![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Altıncı maneə - Özünü sevmək
Təkamül yolçusu bütün bu maneələri aradan qaldırdıqdan, bütün mərhələləri qət etdikdən sonra daha böyük bir maneə ilə qarşılaşır ki, o da özünü sevməkdir. O, məhz bu zaman anlayır ki, onun bütün əməlləri, hərəkətləri, hətta ibadətləri belə, özünü sevməkdən qaynaqlanır. İbadət, riyazət, zikr, dua, namaz və oruc öz nəfsinin kamala yetirməsi, axirət mükafatını alması üçündür ki, bu da onun nəfsinə qayıdacaqdır. Belə ibadətlər, insanı behiştə və axirət savabına çatdırmasına baxmayaraq, gözəl məqam olan zikr, şühud və liqa məqamına yüksəltməyəcəkdir. İnsan zat məqamından, nəfsi sevmək mərhələsindən çıxmayınca Mütəal Allahın misilsiz camalını müşahidə etməyəcək. O, bütün hicabları, hətta nəfsin hicablarını yırtmayınca, İlahi nurların onun qəlbinə saçmasına ləyaqət tapmayacaqdır.
Deməli, Bu yolun yolçularına zəruridir ki, cihad və riyazətlə özlərini zatını sevmək hüdudlarından çıxarsınlar, özünü sevməyi Allahı sevməyə çevirsinlər, bütün işlərini yalnız Allahın razılığı üçün yerinə yetirsinlər. Yemək yeməsi yalnız Allaha yetişmək üçün olsun, ibadət etməsi Allahı ibadət və pərəstişə layiq gördüyü üçün olsun. Belə bir insan nə dünyanı istəyir, nə də axirəti. Əksinə, yalnız Allahın Özünü istəyir. Hətta şühud, kəşf və kəraməti də istəmir. Həqiqi mə”buddan başqa heç bir şeyi nəzərində canlandırmır. Əgər son dərəcə çətin olan bu mərhələdən də keçsə, tövhid meydanına qədəm qoyaraq, çox dəyərli liqa, şühud mərtəbəsinə yüksələ və “ fi məq ” ədi sidqin ində Məlikin muqtədir ”dərgahına yüksələ bilər.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |