gəlib dedi: “Peyğəmbərdən (s) eşitdiyim müjdəni sənə deyimmi?”

    Dedim: “Bəli!”

    Dedi: “Peyğəmbərdən (s) soruşdum ki, sənin Əhli-beytinə necə salavat göndərək?”

    Peyğəmbər (s) buyurdu: “Deyin: Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki, İbrahimə və onun övladlarına salavat göndərdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən. İlahi! Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki, İbrahimə və onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!”

    “Səhihi-Müslim” və Səhihi-Buxari”də mövcud olmayan hədisləri nəql edən Hakim Nişapuri yazır: “Bu hədisi eyni sənəd və mətnlə Buxari “Səhih” kitabında Musa ibn İsmayıldan nəql etmişdir. Mənim burada onu təkrar etməyimin səbəbi “Əhli-beyt” və “ali” sözlərinin eyni olduğunu göstərməkdir. Diqqət yetirmək lazımdır ki, Hakim Nişapuri bu hədisi Əhli-beytin Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) olduğunu açıq-aydın göstərən “Kisa” hədisindən sonra nəql etmişdir. Bu da öz növbəsində dərin mə’na kəsb edir. Bundan sonra Hakim Nişapuri “səqəleyn” hədisini, onun ardınca Əbu Hüreyrənin hədisini nəql edir. Orada deyilir: “Peyğəmbər (s) Əli, Həsən və Hüseynə (ə) baxıb buyurdu: “Mən sizinlə müharibəyə qalxan hər kəslə müharibə, sizinlə sülh edən hər kəslə sülh edirəm.”

    Məhəmməd ibn Cərir Təbəri də “Təfsir” kitabında “salavat” ayəsinin təfsirində yuxarıdakı rəvayəti azacıq fərqlə Musa ibn Təlhədən və onun atasından, başqa bir rəvayəti İbn Abbasdan, üçüncü bir rəvayəti Ziyad və İbrahimdən, dördüncü rəvayəti isə Əbdür-Rəhman ibn Bəşir ibn Məs’ud Ənsaridən nəql etmişdir.

    Beyhəqi də “Sünən” adlı məşhur kitabında bu haqda çoxlu rəvayət nəql etmişdir. Onların bə’zisi namazda təşəhhüd vaxtı müsəlmanların vəzifəsini aydınlaşdırır. Məsələn, Əbu Məs’ud və Əqəbət ibn Əmrin hədisində belə deyilir: “Bir kişi gəlib Peyğəmbərin (s) yanında əyləşdi. Biz də orada idik. O dedi: “Ya Rəsuləllah! Sənə salam verməyi bilirik. Lakin namaz qılanda sənə salavat göndərməyin qaydasını bilmirik. Sənə necə salavat göndərək?” Peyğəmbər (s) bir qədər susdu. Hətta biz o həzrəti belə görüb fikirləşdik ki, kaş kişi belə bir sual verməyəydi. Sonra Həzrət buyurdu: “Mənə salavat göndərmək istəsəniz, belə deyin: Əllahummə səlli əla Muhəmmədin-nəbiyyil-ummiyy və əla ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim və barik əla Muhəmmədin-nəbiyyil-ummiyy və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Ümmi peyğəmbərin Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim və onun övladlarına salavat göndərdin. Ümmi peyğəmbərin Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahim və onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!)

    Sonra o, Əbu Abdullah Şafeidən belə nəql edir: “Namazda Peyğəmbərə (s) salavat barədə söz açan bu hədis səhih və doğrudur.”

    Beyhəqi Peyğəmbəri-əkrəmə (s) mütləq şəkildə, yaxud namazda salavat göndərməyin qaydası haqda əlavə rəvayətlər də nəql etmişdir. Xüsusilə Kə’b ibn Ücrənin nəqlinə görə, Peyğəmbəri-əkrəm (s) namazda belə salavat deyirmiş: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim və barik əla Muhəmməd və ali-Muhəmməd, kəma barəktə əla İbrahim və ali-İbrahim, innəkə həmidun məcid!”

    Bu hədisdə açıq-aydın görünür ki, hətta Peyğəmbərin (s) özü namazlarında bu salavatı deyirmiş.

    Beyhəqi rəvayətlərin birini şərh edərkən yazır: “Bu rəvayət namaza aiddir. Çünki bu rəvayətdə qeyd olunan “qəd əlimna keyfə nusəllimu” (biz salam göndərməyin qaydasını bilirik”) – cümləsi namazın təşəhhüddən sonrakı salamına (Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh!) uyğun gəlir.”

    Beləliklə, bütün məzhəblərin əqidəsinə görə, müsəlmanlar namazda Peyğəmbəri-əkrəmə (s) salam göndərərkən “Əssəlamu ələykə əyyuhənnəbiyyu və-rəhmətullahi və bərəkatuh!”, təşəhhüddə isə “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd...” – cümlələrini deməlidirlər. Əlbəttə, əhli-sünnə məzhəbləri arasında bu məsələ ilə əlaqədar ixtilaf var. Şafei və hənbəlilər ikinci təşəhhüddə Peyğəmbərə (s) salavat göndərməyi vacib saydıqları halda, maliki və hənəfilər onu müstəhəb bilirlər. Lakin qeyd etdiyimiz rəvayətlərə əsasən, təşəhhüddə salavat demək hamıya vacibdir.

    Peyğəmbər (s) və onun Əhli-beytinə (mütləq şəkildə, yaxud namazın təşəhhüdündə) salavatın vacibliyi ilə bağlı rəvayətlər az deyil. Burada qeyd etdiklərimiz rəvayət və kitabların az bir qismi idi. Bu rəvayətlər İbn Abbas, Təlhə, Əbu Səid Xudri, Əbu Hüreyrə, Əbu Məs’ud Ənsari, Büreydə, İbn Məs’ud, Kə’b ibn Ücrə və imam Əli (ə) kimi səhabələrdən nəql edilmişdir.

    İnsanı daha çox heyrətləndirən məsələ budur ki, əhli-sünnə (alimləri də daxil olmaqla) Peyğəmbərdən (s) nəql olunan rəvayətlərdə “ali-Məhəmməd” (Məhəmmədin (s) övladları) sözünün qeyd olunmasına baxmayaraq, (çox nadir hallar istisnadır) həmişə salvatı naqis (“Səlləllahu əleyhi və səlləm”) deyirlər. Ən qəribəsi budur ki, salavatda “ali-Məhəmməd” (s) sözünün əlavə edilməsinə dair rəvayətləri nəql edərkən də Peyğəmbərin (s) adını yenə “ali-Məhəmməd” olmadan – “Səlləllahu əleyhi və səlləm” – şəklində deyirlər. (Bundan böyük inadkarlıq olmaz!) Biz bilmirik ki, Peyğəmbərin (s) aşkar göstərişinə müxalif çıxanlar qiyamət günü Allahın dərgahına hansı üzrlə çıxacaqlar?! Məsələn, Beyhəqi kimi bir alim Peyğəmbərə (s) salavat bölümünü bu ünvanla qeyd edir: “Babus-sələvati ələn-nəbiyyi (səlləllahu əleyhi və səlləm) fit-təşəhhüd.” Yə’ni “Təşəhhüddə Peyğəmbərə (səlləllahu əleyhi və səlləm) salavat bölümü”. Digər məşhur mənbələrdə də bunu eyni şəkildə qeyd etmişlər. Bu kitablarda fəsillərin istər müəlliflər, istərsə də tədqiqatçılar tərəfindən belə adlandırılması, qeyd edilən hədislərlə ziddiyyət təşkil edir. Bu məsələ ilə əlaqədar bəhsimizi iki hədislə sona yetiririk:

    İbnHəcər “Əs-səvaiq” kitabındaPeyğəmbəri-əkrəmin (s) belə buyurduğununəqledir:

    لا تُصَلُّواعَلَىَّ الصّلاةَ الْبَتْراءَ:

    “Mənə heç vaxt yarımçıq salavat deməyin.”

    O həzrətdən soruşdular: “Yarımçıq salavat necədir?”

    Peyğəmbər (s) buyurdu:

    اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ تُمْسِكُونَ، بَلْ قُولُوا اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ:

    “Əllahummə səlli əla Muhəmməd” – deyib, susmağınız. Əksinə, (salavatı) belə deyin: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd!”

    Bu hədisdən göründüyü kimi, salavatda “Muhəmməd” və “ali-Muhəmməd” (s) arasında hətta “əla” sözü belə ayrılıq salmamalı, “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd” – deyilməlidir.

    Səmhudi “Əl-işrafuəlafəzlil-əşraf” kitabındaİbnMəs’uddanPeyğəmbəri-əkrəmin (s) beləbuyurduğununəqledir:

    مَنْ صَلّى صَلاةً لَمْ يُصَلِّ فِيها عَلىَّ و عَلَى اَهْلِ بَيْتِى لَمْ تُقْبَلْ:

    “Kim namaz qılanda mənimlə Əhli-beytimə salavat deməsə, onun namazı qəbul deyildir.”

    Şafei məşhur bir şe’rində buna işarə edir:

     

    “Ya Əhlə-beyti Rəsulillah, hubbukum

    Fərzun minəllahi fil-Qur’ani ənzələh!

    Kəfakum min əzimil-qədri ənnəkum,

    Mən ləm yusəlli ələykum la səlatə ləh.”

     

    “Ey “Peyğəmbər Əhli-beyti”, sevginiz

    Vacib olub, Qur’andadı bu yazı!

    Yetər sizə o möhtəşəm qədriniz,

    Salavatsız kəsin puçdur namazı.”

     

    Namazda Allahın vacib buyruğu əsasında adı Peyğəmbərin (s) adının kənarında qeyd edilən şəxsləri başqaları ilə bərabər bilmək olarmı? Hansı insaflı şəxs bu işdə özünə bəraət qazandıra bilər? Məgər, bunlar birbaşa imamət və xilafəti onlara həsr etmirmi? Ədalətli və insaflı olmağı öz öhdənizə buraxırıq.

     

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi 

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.