» » İmam Hüseyn (ə) qiyamının əsas hədəfi - Cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmam Hüseyn (ə) qiyamının əsas hədəfi - Cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı
+10
Müəllif: Fatimə Nuri Xuda | 21-11-2014, 18:00 | Baxılıb: 942
 

 İmam Hüseyn (ə) qiyamının əsas hədəfi - Cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı 

İmam Hüseyn (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurmuşdur:  "Mən nə gəzib dolanmaq üçün Mədinədən yola düşürəm, nə də yer üzündə zülm edib fəsad törətmək üçün. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında islahat aparmaq üçündür.” 
Buna oxşar təbiri o həzrət alimlərlə olan xüsusi görüşündə də buyurmuşdu: "Mən islahat fikrindəyəm, onu həyata keçirmək üçün çalışıram.” Diqqət etsək görərik ki, hər bir yerdə "islahat” kəlməsi xüsusi vurğu ilə gətirilmiş, hər dəfə xüsusi məna qeyd edilmişdir.
İmam bu çıxışı etdiyi zaman hələ Yezid əleyhinə mübarizə və qiyamdan əsər-əlamət belə, yox idi. O həzrət bu çıxışının axırında dua edir və Allaha xitabən belə deyir:  "Pərvərdigara! Sən özün bilirsən ki, bizim mübarizəmizin məqsədi Sənin dininin nişanələrini və İslami meyarları xalqa tanıtdırıb göstərməkdir. Yəni, dinin nə olduğunu göstərək və hansı nişanələrlə, hansı meyarlarla dindar adamı dinsizindən ayırd edib seçə bilməyi tanıtdıraq. Həmçinin bizim hədəflərimizdən biri də, Sənin ölkəndə islahat işləri aparıb, həqiqəti üzə çıxarmaqdır. 
"İslah” kəlməsinin iki mənası ola bilər. 
Biz gələcək bəhslərimizdə onun hər iki mənasına aydınlıq gətirməyə çalışacağıq. 

İslahın mənası 

"İslah” kəlməsinin gündəlik siyasi ədəbiyyatımızda çox işlədilən kəlmələrdən biri olduğunu və əziz rəhbərimizin son çıxışlarında bu termini xüsusi şəkildə vurğuladığını nəzərə alaraq, onun üzərində dayanmaq istəyirəm. Əvvəlcə bu kəlmənin leksik mənasını, daha sonra Quranda və rəvayətlərdə istifadə edildiyi nöqtələri açıqlayacağam. Bundan sonra isə, günümüzdə daha çox qarşılaşdığımız mətləbləri izah etməyə çalışacağam. 
Ərəb kəlməsi olan "islah” sözünün kökü üç samit hərfdən (s, l, h) təşkil olunmuşdur və əsasən iki məna verir; birincisi, "sülh”, ikincisi isə "səlah”. Bəzi sözdüzəldici şəkilçilər artırmaqla "sülh” kəlməsindən götürülən "islah” sözünün mənası, barışıq, iki nəfər, ya da iki dəstə arasında olan çəkişməni, ixtilafı aradan qaldırmaq mənasını daşıyır. Bu mənada anlaşılan islah kəlməsindən Quranda, kişi ilə qadın arasında barışıq yaratmaq ifadəsi kimi istifadə olunmuşdur. Quranda buyurulur: Bir-biri ilə ixtilafları olan kişi və qadın arasında bir nəfər hakim qadın tərəfindən, bir nəfər də kişi tərəfindən təyin edin. Əgər kişi və qadın həqiqətən barışmaq istəsələr, Allah onların arasında sülh qərar verəcəkdir.
Başqa bir ayədə kişi və qadının barışığı barədə buyurulur:  "Barışıq daha yaxşıdır...” 
Buna oxşar başqa təbirləri yəqin ki, dəfələrlə eşitmisiniz və Quranda da vardır. Bu həmin "zatul-beyn” arasında olan islahdır. Bu növ islah, mübahisələri olan iki dəstəni barışdırmağa deyilir.
Hədislərdə də bu iş barəsində çoxlu savab zikr edilmişdir. Əgər iki mömin və ya iki dəstəni, ya da bir ailəni bir-biri ilə küsülü görsəniz, onları barışdırmağa çalışın. Bu işin savabı namazın, orucun savabından üstün göstərilmişdir. Münaqişəli tərəflər arasında sülh yaratmaq məsələsi Quranda geniş əhəmiyyət kəsb edir. Ayənin ardı cihad məsələsinə aid olduğundan, hələlik bu barədə bəhs etmək istəmirəm. 
Deməli aydın oldu ki, islah kəlməsi sülh anlamında, iki fərd və ya iki dəstə arasında olan münaqişəni barışıq yolu ilə həll etməyə deyilir. "Səlah” sözündən alınan "islah” kəlməsi isə "fəsad» sözünün antonimidir. Yəni, bu sözü fəsad və qanunsuzluq sözünün qarşısında gətirirlər. Adətən bizim dildə bu söz "bəyənilmiş”, "ləyaqətli” kimi tərcümə edilir. 
İslah bu anlamda bəyənilən bir iş görüb, fəsadı aradan qaldırmağa deyilir. Belə bir ləyaqətli işi öhdəsinə götürüb eyblərə, naqisliklərə, fəsadlara qarşı mübarizə edən adama "müslih”, fəsad törədib qarışıqlıq yaradan insana isə "müfsid” deyirlər.
"Yer üzünün müfsidi” təbiri də buradan götürülmüşdür. Bu mənada olan islah sözü ilə iki münaqişəli tərəf arasında barışıq mənasında işlədilən islah sözü arasında fərq vardır. Fəsadı aradan qaldırıb ləyaqətli iş görmək istəyən şəxslərin qarşısında xüsusi bir fərd olmur. Deməli, "səlah” maddəsindən olan islah kəlməsinin özü iki məna daşıyır: Biri ləyaqətli, bəyənilən iş görmək, digəri fəsad, möhtəkirlik, cəmiyyətdə hər cür pozğunluq əleyhinə mübarizə aparmaq anlamı. Bu sözün hər iki mənasından Quranda istifadə edilmişdir. Məsələn: "O kəslər ki, tövbə və islah etdilər.” Yəni, əvvəldə etdikləri günahların əvəzində tövbə etdilər. Əvvəldə gördükləri səhv və batil işlərin yerinə əməllərini islah edib, yaxşı işlər gördülər. 
Amma islah sözünün ictimai anlamda və həmçinin imam Hüseynin (ə) buyurduqlarında, eləcə də bu günümüzdə, xüsusilə də siyasi ədəbiyyatda, xalq arasında daha çox işlədilən mənası fəsad və qanunsuzluqların islahıdır. Bura qədər "islah” kəlməsinin ərəb lüğəti baxımından, Quranda və dini ədəbiyyatda istifadə edildiyi mənalarını aydınlaşdırdıq.
Amma bu günümüzdə islah kəlməsi yeni bir mənada işlənərək, siyasi istilahda özünə yeni məna kəsb etmişdir. Bu söz yeni məfhumda "reforma” (Reform) sözünün sinonimi kimi başa düşülür və "inqilab” sözünün qarşısında işlədilir. 
Cəmiyyətdə baş verən dəyişikliklər bəzən tədrici şəkildə, zəif gedişatla həyata keçirilir ki, bu halda ona "reforma” deyilir. Cəmiyyətdə bu üsulla dəyişiklik aparmaq istəyən şəxsləri "islahatçı” adlandırırlar. Müasir istilahda belələrinə "reformist” (Reformist) deyilir. Bunun müqabilində ölkənin siyasi-ictimai durumunu birdən-birə, partlayış formasında dəyişmək istəyən kəslərə "inqilabçılar” deyirlər. İnqilab, gözlənilməz ictimai-siyasi çevriliş mənasında olub, sürətli və şiddətli halda olması ilə yanaşı, bəzən fiziki güc tətbiq etmək və zor gücündən istifadə etməklə də baş verir. 
İslah sözü bu mənasında siyasi istilah kimi inqilab sözünün qarşılığı olub, xüsusi mənada işlədilir. Bu istilahın lüğəti kökü yoxdur və dini termin də sayılmır. Aydındır ki, bu yeni bir istilahdır, Quranda və rəvayətlərdə də həmin söz bu mənada işlədilməmişdir. İmam Hüseynin (ə) kəlamında gətirilən söz də bu mənada deyilməmişdir. Onun apardığı mübarizə də tədrici və sakit olmamışdır. Əziz rəhbərimiz də öz çıxışlarında bu nöqtəyə işarə edərək deyirdi: "Biz islah deyəndə, bu sözün bu günkü siyasi istilahını nəzərdə tutmuruq.” Bu sözü söyləməkdə, nəzərimiz onun hər cür fəsad və qanunsuzluqlara qarşı mübarizə olan mənasıdır. İstər tədrici şəkildə olsun, istərsə də inqilabi şəkildə. Ona görə də buyururdu: "İran İslam İnqilabının özü ən böyük islah idi”. Hərçənd bu günkü siyasi istilahda ona islah demirlər. Demək istəyirdi ki, biz Quran istilahına əsasən islah kəlməsindən bəhs edəndə, nəzərimizdə bu sözün ümumi mənasını nəzərdə tuturuq. Buna görə də İslam İnqilabı böyük islah idi. Çünki cəmiyyətdə bir sıra fəsadların aradan getməsinə səbəb olmuşdu. Baxmayaraq ki, bu iş inqilabi şəkildə baş verdi, amma bu hərəkat on beş il mübarizədən sonra qələbəyə çatdı. Əlbəttə, inqilab qələbə çalan anda ölkənin keçmiş dövlət sistemi bir andaca devrildi və ölkənin dövlət orqanları gözlənilməz şəkildə dəyişikliyə uğradı. Yeni konsititusiya yarandı və yeni amallar əsasında dövlət quruldu.

Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 21 Kasım 2014 19:10 | İstifadəçi | Şərh yazdı
ALLAH SİZDƏN RAZI OLSUN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 21 Kasım 2014 18:10 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun bacim yazan ellerin derd gormesin in se Allah 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.