Üçüncü maneə - Həvayi-nəfsə tabe olmaq
0
Müəllif:
Elya | 7-06-2017, 12:00 | Baxılıb: 1 048
Üçüncü maneə - Həvayi-nəfsə tabe olmaq
Üçüncü maneə nəfsani meyllərə (həvayi-nəfsə) tabe olmaqdır. Nəfsani istəklər qatı tüstü kimi qəlb evini qaraldır. Belə bir qəlbin ilahi nuraniyyəti qəbul etməyə ləyaqəti çatmır. Həva-həvəslər daimi olaraq qəlbi o tərəfə bu tərəfə sürükləyir, onun rahat və asudə olmasına, Allahla xəlvət etməsinə, Onunla ünsiyyət yaratmasına imkan vermir. Gecə-gündüz nəfsani istəklərini tə’min etməyə çalışır. Belə bir şəxs nə vaxt dünyadan hicrət edərək Müqəddəs Dərgaha yaxınlaşa bilər?!
Mütəal Allah Qur’ani-Kərimdə buyurur: “ Həvayi - nəfsə itaət etmə , çünki o , səni Allah yolundan saxlayar .”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “ Camaatın ən şücaətlisi odur ki , öz həvayi - nəfsinə qələbə çalsın .”
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.