» » Müsbət islahat


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Müsbət islahat
+10
Müəllif: Fatimə Nuri Xuda | 24-11-2014, 18:00 | Baxılıb: 667
 

Müsbət islahat

İndi görək imam Hüseyn (ə) niyə qiyam etdi? Zamana, şəraitə görə dəyişən yeni dövlət yaratmaq istəyirdi. İslahat bu idimi? Buyurur:  "Cəddimin gətirdiyi hökmlərə əməl edin!” 
Xilafət iddiasında olan isə şərab əhli idi. Hətta bu xəstəliyə o qədər aludə olmuşdu ki, camaat namazına belə içkili halda gəlirdi. İmam Hüseyn (ə) isə başqalarından fərqli olaraq onun bu əməlinə göz yummur və buyururdu: "Şərabxora cəza verilməlidir!”
İmam Hüseyn (ə) buyurmuşdur:  "Mən cəddimin ümməti arasında islahat aparmaq üçün xüruc etmişəm.”  Gəlin imamın bu sözləri deyərkən hansı məqsəddə olduğunu araşdıraq və "İslahat nədir?” sualını aydınlaşdıraq. İlk növbədə o həzrətin çıxışından bəzi hissələri qeyd etmək istərdim. 
Kərbəla yolunda çıxışlarının birində həzrət buyurur:  "Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, peyğəmbərin (s) əmrlərinə itaət etmədiyini və xalqla rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə, onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlər cərgəsində qərar tutsun.” 
Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir. Həmin zalım zülmə əl atdı, bu şəxs də sükut etdi. Xilaf işin müqabilində sükut etmək, onun gördüyü işi imzalamaq deməkdir. Bununla da o, həmin işi təsdiq etmiş olur və onların həmdəminə çevrilir. Sonra buyurur:  "Mənim qarşı-qarşıya dayandığım adamlar (Bəni-üməyyə) şeytanın itaətinə keçib, onun həmdəmi olublar. Allah-taalanın öz bəndələri ilə əhdi bu idi: "Şeytana ibadət etməyin ki, o sizin aşkar düşməninizdir.” Bu əhdin əksinə əməl etdilər. 
Şeytana itaət edib, Allahdan üz döndərdilər; onlar fəsadı üzə çıxartdılar.” 
Bu kəlmələr mənim sözlərimin əsas dəlilidir. Fəsadı zahir edib, cəmiyyətdə aşkara çıxartdılar; ilahi hökmlərin icrasını dayandırdılar. Allahın hökmlərinin ziddinə getdilər. Bunlar fəsad və qanunsuzluqlardır. Hüseyn (ə) məktəbində də fəsad bunlara deyilir:  "Beytül-malı ata malı bilib, öz yaxınları, qohumları arasında bölüşdürdülər. Bütün müsəlmanlara məxsus olan dövlət büdcəsini, ixtiyarlarında olan ümumi imkanlarını öz tərəfdarlarının ixtiyarına qoydular.” 
Allahın haram buyurduqlarını halal etdilər. Allahın haram buyurduğu şeylər haqqında belə deyirlər: "Nə haram? Bir az istifadə etməyin eybi yoxdur! Ya da indi eybi yoxdur, dolanmaq olmur, acından öləsi deyilik ki? İslam da şəraitə, zamana görə dəyişir, yeni şəkil alır. Bizə fəal din lazımdır, dünən haram idi, bu gün halal!” İşi elə yerə gətirib çıxarıblar ki, hətta dindar cavanlar belə soruşurlar: "Nə vaxt oğlanın qızla dostluğu caiz olacaq? Hələ müctehidlər icazə verməyiblər?” Onlara deyəndə ki, bunlar halal olacaq işlər deyil, Allah haram buyurduğu şeylər haramdır. Cavabında deyirlər: "Yox, çox şeylər var idi ki, haram idi, lakin indi halaldır.” Dinin zamana görə dəyişməsini bu cür fikirləşirlər; yəni, bir gün yetişəcək ki, Allahın hökmləri əvəz olunacaqdır. Kim əvəz edəcəkdir? Hakimin qüdrətimi!
İmam Hüseyn (ə) zalım qarşısında etiraz etməyin hər müsəlmanın borcu olduğunu xatırladıb, sözünü belə davam etdirir:  "Məgər Allahın Rəsulu (s) deməyibdir ki, zalım hakimin rəftarına etiraz edib, onu doğru yola səsləməyənin yeri cəhənnəmdir?! Belə bir zamanda zalımlar əleyhinə qiyam etməyə məndən ləyaqətli daha kim olacaqdır? Bu islahatları aparmağa hamıdan çox mənim haqqım vardır. Mənim xürucumun səbəbi bu islahatlar üçündür.” 
Mən cəddimin ümməti arasında islahat aparmaq istəyirəm – deyə buyurduqda, aşağıdakı mətləbləri nəzərdə tuturdu:
İlahi hökmlər əvvəlki vəziyyətinə qayıtmalıdır;
Beytül-mal və ümumi imkanlar müsəlmanların arasında ədalətli şəkildə bölünməlidir;
İnsanların hamısı bərabər hüquqa malik olmalıdır;
İqtisadi, idari, hüquqi imtiyazlardan bərabər şəkildə istifadə edilməlidir. 
Qohum-əqrəbalara, dost-tanışlara üstünlük veriməməlidir. Bunlar hamısı fəsad və qanunsuzluqlardır. Belə fəsadların qarşısını almaq lazımdır, qiyam edilməlidir. İmam Hüseyn (ə) bu cür fəsadların kökünü kəsmək üçün qiyam etmişdi. Əgər islahatçıların nəzəri bu növ islahat olarsa, elə biz də bunu istəyirik. Bu növ islahatın düzgün olduğunu hamı qəbul edir. Əlbəttə, müxalif olanlar da var. Onlar ya müsəlman deyillər və ya müsəlman olsalar da, Allaha və ilahi hökmlərə imanları yoxdur. Onların İslam dini iddiasında olmaları gözdən pərdə asmaq üçündür. İslamın dəyər sisteminə əsaslanan islah, yaxşı əməldir. Bütün kafirlər bir zümrədəndirlər. İslami dəyərlərlə müxalifətçilik edən hər bir şəxs bizim düşmənimizdir. Biz İslami dəyərlərin həyata keçməsi və ilahi qanunların icra olunmasını istəyirik. Amerika və onun əlaltıları isə, bütün bunların insan hüquqlarına zidd olduğunu iddia edirlər. İddialarında hansı dəyər sisteminə əsaslandıqları da məlumdur.
Biz Avropa parlamenti, Amerika konqresi və buna bənzər qurumların deyil, Quranın, Allah Rəsulunun sünnəti üzrə əməl edirik. 
İmam Hüseyn (ə) başqa bir çıxışında buna oxşar məsələ haqqında buyurur: "Bunlar Allahın qanunlarını batil etdilər.” 
Qanunu batil etmək, onun icrasını dondurmaqdan daha pisdir. Müasir İslam iddiasında olanlar İslam hökmlərinin yersiz, insani dəyərlərə zidd və ya mövcud şəraitlə uyğunlaşmadığı fikrini irəli sürürlər. Daha doğrusu, fikir yox, cəfəngiyat uydururlar. İslamın hökmləri daimi olub, bütün dövrlər üçün nəzərdə tutulmuşdur. Bu iddia sahiblərinə məsləhətim budur ki, hökmlərin Allah-taala tərəfindən verildiyini nəzərdən qaçırmasınlar. Bu hökmlər insan təfəkkürünün nəticəsi deyildir ki, icrası müəyyən dövrə münasib olsun. Bu sizin qəbul etdiyiniz aktlar, qərarlar deyil ki, gilavar küləyi kimi hər saatdan bir istiqamətini dəyişsin. İlahi hökmlər dövrün tələblərinə uyğun dəyişdirilməməlidir. Əksinə, hər dövrün problemlərinin həlli Qurana, ilahi hökmlərə əsaslandırılmalıdır. 
Bir zamanlar milli cəbhə "Qisas” layihəsi haqqında da bu sözləri deyirdilər. Berlin konfransında rəsmi surətdə - "Bu qanunlar dəyişilməlidir!” - şüarı ilə çıxış edənlər İslam hökmlərini məhkum etmək istəyirlər. Təəssüflər olsun ki, adını ruhani qoyan bəziləri də belə biabırçılıqlara səbəb olurlar. Özünü konstitusiya tərəfdarı adlandıranlar, heç olmasa həmin qanunlara hörmət qoyub, belələrini mühakimə etməlidirlər. Siz İslamın vacib buyurduqlarını inkar etdiniz! Siz xarici ölkələrdə İslamın, müsəlmaların nüfuzuna xələl gətirdiniz. Bəs insafınız, şərəfiniz harada qaldı? Görəsən etiqadlı olduğunuz konstitusiya bunlar barədə bir söz demirmi? Qəzetlər və s. kütləvi informasiya vasitələrində xalqın heysiyyatına toxunaraq, bu əməlləri "Söz və mətbuat azadlığı” adlandırırlar. 
İmam Hüseyn (ə) buyurur:  "Mən Allahın dininə yardımçı olmaqda, şəriəti dirçəltməkdə hər kəsdən daha öndəyəm, bu işə hər kəsdən daha çox mənim səlahiyyətim çatır. Bunlar Allahın şəriətini bir tərəfə qoyub onu təhqir etdilər. Mən Peyğəmbərin (s) övladı olduğum üçün ilahi şəriəti dirçəltməkdə hamıdan artıq məsuliyət daşıyıram. Mən Allah yolunda cihad etməliyəm!” 
İmam Hüseyn (ə) başladığı hərəkatı "Allah yolunda cihad” adlandırır. Bu hədəflə cihad edir ki, ən uca, ən üstün söz Allahın sözü olsun! Bir kimsə ilahi kəlamdan yüksək söz danışmaq iddiasında olmasın. Allah sözü gələndə heç kəs dillənməsin. Deməsinlər ki, nəuzubillah, Allahın buyurduqları 1400 il bundan əvvəlki dövr üçün yaxşı idi. Bu gün biz özümüz hər şeyi Allahdan da yaxşı başa düşürük!
İmam Hüseyn (ə) qardaşına yazdığı vəsiyyətnaməsində hədəfini belə açıqlayır:  "Mən cəddimin ümməti arasında islah tələbi ilə xüruc etmişəm!”  Mümkündür ki, bu cümlədə imam Hüseyn (ə) tələb sözünə işarə etməklə nəzərində bu mətləbləri tuturdu:  "Mən demirəm hökmən bu işin öhdəsindən gələcək, bütün problemləri həll edib, fəsadı aradan qaldıracağam. Amma bu yolda addım atıb, əlimdən gələni edəcəyəm. Əgər xalq da öz vəzifəsinə əməl edib, mənə köməklik göstərsə, bu iş baş tutacaqdır. Məqsədimizə nail olub, fəsadı islah edəcəyik. Amma xalq kömək göstərməsə, yenə də mən öz vəzifəmə əməl etmiş oluram.” 
Görəsən, bu insanın və ya kiçik bir dəstənin əlindən bundan artıq nə iş gələ bilərdi? Öz inqilabı ilə elə bir oyanışa səbəb oldu ki, üstündən 1300 il keçməsinə baxmayaraq, dünyanın əksər xalqları bu əzəmətli hərəkatdan ilham alıb zülmə, ədalətsizliyə qarşı mübarizə aparırlar. Xüsusi şövqlə, həyəcanla qərbdən tutmuş, şərqə qədər İmam Hüseyn (ə) müsibətinə göz yaşı axıdırlar. Bu məktəbin bəhrələrindən biri də İran İslam İnqilabıdır. Buna oxşar nailiyyətlərə İslam tarixində çox rast gəlmək olar. Düzdür, tarix boyunca baş vermiş belə hadisələrin heç biri İran İslam İnqilabı qədər şövkətli, bərəkətli olmayıb; belə də olmalı idi. Çünki təcrübələr təkrar olunur, xalq olub-keçənlərdən daha çox ibrət götürür.

Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 24 Kasım 2014 18:52 | İstifadəçi | Şərh yazdı
Cox sag ol bacim yazan ellerine sagliq ,Allah bizleri Agamizin ceddine xatir gunahlarimizi bagislasin in se Allah . draznilka

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.