![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Tövbə, yaxud nəfsin paklaşdırılması
Günahın qarşısının alınması və onun tərk edilməsi nəfsin paklaşdırılmasının ən yaxşı yoludur. Ümumiyyətlə günaha aludə olmayan və ilkin zati səfa və paklıqda qalan insan şübhəsiz sonradan tövbə edən insandan fəzilətlidir. Hələ günah işə mürtəkib olmayan, ona adət etməyən bir şəxs gözünü günahda daha asan yuma bilər. Amma bu iş günaha aludə olan və onu tərk etmək istəyən şəxsə bir qədər çətindir.
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Günahı tərk etmək tövbə etməkdən daha asandır.”
Amma əgər insan günaha aludə olsa belə, Allahın rəhmətindən mə’yus olmamalıdır. Çünki Allah dərgahına yüksəliş və nəfsin islah olunması yolu heç vaxt bağlanmamış, mehriban Allah tövbə və qayıdış yolunu bütün günahkarlar üçün açıq qoymuş və onlardan istəmişdir ki, Allah dərgahına qayıdıb tövbə etsinlər, tövbə suyu ilə nəfs lövhəsini aludəliklərdən və günah çirkinliklərindən təmizləsinlər.
Qur’anda buyurulur: “Mənim özlərinə zülm edən bəndələrimə de: «Allahın rəhmətindən mə’yus olmayın, həqiqətən Allah bütün günahları bağışlayır. O bağışlayan və mehribandır.»”
Yenə buyurur: “Mö’minlər sənin yanına gəldikləri zaman de: «Sizə salam olsun, Allah rəhmət və mehribanlığı Özünə vacib etmişdir. Sizlərdən hər biri nadanlıq üzündən çirkin bir iş görmüş olsa, sonra tövbə edib Allah dərgahına qayıtsa və özünü islah etsə, əlbəttə, Allah bağışlayan və mehribandır.»”
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









