![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Yeddinci maneə - İradənin zəifliyi
Bu yolun bəlkə də ən mühüm maneələrindən biri iradənin zəifliyi, qəti qərara gəlməyə dair qüdrətin olmamasıdır. Bu maneə insanı ilk əvvəldən əməldən saxlayır. Şeytan və nəfsi-əmmarə ilk əvvəldə riyazət, seyri-süluk (kamal yolunu qət etmə) kimi məsələləri kiçik, əhəmiyyətsiz və qeyri-zəruri məsələlər kimi qələmə verir və çalışır ki, insanı hüzuri-qəlb olmadan, sadəcə zahiri vəzifələri yerinə yetirməklə, qane etsin. O deyir: «Sənin bu vəzifə və ibadətləri yerinə yetirməkdən başqa vəzifən yoxdur, hüzuri-qəlblə, diqqət və zikrlə nə işin var?!» Bə’zən bu fikirlərə düşsə də belə yüzlərlə hiylə və məkrlə onun iradəsini zəiflədir. Bə’zən, bu mövzunu o qədər çətin nəzərə çarpdırır ki, tamamilə mə’yus olur.
Lakin mürid bir insan şeytanın vəsvəsələrinin və nəfsi-əmmarənin istəklərinin qarşısında sinə gərməli, Qur’an ayələrinə, Əhli-beyt (ə) hədislərinə, mə’rifət və əxlaq kitablarına müraciət etməklə seyri-sülukun, hüzuri-qəlbi əldə etməyin, zikr və şühudun dəyərinə vaqif olur. Bunların dəyərinə agah olduqdan, özünün əbədi səadətini onda gördükdən sonra tam ciddiyyətlə əməl məqamına gəlir. Özündə ümidsizliyə əsla yol vermir, öz nəfsinə xitab edərək deyir: «Bu yol çətin olsa da, mənim gələcək səadətim ona bağlıdır, əmələ başlamalıyam, çünki, Allah-Təala buyurur: “ O kəslər ki , Bizim yolumuzda cihad edərlər , onları Öz yolumuza hidayət edərik .”»
Bizim ruhi-mə”nəvi təkamül və Allah dərgahına yaxınlaşmağımızın ilk vasitəsi olan Allah zikri ilə əlaqədar söhbətimiz sona çatdı. Buna görə də əziz oxuculardan üzr istəyirik.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |