» » 11-ci dərs - "Ecaz”-ın lüğəvi mənası


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    11-ci dərs - "Ecaz”-ın lüğəvi mənası
    +5
    Müəllif: Yusifi Zehra | 1-10-2015, 13:00 | Baxılıb: 1 268
     
    11-ci dərs - "Ecaz”-ın lüğəvi mənası
     
    Lüğətdə "ecaz” kəlməsi üçün bir neçə məna zikr olunubdur:
    1. "Əlfat” – o şey ondan fövt oldu.
    2. "Vicdanul əcz” – onu aciz tapdı.
    3. "Ehdasul əcz” – onu aciz etdi. 
    Rağib İsfəhani "Müfrədat” kitabında yazır: "Əcz” maddəsi bir şeydən geri qalmaq mənasındadır. Ürfdə isə bir işi əmələ gətirməkdən aciz olmağa deyirlər. 
     
    "Ecaz”-ın istilahi mənası
     
    İstilahda ecaz, peyğəmbərlik iddiası edən bir şəxsin əmələ gətirdiyi işə deyərlər ki, başqaları o işi etməkdən acizdirlər. Bu işə möcüzə deyərlər və bu, peyğəmbərlik iddiası edən şəxsin peyğəmbərliyinə şahiddir.
     
     Ən yaxşı möcüzə
     
    Ən yaxşı möcüzə odur ki, öz zamanında olan məşhur sənətə və peşəyə oxşar olsun. Ona görə o sənətə arif və alim olanlar hamıdan yaxşı bilirlər ki, peyğəmbərliyə şahid gətirilən bu iş adi peşələrdən fərqlidir. Buna əsasən də alimlər peyğəmbərlərin möcüzəsini təsdiq etməkdə başqalarından irəlidədirlər. Necə ki, Həzrət Musa (ə)-ın möcüzəsinə ilk dəfə iman gətirənlər sahirlər (sehr edənlər) oldular.
    Allah-Təala Həzrət Musa (ə)-a sehrin müqabilində əsa, Həzrət İsa (ə)-a müalicəsi olmayan xəstəliklərin müqabilində müalicə yolu, axırıncı peyğəmbəri olan Həzrət Mudəmməd (s)-ə isə ərəblərin şerdə və ədəbiyyatda şox inkişaf etdiyi bir zamanda gözəl fəsahət və bəlağətə malik olan Quranı əta etdi. Bunların da möcüzə olduğunu öz dövrlərinin bu işdə ustad olanları birinci başa düşdülər.
    Muğeyrət ibni Şobə cəhalət dövründə Ərəbistan yarımadasında böyük bir ədib, fəsahət və bəlağətli şer yazan bir şəxs idi. Müşriklər onu Peyğəmbər (s)-lə söhbətə göndərdilər. O, qayıdandan sonra dedi: o sözlər bəşər sözü deyil. Müşriklər dedilər: deyək ki, Muhəmməd (s) dəlidir.
    Muğeyrət cavabında dedi: siz bilmirsiz o yüksəklikdə kəlam sahibi olan bir şəxsə cünun adı yapışdırmaq mümkün deyil? Deyin ki, sahirdir, bəlkə bu yol ilə insanları ona inanmağa qoymadıq.
    Bəli, belə olub. Bütün peyğəmbərlər öz zamanlarında inkişaf edən bir peşəyə uyğun möcüzə gətiriblər. O zamanın da başbilənləri onun möcüzə gətirənin isə peyğəmbər olduğunu hamıdan əvvəl biliblər. Amma bilmək ayrı işdir, inanıb əqidə bağlamaq ayrı iş. Onlar tanıyırdılar, bilirdilər, amma, o həqiqəti aşkar etmirdilər. Ona görə ki, şəxsi mənafeləri təhlükəyə düşürdü. Elə müasir dövrdəki kimi. Çoxları həqiqəti başa düşürlər, amma, nə isə bu həqiqətin qarşısında onların bəndəçilik boyunlarının əyilməsinə mane olur. Bu maneə cəhalətdirmi? Xeyr. Cahillər haqqı tanıyanlar cərgəsinə hələ daxil olmayıblar. Hansı səbəb? Bəlkə inadkarlıq? Bəlkə dünyanın çirkin olan quru adı və bir tikə acı yeməyi? Bu acı tikələrin hesabına insanlar çoxlu şirin yeməklərini əldən veriblər. Bir quru ada xatir böyük üxrəvi adlarını və məqamlarını itiriblər. İmam Hüseyn (ə) bir nəfərə nəsihət edərkən belə buyurdu: "Sən 80 ilin günahını toplamısan, çox səhvlər edibsən. Bu günahları ancaq Allah yolunda şəhid olmaq təmizləyər”.
     
    O adam isə cavabında dedi: "İstəyirsən yaxşı atları verim sənə”.
    təəssüf edərək geri qayıtdı. Həmən adam da başa düşmədi ki, 80 il idi ki, o, günah edirdi. Onun günahının təmizlənməsi lazım idi, atın yox. O şəxs qalan ömrünü təəssüflə keçirdi. Həmişə o fürsəti əldən verdiyi üçün peşimançılıq çəkərdi. Rahatlıq olmadı onun qalan ömründə.
    Bəli, cəhalət, inadkarlıq, dünyapərəstlik və başqasına qulluq etmək – hamısı insanı haqdan döndərən səbəblərdir.
    Həzrət Peyğəmbər (s) buyurdu: "Bədbəxt adam axirətini dünyasına satandır. Ondan bədbəxti isə öz axirətini başqasının dünyası üçün əldən verəndir”
    Başqasının əmrlərini icra edib, onun dünyasına xidmət edən insanlar çox uduzmuşlardır. Insan fitrətində və quruluşunda başqasının dünyasına xidmət etmək yoxdur. Bunlar heyvani qərizələrin insani hisslərə üstün gəlməsindən vücuda gəlir. İnsan rəzilləşir, insanlığını itirir, sonra həqiqəti tanıyıb onu ayaqları altına atır. Bilir ki, onu qiymətləndirən, ona "əhsəni təqvim” adını verən haqqa boyun qoymağıdır. Bilir ki, bu haqdan uzaqlaşması onun pisliyinə gətirib çıxardır. Bununla belə haqqı atıb, batilin ardınca gedir.
    Bəni Üməyyə sarayında xidmət edən bir alimə İmam Səccad (ə) belə buyurdu: "Bu işinlə zalimlərə nə qədər xeyir verib, özünün nə qədər ziyana düşdüyünü bilirsənmi?”
    Yuxarıda dediyimiz səbəblərin hamısı pisdir. Çünki hamısı insanı haqdan uzaqlaşdırır. Amma bunların hamısından pisi, başqasının göstərişlərini icra etmək, axirəti başqasının dünyasına satmaqdır. Deyirlər, bir gün şahın naharına badımcandan yemək bişirirlər. Şah yeyir, xoşu gəlir və aşpaza deyir: "Bu badımcan nə yaxşı yemək imiş”. Bunu vəzir də təsdiqləyir. Bunu eşidən aşpaz sabah da həmən xörəkdən bişirdi. Əsəbi olan padşah "Məmləkətdə yemək bişirməyə bir şey yoxdur?” deyə badımcanı pisləməyə başladı. Vəzir də öz növbəsində aşpazı danladı. Şah üzünü vəzirə tutaraq, "Ay vəzir, səndən də baş açmaq olmur. Mən tərifləyəndə tərifləyirsən, pisləyəndə isə pisləyirsən” deyir.
    Vəzir özünə məxsus bir tərzdə, "Şah sağ olsun, mən sənin vəzirinəm, badımcanın yox” deyir.
    Bəli şahın vəzirləri, özlərini başqalarına qul edənlər bu gün də vardırlar. Bu gün Peyğəmbər (s)-ə sehrbaz deyə bilməyənlər, Quranın əldə düzəltmə olduğunu iddia edə bilməyənlər başqa formada haqq ilə düşmənçilik edirlər. Ayələrin mənasını dəyişdirib həqiqət adı ilə, özlərini isə həqiqət tərəfdarları kimi qələmə verirlər.
    Bu barədə genişliyi ilə sonradan bəhs olunacaq. Qayıdaq söhbətimizin əvvəlinə. Görək Quran hansı səbəblərə görə möcüzə hesab olunur
     
    Fəsahət və bəlağət
     
    Fəsahət və bəlağət gözəl kəlmələrlə yetirici mənalar ifadə etməyə deyərlər. Belə ki, kəlmələr dilə yatıcı olsun, eyni halda mənalar zehinlərə tez çatsın. Həzrət Peyğəmbər (s)-in besət dövründə ərəblər ədəbiyyat və şer sahəsində çox yüksək bir mərhələyə çatmışdılar ki, yer üzündə heç zaman o pilləyə qalxan ədəbiyyat olmamışdır. Belə bir zamanda Quran nazil olur. Fəsahət və bəlağəti o qədər yüksək olur ki, bütün ərəbləri və şairləri kölgədə qoyaraq onların şer və nəsrlərinin üstünə pərdə çəkir.
    Tarixdə çoxlu hekayələr olubdur. Böyuk ədiblərə Quranın ayələrindən oxuyanda onların bədəni lərzəyə düşübdür. Quranın ilahi bir möcüzə olduğunu etiraf ediblər.
     
     Quranda ixtilafın olmaması
     
     
    Bilirik ki, Qurani-Kərim 23 ilin müddətində tədriclə nazil olubdur. Müxtəlif hadisələrdə, cürbəcür münasibətlərdə Qurani-Kərim çoxlu məsələləri əhatə edibdir. İncəsənət, ictimai, iqtisadi, siyasi, etiqadi, əxlaqi məsələlər Quranda cilvələnibdir.
    Quranda keçmişlərin qissələri nəql olunubdur. Əqli dəlillərlə məsələlər sübuta yetirilibdir. Bu qədər məsələlərin içərisində kiçik də olsa heç bir ixtilaf yoxdur.
    Qurani-Kərim "Nisa” surəsinin 82-ci ayəsində belə buyurur: "Aya Quranda (Quran və ya Quran dediyi məsələlər barədə - red.) fikirləşmirlər, əgər Allah tərəfindən gəlməsəydi, onda çoxlu ixtilaflar tapardılar”.
    افلا يتدبرون القران ولو كان من عندى غير االله لوجدوا فيه اختلافاكثيرا
    Bəli, dərs oxumayan, məktəb görməyən bir nəfərin vasitəsilə belə bir kitabın ərsəyə gəlməsi həqiqətən böyük möcüzədir.
     

    Maarif cəhətindən möcüzə olması
     
    İslam maarifi və etiqadı salim əql və qüvvətli dəlillər ilə uyğundur. Allahı tanıması, tovhid və başqa məsələləri çox gözəl bir surətdə bəyan edir və bunu indiyə qədər qoruyub saxlayır. Heç bir təhrif əli ona yetişə bilməyib. Başqa dini kitablar təhrif olunaraq öz peyğəmbərlərinə nalayiq işlər nisbət veriblər. Amma Quran maarifi bəyan edəndə bu məsələləri çox gözəl açaraq peyğəmbərimizə böyük əxlaq və digər fəzilətlər nisbətini vermişdir. 
     
    Qanun qoymaqda Quranın möcüzəsi
     
    Quranın bu qismətdə möcüzə olmasında heç bir şəkk yoxdur. Əxlaqın süqut edib aradan getdiyi, ictimai rəsm və ədəblərin söndüyü, qarət və quldurluğun hesabsız bir dərəcəyə çatdığı bir zamanda, qızların diri halda basdırıldığı, xəyanət, fəsad və ədalətsizliyin aləmi əhatə etdiyi bir vaxtda Quran nazil olur, həddindən artıq dərəcədə mütərəqqi olan bir qanun gətirir. İnsani fəzilətlər bayrağını qaldırır. Camaatı qardaşlığa, sədaqətə, əmanətdarlığa, vəhdət və insaniyyətə dəvət edir. Insanları cəhalətdən elmə, zülmətdən nura çağırır. Bu gün də şərq və qərb islam mədəniyyətinin kölgəsində qalıbdır. Ümumiyyətlə Quranda olan qanunların cəmi, Quranın möcüzə olmasına bir dəlildir.
     
     Qeybi xəbərlər vermək cəhətindən Quranın möcüzə olması
     
    Qurani-Kərimdə keçmişlərin xəbəri xilqətin əvvəlindən besətə qədər vardır. Habelə gələcəkdən də çoxlu xəbərlər verilmişdir ki, bunların hər ikisi qeybi xəbərlərdir. Gələcəkdən bir xəbər vermək və o xəbərin də düzgün çıxması özü də bir möcüzədir.
    Bu xəbərlərdən bəzilərinə işarə edək:
    1. Quran, keşmiş peyğəmbərlər və onların ümmətindən söhbət açaraq bu xəbəri qeybi bir xəbər adlandırır. Həqiqətdə bunlardan tarixdə heç kəsin xəbəri olmayıb.
    "Hud” surəsinin 49 – cü ayəsində belə buyurulur: (Həzrət Nuhun haqqında danışandan sonra) "Dediyimiz qeybi xəbərlərdir, sənə vəhy etdik, nə sən, nə də sənin qövmün bunlardan xəbərdar deyildiz”.
    ...تلك من انباء الغيب نوحيها اليك ما كنت تعلمها انت و لا قومك من قبل هذا
    2. Qurani-Kərim gələcəkdə baş verəcək hadisələrdən xəbər veribdir ki, onların hamısı xəbər verildiyi kimi baş veribdir. Məsələn:
    غلبت الروم فى ادنى الارض وهم من بعد غلبهم سيغلبون
    "Rumlular məğlub oldu, amma yaxın vaxtda onlar qələbə çalacaqlar”. Eyni ilə Quran deyən kimi oldu. Bunun kimi çoxlu ayələr keçmişdən xəbər verib ki, heç kəsin ondan xəbəri yox idi. Gələcəkdən də xəbər veribdir, onların, Quran dediyi kimi baş verməsinə minlərlə insanlar şahid olublar. Bu da Quranın möcüzə olmasına dəlalət edir.

     Elmi məsələləri dəqiq surətdə açıqlaması cəhətdən Quranın möcüzə olması
     
    Qurani-Kərim o zamanda elə dəqiq elmi məsələlərə işarə edibdir ki, o vaxt insanların dərk etməsi çətin olub. Hətta bəzi hallarda onların əqidəsi ilə böyük ziddiyyət təşkil edibdir. Buna misal olaraq: "Biz küləyi bitkilərin tozlanması üçün göndərmişik”.
    Bu gün elm subut etmişdir ki, bəzi bitkilər küləyin vasitəsi ilə tozlanır. Amma Quran bunu min dörd yüz il bundan qabaq xəbər veribdir.
    Bundan əlavə yuxarıda söhbət açdığımız Rum müharibəsi barədə Allah-Təala bu müharibənin yerin ən alçaq hissəsində olduğunu bildirir. Bu gün alimlər sübut edirlər ki, o müharibənin baş verdiyi məntəqə dəniz səviyyəsindən neçə yüz metr alçaqdadır.
    Bunun kimi çoxlu elmi məsələlər vardır ki, o zaman Quranın vasitəsi ilə izah olunmağı bu kitabın möcüzə olmasına dəlalət edir.

     11-ci dərsin sualları
     
    1) "Ecaz” və ya "Möcüzə” nə deməkdir və Allah Öz peyğəmbərlərinə nə üçün möcüzə göstərmək qabiliyyəti vermişdir?
    2) Nə üçün bütün peyğəmbərlər öz zamanlarında inkişaf edən bir peşəyə uyğun möcüzə gətiriblər?
    3) Yaradılmışların Əşrəfi Həzrət Muhəmməd (s)-ə verilən möcüzə nə üçün bütün peyğəmbərlərə verilən möcüzələrdən üstün sayılır?
    4) Tarix boyu bəzi insanların əqlən dərk etdikləri halda peyğəmbərlərin buyuruqlarını qəbul etmələrinə nə mane olub?
    5) Quranda ixtilaf (ziddiyyət) varmı?
    6) Allahı və Həzrət Peyğəmbər (s)-i tanıma cəhətindən Quran digər dinlərin kitablarından nə cür fərqlənir?
    7) Qanun qoymaq cəhətindən Quranın möcüzə olmasını necə başa düşürsüz? Quranın dünyaya bəxş etdiyi ən mütərəqqi qanunlara nümunə deyin və fikrinizi əqli və nəqli (ayə, hədis və ya rəvayət) yollarla əsaslandırın.
    8) Quranda keçmişə və gələcəyə aid qeybi xəbərləri özündə əks etdirən ayələrdən bir neçəsini misal gətirin.
    9) Quranın bəyan etdiyi həqiqətlərin elmi nailiyyətləri hər əsrdə qabaqlamasına dair bir neçə nümunə gətirin.
     
     
    Kitabın adı: Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
    Müəllif: Hacı Əhliman Rüstəmov

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.