Təqva şəriət hökmlərinin qoyulmasında hədəfdir
İslamda təqva əsl əxlaqi bir dəyər, şəriət hökmlərinin qoyulmasında əsas hədəf kimi təqdim edilmişdir. Qur’anda buyurulur: “Ey insanlar ! Sizi və sizdən qabaqkıları yaradan Pərvədigarınıza ibadət edin , bəlkə təqvalı olasınız .
“ Sizdən əvvəlki insanlara oruc vacib edildiyi kimi , sizə də vacib edildi , bəlkə təqvalı olasınız .”
“ Qurbanlıqların əti və qanı Allaha çatmır , lakin sizin təqvanız Allaha çatır .”
“ Axirət səfəri üçün yol ehtiyatı götürün , ( və bilin ki ,) ehtiyatların ən yaxşısı təqvadır .”
Gördüyünüz kimi, bə’zi ibadətlərin qanun şəklinə salınmasında əsas hədəf və hətta ibadətin özünün fəlsəfəsi bu olmuşdur ki, bəndələr o əməlləri yerinə yetirməklə təqvalı olsunlar. Təqva islam nəzərində o qədər əhəmiyyət daşıyır ki, sair əməllərin qəbul olunmasında me’yar hesab edilir, təqvasız əməl rədd olunur və onun heç bir faydası yoxdur.
Qur’anda buyurulur: “Allah ( yaxşı əməlləri ) yalnız müttəqilərdən ( təqva sahiblərindən ) qəbul edir .”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: “Təqva əldə etmək üçün əməlin özündən daha artıq sə ’ y göstər , çünki təqva ilə olan heç bir əməl az , kiçik deyildir . Allah tərəfindən qəbul olunan bir əməl necə az və kiçik hesab edilə bilər , halbuki Qur ’ anda buyurulur : “ Allah ( əməli ) yalnız müttəqilərdən qəbul edir ”
İmam Cə’fər Sadiq (ə) buyurur: “Onların ağlamaqları səni aldatmasın , çünki təqva yalnız qəlbdədir .”
Qur’anda buyurulur: “Əgər səbr etsəniz və təqvalı olsanız bu , işlərin ən mühümündən ibarətdir .”
Gördüyünüz kimi Qur’anda və hədislərdə təqva əsaslı bir dəyər, ən yaxşı yol ehtiyatı, qəlbin xəstəliklərindən ötrü ən yaxşı dərman, nəfsin təzkiyə və təmizlənməsində ən böyük vasitə kimi təqdim olunmuşdur. Onun əhəmiyyətini çatdırmaq üçün təkcə bunu demək kifayətdir ki, şəriət qanunlarının və hökmlərinin qoyulmasında əsas məqsəd təqvadır.
İndi isə təqvanın mə’nasını izah edirik.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini