» » Təqva – təzkiyənin mühüm amilidir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Təqva – təzkiyənin mühüm amilidir
+1
Müəllif: Elya | 5-04-2017, 16:00 | Baxılıb: 1 075

 

Təqva – təzkiyənin mühüm amilidir

 

İslam məktəbində təqva çox böyük imtiyaza malikdir. Mö’minlərin içərisində müttəqilər (təqvalılar) də imtiyazlı şəxslər hesab olunur. Qur’anda, hədis kitablarında, xüsusilə “Nəhcül-bəlağə” kitabında təqva kəlməsi və bu kökdən alınan sair kəlmələr çox təkrar olunmuşdur. Qur’ani-Kərim insanların dəyər və kəramətinin me’yarını təqva hesab edərək buyurur: “Allah yanında sizin ən əziziniz və ən hörmətliniz ən təqvalı olanınızdır .”

Təqva ən gözəl axirət ehtiyatı və səadətin ən böyük vasitəsi kimi təqdim olunur. Qur’anda buyurulur: “(Öz axirətiniz üçün ) yol ehtiyatı tədarük görün , ehtiyatların ən yaxşısı təqvadır .”

Yenə buyurulur: “Yaxşı əməl sahibləri və təqvalı olanlara çox böyük mükafat veriləcəkdir .”

“ Belə isə hər kəs təqvalı olub layiqli əməllər görsə onlar üçün heç bir qorxu və qəm - qüssə olmayacaqdır .”

“ Pərvərdigarınızın məğfirətinə , bağışlamasına və behiştə doğru tələsin . Elə bir behişt ki , onun genişliyi asimanların və yerin genişliyi qədərdir və təqvalılar üçün nəzərdə tutulub .”

“ Həqiqətən müttəqilər behiştdə və ne ’ mətlər arasında yaşayırlar , Pərvərdigarın əta etdiyi ne ’ mətlərdən xoşhaldırlar .”

“Nəhcül-bəlağə”də və hədis kitablarında təqva əxlaqın başı, ən böyük səadət vasitəsi kimi təqdim olunmuşdur.

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Təqva bütün əxlaqların başıdır .”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Bir xüsusiyyət hər kəsdə olsa dünya və axirət onun ixtiyarında olacaq , behiştə gedəcəkdir . Soruşdular: Ey Allahın Rəsulu, o hansı xüsusiyyətdir? Buyurdu: «Təqva . Hər kəs camaatın ən hörmətlisi ( izzətlisi ) olmaq istəyirsə təqvanı özünə adət etsin . ( Sonra bu ayəni oxudu :) “ Hər kəs təqvalı olsa Allah onun üçün ( düşdüyü çətin vəziyyətlərdən ) çıxış yolu qərar verəcək , ruzisini gümanı gəlmədiyi yerdən çatdıracaqdır .”»

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “(Amandır ) heç vaxt təqvanı əldən vermə . Çünki o , bütün xeyirləri və yaxşılıqları əhatə edir . Təqvadan başqa bir xeyir yoxdur . Təqva vasitəsilə əldə olunan xeyirlər də ondan başqasında tapılmır . İstər dünya xeyri olsun , istərsə də axirət xeyri .”

İmam Səccad (ə) buyurur: «Hər əməlin şərafət və dəyəri təqva ilədir . Səadət və nicat yalnız müttəqilər nail olurlar . Mütəal Allah buyurur : “ Həqiqətən səadət və qurtuluş müttəqilərə məxsusdur .”»

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Ey Allah bəndələri ! Agah olun və bilin ki , müttəqilər axirət ne ’ mətlərindən bəhrələnəcəklər . Dünya ne ’ mətlərindən bəhrələnməkdə dünya əhli ilə şərikdirlər . Lakin dünya əhli axirətdə onlarla şərik deyillər . Dünyada ən yaxşı şəkildə yaşayır , ən yaxşı yeməklərdən istifadə edirlər . Müttəqilər dünyada müşriklərin və təkəbbürlülərin istifadə etdiyi həmin ne ’ mətlərdən istifadə edirlər , lakin dünyadan çoxlu fayda və yol ehtiyatı ilə köçəcəklər . Dünyada zöhd ləzzətindən faydalanır və bilirlər ki , qiyamətdə Allahın rəhməti sayəsində yaşayacaqlar . Onlar hər nə istəsələr Allah yerinə yetirəcək və onların ləzzətlərdən olan bəhrələri azalmayacaqdır .”

Bə’zi hədislərdə təqva nəfsin saflaşdırılması və paklanması üçün mühüm amil, nəfsani xəstəliklərə şəfa verən ən yaxşı dərman kimi təqdim olunur. Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Həqiqən təqva sizin qəlblərinizə şəfa verən , qəlblərinizin korluğunu işıqlandıran , bədən xəstəliklərinizə şəfa verən , sinələrinizin fəsadını islah edən , nəfsin aludəliklərini paklayan , göz pərdələrini cilalayan , batini iztirablarınıza aramlıq verən , sizin qaranlıqlarınıza nuranilik verən bir şeydir .”

 

Kitabın adı: Nəfsin saflaşdırılması

Müəllif: Ayətullah İbrahim Əmini

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.