Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Təqva və azadlıq
Bə’ziləri belə fikirləşə bilər ki, təqva insanı azadlıqdan məhrum edir, onun üçün müəyyən məhdudiyyətlər yaradır və həyatı insan üçün çətinləşdirir. Lakin islam bu yanlış əqidəni rədd edir və buyurur ki, təqva insanın azadlıq, asayiş, izzət və alicənablığına səbəb olur. Bununla yanaşı təqvasız insanı əsir və qul hesab edir.
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Təqva hidayətin , müqavimətin açarı , axirət ehtiyatıdır . Təqva qul olmaqdan və fəlakətdən qurtuluş vasitəsidir .”
O Həzrət (ə) yenə buyurur: “İslamı qəbul etməkdən böyük bir şərafət , təqvadan əziz bir izzət ( əzizlik ) və vərə ” dən ( təqvanın yüksək dərəcəsi ) yaxşı bir pənahgah yoxdur .”
Yenə buyurur: “Hər kəs təqvalı olsa çətinliklər və şiddətli müsibətlər ondan uzaqlaşar , acı hadisələr onun üçün şirin olar , çətinliklər dalğası onun ətrafında pərakəndə olar və çətinliklər onun üçün asanlaşar .”
Bu hədislərdə təqva çətinliklərin həll olunması üçün bir açar, insanın azadlıq və izzət səbəbi, çətinliklərdən və həyatın acı hadisələrindən qurtuluş vasitəsi və ən yaxşı sığınacaq kimi təqdim olunmuşdur.
Deməli, təqva heç vaxt insanın məhdudiyyətinə, azadlıqdan məhrum olmasına səbəb olmur. Əksinə, o, insanın şəxsiyyətini dirçəldir və onu şəhvət, qəzəb və intiqamçılıq hissləri, kin-küdurət, özünü sevmək, xudbinlik, təəssüb, inadkarlıq, tamahkarlıq, mal-dövlət düşgünlüyü, özünəpərəstiş, məqam, vəzifə və qadın düşgünlüyü, şəhvətpərəstlik kimi yaramaz, rəzil xüsusiyyətlərdən azad edir, onun insani şəxsiyyətini və əqlini gücləndirir ki, qərizələrə və nəfsin tüğyançı qüvvələrinə qalib gəlsin, onları normal hala salsın və həqiqi mənafeyi istiqamətində ona yol göstərsin, bu qərizə və qüvvələrin ifrat və təfritinin qarşısını alsın.
Qur’ani-Kərim həvayi-nəfsə itaət edərək ona müt’i olanları, nəfsani istəklərin tə’min olunmasında çalışanları, öz nəfsani meyllərinə çatmaq üçün heç bir hədd-hüdud gözləməyənləri bütpərəst və nəfspərəst adlandırır və buyurur: “O kəsi görmədinmi ki , elmi ola - ola öz həvayi - nəfsini özünə mə ’ bud qərar vermişdir ?! Allah onu yoldan azdırdı , qulağına və qəlbinə möhür vurdu , gözlərinə zülmət pərdəsi saldı . Allahdan başqa kim onu hidayət edə bilər ? Məgər ibrət almazlarmı ?!”
Bəli, özünün nəfsani istəkləri qarşısında qeydsiz-şərtsiz təslim olan, o istəklərə çatmaq üçün heç bir çirkin əməldən çəkinməyib dəlicəsinə onları əldə etməyə çalışan, əqlin xeyirxahlıq nidasına, Peyğəmbərin (s.ə.v.v.) yol göstərməsinə qulaq asmayan şəxslər doğrudan da nəfsin əsiri və quludur. Həvayi-nəfs insanın şəxsiyyətini, əqlinin dəyərli gövhərini məğlub edərək öz əsarəti altına alır. Onun əsarətdən azad olması üçün təqvadan başqa bir yol yoxdur. Deməli, təqva məhdudiyyət gətirmir. Əksinə, insana həqiqi azadlıq verir.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |