![](/uploads/posts/2017-04/1491597031_img_2003.jpg)
Təqva və guşənişilik
Guşənişin həyat tərzi keçirib ictimai məs’uliyyətləri qəbul etməmək nəinki təqvanın əlamətlərindəndir, hətta bə’zi hallarda təqvanın tam əksi sayılır. İslamda röhbaniyyət (tərki-dünyalıq) və guşənişinlik yoxdur. Bu din insana günahdan qaçmaq üçün guşənişinlik edərək dünyəvi işləri tərk etməyi tövsiyə etmir. Əksinə, ondan istəyir ki, məs’uliyyətləri qəbul etsin, ictimai işlərdə iştirak etsin, eyni halda təqva vasitəsilə öz nəfsini cilovlayıb nəzarət altında saxlasın və onu azğınlıqdan qorusun.
İslam heç vaxt “qanuni rəyasət və məqamı qəbul etmə” demir. Əksinə, o, deyir ki, bunları qəbul et, özü də Allahın razılığını qazanmaq, Allah bəndələrinə xidmət etmək üçün qəbul et. Şan-şöhrət qulu olma, onu şan-şöhrət qazanmaq, nəfsani istəklərə və şəhvətlərə nail olmaq üçün bir vasitə qərar vermə, haqq yolundan çıxma.
İslam heç də buyurmur ki, təqva mərhələsinə çatmaq üçün ticarət və qazancdan əl çək, halal ruzi əldə etmək üçün çalışma. O, sadəcə olaraq buyurur ki, dünyanın əsiri və ona qul olma.
İslam heç vaxt demir ki, dünyanı tərk et və ibadət üçün bir guşədə əyləş; o buyurur ki, dünyada yaşa və onun abadlığı üçün çalış. Lakin dünya əhli kimi ona məftun olma. Dünyanı Allaha doğru yaxınlaşmaq üçün bir vasitə et.
Təqvanın əsas məqsədi də məhz budur ki, islamda ən yaxşı dəyər və xislətlər kimi təqdim olunmuşdur.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini