![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Beşinci maneə - zəruri olmayan sözlər danışmaq
İnsanı Allah dərgahına yaxınlaşmaqdan saxlayan, hüzuri-qəlb yaranmasına mane olan səbəblərdən biri də faydasız, zəruri olmayan sözlər danışmaqdır.
Mütəal Allah insana nitq qüvvəsi vermişdir ki, öz ehtiyaclarını aradan qaldırsın. Əgər ehtiyac qədərində danışarsa, bu böyük ne’mətdən düzgün istifadə etmiş olur. Amma əbəs, zəruri olmayan işlərə sərf edərsə, Allahın bu böyük ne’mətini zay etmiş olur. Bundan əlavə, çox danışmaq, hətərən-pətərən sözlər demək insanın fikrini pərakəndə və pərişan edir, nəticədə, Mütəal Allaha diqqət yetirib hüzuri-qəlb tapa bilmir. Məhz buna görə də çox və faydasız sözlər danışmaq hədislərdə məzəmmət olunmuşdur. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Çox danışmaqdan çəkinin , yalnız Allah zikrindən başqa . Çünki çox danışmaq – Allah zikrindən başqa – qəlbin qəsavətli olmasına ( bərkiməsinə ) səbəb olur . Allahdan ən çox uzaq olan insanlar qəlbi qara olanlardır .”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “ Dilini saxla və sözlərini say ki , xeyir deməkdən başqa bir sözün olmasın .”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Danışıq üç cürdür : Faydalı danışıq , sağlam danışıq və faydasız danışıq . Faydalı danışıq Allah zikrindən ibarətdir . Sağlam danışıq Allah tərəfindən sevilən danışıqdır . Faydasız danışıq isə camaat barəsində deyilən əbəs ( lazımsız ) sözlərdir .”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) yenə buyurur: “ Dilini saxla . Çünki bu , nəfsin üçün ən yaxşı hədiyyədir . ( Sonra buyurdu :) İnsan yalnız dilini saxlamaqla imanın həqiqətinə nail olar .”
İmam Riza (ə) buyurur: “ Üç şey dərrakə və düşüncənin nişanələrindəndir : Səbirli olmaq , elm , sükut . Sükut hikmət qapılarından olan bir qapıdır . Sükut məhəbbətə səbəb olur və hər bir xeyrə yol göstərir .”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “ Əql kamil olduqca söz ( danışıq ) azalar .”
İmam Cə’fər Sadiq (ə) buyurur: “ Heç bir ibadət sükutdan və Allah evinə ( həccə ) piyada getməkdən fəzilətli deyildir .”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: “ Sənə uzun müddətli sükutu tövsiyə edirəm , çünki bu vasitə ilə şeytan səndən uzaqlaşar . Sükut dini qorumaq üçün yaxşı bir köməkdir .”
Bir sözlə, Allah dərgahına doğru seyr etmək istəyən şəxsə vacibdir ki, öz dilini tamamilə nəzarət altına alsın və ölçülüb-biçilmiş söz danışsın, çox danışmaqdan ciddi şəkildə uzaq olsun, dünyəvi işlər barəsində onun həyatı üçün zəruri olan miqdarda danışsın. Bunun əvəzində dilini zikr, elmi və faydalı mətləblərə, ictimai məsələlərə məşğul etsin.
Böyük ustadımız rəbbani arif əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai (rəhmətullahi əleyh) buyururdu: «Mən sükutdan çox dəyərli nəticələr müşahidə etdim. Qırx gecə-gündüz sükut edin, zəruri olan işlərdən başqa bir şey danışmayın, fikr (təfəkkür) və zikrə məşğul olun ki, sizin üçün qəlbi səfa və nuranilik hasil olsun.»
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |