Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Yolun maneələri
Kamal yolunu qət edib ali məqamlara çatmaq çox da asan bir iş deyildir. O, çox mühüm və çətin bir işdir. Bu yolda çoxlu maneələr vardır ki, müridlər onları cihad meydanında özlərinə rəqib bilərək onlara qarşı mübarizə aparmalıdırlar. Əks halda məqsədə çatmayacaqlar.
Birinci maneə - Qabiliyyətin olmaması
Allah dərgahına doğru mə’nəvi təkamülün, ilahi məqamlara çatmağın ən böyük maneəsi mürid şəxsin nəfsinin qabiliyyətinin olmamasıdır. Günaha batmaq nəticəsində aludə olub qaralan bir qəlb ilahi nurların saçma məkanı ola bilməz. İnsanın qəlbi günah nəticəsində şeytanın əmr mərkəzinə çevrilsə, Allah dərgahına yaxın olan mələklər ora necə nazil ola bilər?!
İmam Cə’fər Sadiq (ə) buyurur: “ İnsan günaha mürtəkib olan zaman onun qəlbində qara bir nöqtə yaranır . Əgər günahdan tövbə edərsə , həmin qara nöqtə məhv olub aradan gedir . Əgər günaha davam edərsə , qara nöqtə də tədricən böyüyür . Nəhayət qəlbin hər bir yerini örtür . Belə olan halda bu qəlb sahibi heç vaxt nicat tapmaz .”
İmam Cə’fər Sadiq (ə) buyurur: «Atam belə buyurdu: “ İnsan qəlbi üçün günahdan da pis bir şey yoxdur . Çünki günah qəlblə müharibəyə başlayır , nəticədə , ona qələbə çalır . Belə olduqda qəlb tərsinə çevrilir .”»
Günahkar şəxsin qəlbi tərsinə çevrilir və öz yolunun əksinə hərəkət edir. Belə olan halda Allah dərgahına necə yaxınlaşa bilər və ilahi nuru necə əxz edə bilər?! Deməli, mürid insana vacibdir ki, əvvəlcə nəfsini saflaşdırsın, günahlardan təmizlənməyə çalışsın. Məhz bundan sonra riyazət və zikrə başlasın. Əks halda onun zikr və ibadətdəki sə’yləri və fəaliyyətləri onu Allah dərgahına yaxınlaşdırmayacaqdır.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |