Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Tövbənin qəbul olunması
Əgər tövbə düzgün olsa Allah dərgahında hökmən qəbul olunur. Bu da mehriban və mərhəmətli Pərvərdigarın ne’mətlərindən biridir. Allah bizi cəhənnəm və onda əzaba düçar olmaq üçün deyil, əbədi səadət və behişt üçün yaratmışdır. Peyğəmbərləri göndərmişdir ki, insanları əbədi səadət və xoşbəxtlik yoluna hidayət etsinlər, günahkarları tövbə edib Allah dərgahına qayıtmağa çağırsınlar.
Allah tövbə qapısını hamı üçün açıq qoymuşdur və daim insanları öz dərgahına doğru də’vət edir. İlahi peyğəmbərlər və övliyalar insanları daim tövbəyə doğru çağırmışlar. Çoxlu Qur’an ayələrində Allah-təala günahkarları Öz tərəfinə də’vət edir və onların tövbəsini qəbul edəcəyini və’də verir. Allahın və’dələrində də yalana yol yoxdur. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və mə’sum imamlar (ə) da yüzlərlə hədisdə camaatı tövbə edib Allah dərgahına qayıtmağa də’vət etmiş, onlara ümid vermişlər.
Qur’anda buyurulur: “O həmin Allahdır ki , bəndələrinin tövbəsini qəbul edib günahları bağışlayır . O , gördüyünüz işlərin hamısından agahdır .''
Yenə buyurulur: “Əlbəttə , Mən tövbə edib iman gətirən və saleh əməllər görüb hidayət olunanlar üçün çox - çox bağışlayanam .”
Yenə buyurulur: “O kəslər ki , hər vaxt yaramaz bir iş görüb , nəfslərinə zülm etdikdə Allahı xatırlayır və günahları üçün istiğfar edirlər . Allahdan başqa kim günahları bağışlaya bilər ? Və o kəslər ki , günahın çirkinliyini bilə - bilə çirkin işlər və günahlarda davamlı olmazlar . Məhz , o kəslərin əməllərinin mükafatı bağışlanmaq və ağaclarının altından çaylar axan behiştlərdir ki , həmişəlik orada yaşayacaqlar . Əməl sahibləri üçün necə də yaxşı mükafatdır !”
İmam Məhəmməd Baqir (ə) buyurur: “Günahdan tövbə edən şəxs ümumiyyətlə , günah etməyən şəxs kimidir . Günah işlərə olduğu kimi davam edən və sadəcə dildə istiğfar edən şəxs məsxərəçi şəxsə oxşayır .”
Bu kimi ayə və rəvayətlər olduqca çoxdur. Deməli, tövbənin qəbul olunmasında şəkk-şübhəyə yer yoxdur və Mütəal Allah tövbə edənləri sevir. Qur’anda buyurulur: “Həqiqətən , Allah tövbə edib paklananları sevir .”
İmam Məhəmməd Baqir (ə) buyurur: “Allahın tövbə edən bəndədən razılığı qaranlıq bir gecədə minik heyvanını və yol ehtiyatını itirdikdən sonra tapan şəxsin sevincindən daha artıqdır .”
İmam Cə’fər Sadiq (ə) buyurur: “Bəndə xalis və davamlı tövbə edəndə Allah onu sevir və günahlarının üstünü örtür ” Ravi ərz etdi: Ey Peyğəmbərin övladı, onun günahlarını necə örtür? Buyurdu: “Əməli yazan mələklər o bəndənin günahlarını unudur , Allah bəndənin bədən üzvlərinə və yerə ( günahın edildiyi yerə ) göstəriş verir ki , Bizim tövbə edən bəndəmizin günahlarını örtün . Belə adam Allahla ( Qiyamətdə ) görüşəndə heç kəs və heç bir şey onun günahlarını müşahidə etmir .”
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |