Lüğətdə ibadət sözünün mənası
Məşhur lüğətşünas Rağib İsfəhani, «ubudiyyət» və «əbd» sözünün mənası barəsində belə yazır:
"Ubudiyyət" (bəndəlik), insanın, Allah müqabilində özünü kiçik hesab etməsi vəzillətdə olmasını bilməsidir.
Amma, «ibadət», daha geniş mənaya malikdir. Çünki, ibadət, insanın nəhayət dərəcdə özünü kiçik hesab etməsi deməkdir. Bu cür ibadətə, hədsiz dərəcədə fəzilətlərə, bütün nemətlərə və cəmal-cəlal sifətlərinə malik olan layiqdir. O da yalnız, Allahdır. Ona görə də ibadət yalnız, Ona məxsudur.»
Bundan əlavə, Rağib əlavə edir: «İbadət iki növdür. Birinci ram olmaq ibadəti, o da budur ki, insan özünü Allaha itaətkar hesab etsin və bütün vücudunu Onun məxluqu bilsin.
İkinci qismi isə nitq və söz sahiblərinin ixtiyarında olan ibadətdir.
Quran surələrində, Allaha ibadət etməyi tövsiyə edən göstərişlər belə ibadət növündəndir. Belə ibadət, ixtiyari şəkildə insanın ixtiyari halda yerinə yetirdiyi ibadətdir.
"İtaət"lə "ibadətin" arasında fərq budur ki, ibadət yalnız, Allaha məxsusdur. Lakin, «itaət», həm Allaha, həmdə Ondan başqasına da aid olur. Məsələn, övladın valideyndən və qadının həyat yoldaşından itaətini qeyd etmək olar. Lakin, ibadət heç də belə deyil yalnız, Allaha məxsusdur.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi