» » Möcüzəni tanımaq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Möcüzəni tanımaq
    0
    Müəllif: Yusifi Zehra | 6-03-2015, 13:00 | Baxılıb: 980
     
     
    Möcüzəni tanımaq

    Möcüzənin mənası:

    Möcüzə – «ecaz»kəlməsindən götürülmüşdür və ecaz kəlməsinin özünün bir neçə mənası vardır:
    1. Nəyi isə əldən vermək; Məsələn, ərəblər bir şeyi əldən verdikdə deyirlər «əcəzəhul əmrul fulani» yəni, filankəs bu işi əldən verdi.
    2. Bir başqasının acizliyini və ya çarəsizliyini hiss etmək; Məsələn, əgər Əhməd hər hansı bir işin müqabilində aciz qalarsa, bu halda deyilir: «əcəztu əhmədən» yəni, Əhmədin aciz və çarəsiz qaldığını gördüm.
    3. Bir başqasını görülən iş və deyilən ifadələrlə heyrətə gətirərək aciz etmək; Burada artıq, ecaz kəlməsi «təciz» mənasını daşıyır (təciz – yəni kimisə aciz etmək). Məsələn, əgər bir şəxs Əhmədi acizliyə vadar edərsə, bu halda deyəcəkdir: «əcəztu Əhmədən» yəni, Əhmədi aciz və çarəsiz etdim.
    Kəlam alimləri isə bu kəlməni tam başqa mənada işlədirlər. Onlar möcüzəni tərif edərək deyirlər: Allah-taala tərəfindən peyğəmbərliyə təyin olunmasını iddia edən şəxs, gərək öz sözlərinin həqiqətini sübuta yetirmək üçün zahirdə xilqət qanunlarının ziddinə olan və adi insanların icra etməkdə aciz qaldıqları qeyri-təbii və qeyri-adi işlər görsün. Belə bir xariquladə iş möcüzə adlanır və bu işin icrası isə ecaz sayılır.
     
    Möcüzə hansı şəraitdə yerinə yetirilməlidir?
     
    Möcüzəyə lazım olan şərtlər:
    Xariquladə iş yalnız o zaman möcüzə adlana bilər ki, aşağıdakı xüsusiyyətlərə malik olsun:
    1. Peyğəmbərlik iddiası edən şəxs həmin əməli öz risalətinin haqq olmasını sübuta yetirmək üçün həyata keçirməlidir;
    2. İddia etdiyi şey, bəşər əqli baxımından qəbul ediləsi bir iş olmalıdır. Əgər onun müddəasını əqli yolla inkar və ya təkzib etmək mümkün olsa, gördüyü xariquladə işlərin düzlüyünə etibar etmək olmaz və bu işə başqaları qadir olmasalar da belə, onu möcüzə adlandırmaq olmaz;
    Məsələn, Allahlıq iddiası edən şəxsin dedikləri təbii ki, yalan və iftira olmalıdır. Çünki, belə bir iddianı təkzib edəcək kifayət qədər əqli dəlillər vardır. Demək, onun irəli sürdüyü iddia tamamilə yalandır.
    3. İrəli sürdüyü iddia şəriət baxımından da məqbul olmalıdır. Yəni, əgər onun müddəası şəri dəlillərlə təkzib olunsa, yerinə yetirdiyi xariquladə işlər onun sözlərinin həqiqətini sübuta yetirməyəcək və gördüyü işlər də möcüzə adlandırılmayacaq. Məsələn, bir şəxs həzrət Məhəmməddən (s) sonra peyğəmbərlik iddiası edir. Təbii ki, onun iddiası tamamilə batil və əsassızdır. Çünki, həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu təsdiqləyəcək kifayət qədər Quran ayələri və o həzrətin özündən və məsum imamlardan nəql olunmuş hədislər vardır. Peyğəmbərlik həzrət Məhəmmədlə (s) başa çatmış və ondan sonra bəşəriyyətə peyğəmbər göndərilməyəcəkdir. İrəli sürülən iddia əql və sənəd yolu ilə batil olunarsa, daha iddia edən şəxsin gətirdiyi dəlil və sübutlara heç bir ehtiyac qalmayacaqdır. Və belə olduqda, Allah-taalanın onun əməllərini batil etməyə heç bir ehtiyac duyulmayacaqdır.
    4. Möcüzənin digər şərtlərindən biri də, göstərilən möcüzənin iddia olunan məsələni təsdiq etməsidir. Belə ki, peyğəmbərlik iddiası edən şəxsin göstərdiyi möcüzələr bu ilahi məqamı (peyğəmbərliyini) təkzib etməməlidir. Əgər təkzib edərsə, artıq biz onu möcüzə adlandırmamalıyıq. Məsələn, Peyğəmbərlik iddiası edən Museyləmə adlı bir şəxs möcüzə göstərmək məqsədilə, suyu azalmış quyunun suyunu çoxaltmaq üçün oraya tüpürür, amma gözlənilən nəticənin tam əksinə olaraq, quyunun suyu tamamilə quruyur. Amma bütün bunlara baxmayaraq o, yenə də peyğəmbərlik iddiası edir və yaxın qəbilələri özünə cəlb etməyə çalışır. O, günlərin bir günündə Hənifə qəbiləsinin yanına gəlir və əlini onların uşaqlarının başına çəkir. Bu uşaqların bir qismi keçəl xəstəliyinə tutuldu, digər bir qisminin isə dilində pəltəklik yarandı. (İbni Əsir, 2-ci cild, 138-ci səh).
    Belə bir halda Allah-talanının onun gördüyü işlərin batil olmasını başqa yollarla aşkara çıxarmağa heç bir ehtiyac qalmır.
    5. Möcüzə bəşəriyyətə məlum olan elmi anlayışlar vasitəsilə həyata keçirməməli və eyni zamanda öyrədib-öyrəniləsi olmamalıdır. Əgər bir şəxs müxtəlif elmlərdən istifadə edərək, (hətta başqaları buna qadir olmasalar da belə) qeyri-adi işlər görərsə, bunu möcüzə adlandırmaq olmaz.
    Sehirbaz və cadugərlərin müxtəlif elm və fənlərə yiyələnərək göstərdikləri bir çox qeyri-adi işlərini dediklərimizə misal çəkmək olar. Onların gördükləri bu kimi işləri möcüzə adlandırmaq olmaz və onların əməllərinin Allah-taala tərəfindən batil olunmasına heç bir lüzum da yoxdur. Allah, öz batil iddialarını sübuta yetirmək üçün müxtəlif elm və fənlərdən istifadə edən şəxslərin niyyətlərini batil, özlərini isə xar və rüsvay edər. Çünki, onlar bütün bunları dəqiq elmi qanunlardan istifadə edərək həyata keçirirlər. Və məlum məsələdir ki, bu işlərə yiyələnən və təcrübə halında həyata keçirən hər bir şəxs belə bir nəticələrə nail olacaqdır.
    Təbabət elmi ilə məşğul olan bəzi alimləri buna misal çəkmək olar. Onların təbabət haqda olan bəzi məlumatları təkcə adi insanlara deyil, hətta bir çox həkimlərə də naməlumdur. Amma buna baxmayaraq biz onların məharətini möcüzə adlandıra bilmərik. Hətta, əgər Allah-taala insanlardan yalnız birini, tövbənin sirlərindən və elmi qanunlardan agah edərsə və bundan sui-istifadə olunmadığı təqdirdə Allah-taalanın yaradılış qanununa heç bir eyb və nöqsan tutmaq olmaz. Çünki, bütün bunlar möcüzə deyil və eyni zamanda irəli sürülən iddia üçün də dəlil hesab olunmayır.
    Möcüzənin hər hansı bir yalançı şəxs tərəfindən göstərilməsi və batil iddianın sübuta yetirilməsi isə qeyri-mümkündür. Belə olduqda insanlar haqq yoldan azır və cəmiyyətdəki hərc-mərclik birə on artmağa başlayır. Bu isə Allah-taalanın müqəddəs zatından uzaq və münəzzəhdir. «Allah onların dediklərindən çox uca və çox yüksəkdir».
     
    Kitabın adı: Əl-bəyan 1-ci cild
    Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 6 Mart 2015 15:02 | Redaktor | Şərh yazdı
    bəh bəh bəh bəh Allah razi olsun Leylam. Allah Təbarik və Təala burda gorduyun islərinin savabinda sənə Kərbəlaya getməyi nəsib etsin. Amin Ya Rəbbəl Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.