Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İkinci maneə - Dünyəvi bağlılıqlar
Bu yolun ən böyük maneələrindən biri maddi və dünyəvi bağlılıqlardır. O cümlədən, mal-dövlətə, həyat yoldaşına, övladlara, evə, həyat-məişət vasitələrinə, mənsəbə, məqama, rəyasətə, ata-anaya, qardaşa, bacıya, hətta elm və biliyə olan bağlılıq buna misal ola bilər. Bu cür bağlılıqlar insanı mə’nəvi yüksəliş yolundan və hərəkətdən saxlayır.
Maddi varlıqlara könül verib onlara məftun olan qəlb onlardan necə əl çəkə bilər və yüksək aləmlərə necə seyr edə bilər?! Dünyəvi işlərin mərkəzi olan bir qəlb ilahi nurların saçmasına necə ləyaqəti çatar?! Bundan əlavə, hədislərə uyğun olaraq dünya məhəbbəti bütün günahların mənşəyidir və günahkar insan Allah dərgahına yüksəliş yolunu ötüb keçə bilməz.
İmam Cə’fər Sadiq (ə) buyurur: “ Dünyaya məhəbbət bütün günahların mənşəyidir .”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ İnsanın Allah qarşısında günah etməsinin altı səbəbi var : Dünyaya bağlılıq , rəyasətə bağlılıq , qadına bağlılıq , yeməyə bağlılıq , yatmağa bağlılıq və rahatlığa bağlılıq .”
İmam Cə’fər Sadiq (ə) buyurur: “ Bəndənin Allahdan ən uzaq olan vaxtı odur ki , qarnını doyurmaqdan , şəhvət hisslərini tə ’ min etməkdən başqa bir məqsədi olmasın .”
Cabir deyir: «İmam Məhəmməd Baqirin (ə) hüzuruna getdim. O, mənə buyurdu:
-Ey Cabir! Mən qəm-qüssəliyəm, qəlbim məşğuldur.
Ərz etdim:
-Sənə fəda olum, sənin qəm-qüssəli və məşğul olmağına səbəb nədir?
Buyurdu:
-Allahın saf və xalis dini hər kəsin qəlbinə daxil olsa, qəlbi Allahdan başqa şeylərdən təmizlənər. Ey Cabir! Dünya nədir?! Nə dəyəri vardır?! Görəsən bir tikə yeyilməlidən, geyilməli paltardan, evləniləcək qadından da başqa bir şeydən ibarətdirmi? Ey Cabir! Mö’minlər dünyaya və onun həyatına e’timad etməzlər. Axirət aləminə daxil olmaqdan özlərini amanda görməzlər. Ey Cabir! Axirət əbədi dünya, dünya isə keçid yeridir. Lakin dünya əhli bu məsələdən qafildirlər. Mö’minlər düşüncə, təfəkkür və ibrət əhlidirlər. Qulaqlarına çatan şeylər onları Allahın zikrindən yayındırmır, dünyanın qızıl-gümüşünü (bər-bəzəyini) görmək onları Allahdan qafil etmir. Onlar axirətin savabını dərk edib ona çatırlar.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ İnsan imanın şirinliyini yalnız o zaman dada bilər ki , dünya yeməklərinə e ’ tinasız yanaşsın .”
Deməli, təkamül yolçusu bu əlaqə və bağlılıqları öz qəlbindən çıxarmalıdır ki, yüksək mə’nəvi, ilahi məqamlara doğru hərəkət etmək onun üçün müyəssər olsun. Dünya işlərinin fikrini qəlbindən çıxarsın ki, onun yerinə Allahın zikri keçsin.
Qeyd olunmalıdır ki, hədislərdə məzəmmət olunan şey dünyəvi işlərin özləri yox, onlara qəlbən bağlılıq və ona məftun olmaqdır. Təkamül yolçusu sair insanlar kimi, öz həyatını davam etdirmək üçün yeməyə, geyməyə, məskənə, həyat yoldaşına ehtiyacı var və bu kimi ehtiyacları o, hökmən tə’min etməlidir.
Nəslin davam etməsi üçün insan evlənməlidir, cəmiyyətin həyatını idarə etmək üçün müəyyən ictimai məs’uliyyətləri qəbul etməlidir. Məhz buna görə də müqəddəs islam şəriətində bunların heç biri məzəmmət olunmamışdır, əksinə, onların hər biri qürbət qəsdi ilə yerinə yetirilərsə, ibadət hesab olunur və insanı Allah dərgahına yaxınlaşdırır. Bunların özləri insanın mə’nəvi yüksəlişinə maneə, Allahın zikrindən qafilliyə səbəb olmaz. Maneə bu kimi dünyəvi işlərə bağlılıq və məftun olmaqdır. Əgər bu işlər həyatda əsas məqsədə çevrilsə, insanın bütün fikrini-zikrini özünə məşğul etsə, onda bunun ardınca Allahdan qafil olmaq gəlir. Pulpərəstlik, qadın və vəzifə düşkünlüyü, məqampərəstlik, elmpərəstlik məzəmmət olunur və insanı Allah dərgahına seyr etməkdən saxlayır, amma pul, məqam, elm özü isə öz-özlüyündə belə deyildir.
Məgər Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əmirəl-mö’minin (ə), İmam Səccad (ə) və sair imamlar (ə) çalışıb fəaliyyət etmir və ilahi ne’mətlərdən bəhrələnmirdilərmi? Bu da islamın ən böyük məziyyətlərindən biridir ki, həm dünya, həm də axirət işləri üçün müəyyən hədd-hüdud tə’yin etmişdir.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |