Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Təqvanın tərifi
Adətən təqva mənfi bir proqram, yə’ni günahlardan çəkinmək və pəhriz etmək kimi təqdim olunur və belə təsəvvür edilir ki, ictimai işlərdə iştirak etməklə təqva halətinin qorunub saxlanması çox çətindir, hətta qeyri-mümkündür də. Çünki insanın nəfsi təbii olaraq günahlara meyl edir, əgər ictimai məs’uliyyətləri qəbul edərsə təbii olaraq günaha doğru çəkiləcəkdir. Buna görə də ya təqvalı və pəhrizkar olmalı və ictimai işlərdən kənara çəkilməli, ya da ictimai məs’uliyyətləri qəbul edərək təqvanı əldən verməlidir. Çünki onların hər ikisinin bir yerə yığışması qeyri-mümkündür.
Bu cür təfəkkürdən belə çıxır ki, insan nə qədər guşənişin olsa bir o qədər təqvalı olacaqdır. Amma ayələrdə, hədislərdə və “Nəhcül-bəlağə”də təqva müsbət bir dəyər kimi qiymətləndirilir. Təqva yalnız günahın tərk olunması deyildir. Əksinə bundan ibarətdir ki, insanda batini bir qüvvə olsun və onunla nəfsini nəzarət altına ala bilsin ki, davamlı məşğələlər, riyazətlər nəticəsində nəfs üçün belə bir səciyyə hasil olsun və nəfsini o qədər gücləndirsin ki, Allahın əmrlərinə müt’i, qeyri-qanuni nəfsani istəklər və meyllər qarşısında müqavimətli və sabit olsun. Lüğətdə də təqva həmin mə’nadadır.
Təqva qoruyub-saxlamaq mə’nasında olan “viqayə” kökündən alınmışdır. Təqva yə’ni, «özünü saxlamaq» və «nəfsi nəzarət altına almaq.» Təqva mənfi və inkari bir iş deyil, insana müsbət sifət və toxunulmazlıq verən bir xüsusiyyətdir. Təqva insanın şəriət qanunları və göstərişlərinə itaət etməklə əlaqədar vəfalı qalmasıdır. Hər günahın tərk edilməsinə təqva deyilmir. Əksinə, təqva insanda günahın tərk edilməsi, nəfsin nəzarət alınması ilə əlaqədar səciyyənin yaranmasıdır. Təqva ən yaxşı axirət ehtiyatıdır. Bu da mənfi deyil, müsbət bir işdir. Nümunə üçün Əmirəl-mö’minin Əliyyibni Əbitalibin (ə) kəlamlarından bir neçəsinə diqqət yetirin:
“ Ey Allah bəndələri , sizi təqvaya tövsiyə edirəm ! Çünki təqvanın nəfs ilə münasibəti onu yaxşılıqlara doğru çəkən bir cilov kimidir . Belə isə təqvanın möhkəm iplərinə sarının , onun həqiqətlərindən tutun ki , sizi aramlıq və rifah mənzillərinə , geniş vətənlərə , hifz olunan pənahgahlara və izzət mənzillərinə çatdırsın .”
“ Həqiqətən təqva sizin üçün bir pənahgah və sipər , sabah ( qiyamət ) üçün behiştə doğru olan aşkar bir yoldur ki , onu keçənlər fayda aparar , onu əmanət alanlara mühafizəçi olar .”
“ Ey Allah bəndələri , agah olun ( və bilin ) ki , təqva möhkəm bir pənahgahdır . Günah və təqvasızlıq təməlsiz bir evdir ki , sakinlərini saxlayıb ona sığınanları qoruya bilməz . Bilin ki , təqva ilə günahların zəhərləri və tikanları kəsilir .”
“ Ey Allah bəndələri ! Həqiqətən təqva Allah övliyalarını günahdan elə saxlayır və Allahdan qorxunu onların qəlblərində elə qərarlaşdırır ki , gecələri ibadət etmək və Allahla raz - niyaz üçün oyaq qalır , gündüzləri oruc tuturlar .”
“ Həqiqətən təqva bu dünyada sənin üçün sığınacaq və ölümdən sonra səadətdir .”
Gördüyünüz kimi bu hədislərdə təqva müsbət və vücudi bir dəyər, insanı çirkinlikdən saxlayıb ona toxunulmazlıq verən bir qüvvə, güclü nəzarətçi bir amil kimi təqdim olunur. Təqva bir cilova bənzəyir ki, onun vasitəsilə günahkar, ipə-sapa yatmayan nəfs, onun istək və meylləri nəzarət altına alınır və tənzimlənir. Təqva möhkəm bir qalaya və hasara bənzəyir ki, insanı batini düşmənlərinin – yə’ni qanunsuz nəfsani istəklərin və şeytani həvəslərin hücumlarından qoruyur. Təqva şeytanların öldürücü və zəhərli oxlarının qarşısını alan bir sipərə bənzəyir. Təqva insana azadlıq verir, onu həvayi-nəfsin zəncirlərindən, əsarətindən xilas edir, boynundan hərislik, tamahkarlıq, həsəd, şəhvət və qəzəbin buxovlarını götürür. Təqva məhdudiyyət deyil, nəfsi nəzarət altına almaq və onu mülkiyyətə keçirməkdir. Təqva insana izzət, şərafət və şəxsiyyətdə müqavimət verir, qəlbi şeytani fikirlərin hücumundan saxlayıb ilahi mələklərin nazil olması və müqəddəs nurların saçması üçün hazırlayır, əsəb sisteminə aramlıq və xatircəmlik verir. Təqva insanı soyuqdan, istidən və bə’zi hadisələrdən qoruyan paltara və evə bənzəyir.
Qur’anda buyurulur: “Təqva paltarı daha xeyirlidir .”Deməli, təqva mənfi bir sifət deyil, müsbət bir dəyər və axirət üçün yol ehtiyatıdır. Əlbəttə, Qur’anda və hədislərdə təqva günah qarşısında qorxmaq, onu tərk etmək mə’nasında da gəlmişdir. Lakin bunlar təqvanın özü deyil, onun tələbləridir.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |