İMAM HÜSEYN (Ə)-IN QIYAMININ HƏDƏFI
وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ
Allah taala Qur’ani-kərimdə buyurur: "(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be mə’ruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.”
(Ali-İmran surəsi, ayə 104)
قَالَ رَسُولُ الله: مَنْ اَمَرَ بِالْمَعْرُوفِ وَ نَهَى عَنِ الْمُنْكَرِ فَهُوَ خَلِيفَةُ اللهِ فِى اَرْضِهِ وَ خَلِيفَةُ رَسُولِ اللهِ وَ خَلِيفَةُ كِتَابِهِ
Əgər bir şəxs əmr be mə’ruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir.
(Məcməul-bəyan, 2-ci cild, səh. 807)
قَالَ حُسَيْنُ ابنُ عَلِىٍّ عليه السَّلام فِى وَصِيَّتِهِ لِمُحَمَّدِ الْحَنَفِيَّة: إِنِّى لَمْ اَخْرُجْ اَشِرًا وَ لاَ بَطِرًا وَ لا مُفْسِدًا وَ لاَ ظَالِمًا اِنَّمَا خَرَجْتُ لِطَلَبِ الإِصْلاَحِ فِى اُمَّةِ جَدِّى (ص) اُرِيدُ اَنْ آمُرَ بِالْمَعْرُوفِ وَ اَنْهَى عَنِ المُنْكَرِ وَ اَسِيرَ بِسِيرَةِ جَدِّى وَ اَبِى
İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be mə’ruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.»
(Bihar, 44-cü cild, səh. 329)
وَ بَزَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادِكَ مِنَ الجَهَالَةِ وَ حَيْرَةِ الضَّلاَلَةِ
Ərbə’in ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi.
(Məfatihu-l-cinan, Ərbə’in ziyarəti, səh. 468)
قَالَ رَسُولُ الله (ص): الحَسَنُ وَ الحُسَيْنُ اِمَامَانِ قَامَا اَوْ قَعَدَا
Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.»
(Bihar, cild 43, səh.29)