Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əgər mən özümə zülm edirəmsə, zülmkarların əleyhinə qalxacaq bir rəhbərin intizarını necə çəkə bilərəm? Əgər mən özüm də günahkar olub, pak deyiləmsə, yer üzünü çirkin insanlardan təmizləmək məramında olan bir inqilabın intizarını çəkənlərdən necə ola bilərəm?
Böyük bir cihadın intizarını çəkən ordu hərbi hazırlığı və hərbiçilərin sayını artırmağa, onlarda inqilab ruhiyyəsi yaratmağa və bütün zəif nöqtələri islah etməyə cəhd göstərir.
İntizar, yə’ni bir müsafirin səfərdən qaytmasını gözləmək.
İntizar, yə’ni əziz bir dostun gəlişini gözləmək.
İntizar, yə’ni meyvənin dərilmə və məhsulun yığım fəslini gözləmək. (Bu intizarların hər biri müəyyən hazırlıqla birgədir.)
Amma dünyanın böyük islahatçısının qiyamının intizarını çəkmək, həqiqətdə bəşər tarixində inqilabların ən böyük və genişinin, ümumbəşəri çevriliş və dəyişikliklərin intizarıdır. Bu inqilab digər inqilablardan fərqli olaraq, müəyyən bir məntəqəyə məxsus olmayıb cahanşümuldur, insanların bütün yaşayış yönlərinə – həm siyasi, həm mədəni, həm iqtisadi, həm də əxlaqi cəhətlərinə şamildir.
Belə dəyişiklik hər şeydən öncə insani dəyərlərə ehtiyac duyur ki, ümumdünyəvi islahatın ağır məs’uliyyətini çəkə bilsin. Belə böyük bir proqramın icrasında həmkarlıq üçün mütləq elmi dərəcə, yüksək mə’lumat, ruhi və fikri hazırlıq tələb edir. Dardüşüncəlik, ümumiyyətlə, hər növ irtica həqiqi intizarla uyğun gəlmir. Əsas məsələ budur ki, həqiqi intizar çəkənlər belə bir mühüm proqramda heç vaxt tamaşaçı rolunu ifa edə bilməz və elə indidən inqilabçılar sırasına qoşulmalıdır.
Əgər mən özüm əyri işlərə əl atıramsa, necə düzgün bir nizamın intizarını çəkə bilərəm?!
Görəsən, bu intizarın özü ruhi, fikri və cismi çirkinliklərdən təmizlənib saflaşma üçün kifayət deyildirmi? Azadlıq uğrunda mübarizə intizarı çəkən ordu tam hazır vəziyyətdə olmalı, hərbiçilərin hazırlığı və ruhiyyələrini gücləndirməli, fədakarlıq hissini dirçəltməlidir. Belə hazırlığa malik olmayan ordu heç vaxt intizardan danışa bilməz.
Dünyanı hidayət edəcək bir islahatçının intizarını çəkmək fikri, əxlaqi, maddi və mə’nəvi cəhətdən tam hazırlıq tələb edir ki, bu hazırlığın bir çox müsbət tə’sirləri vardır. Bütün yer üzünü islah etmək, zülm, təfriqə və ixtilafa son qoymaq isə asan və sadə bir iş deyil. Belə bir inqilabı həyata keçirmək üçün şücaətli, dərrakəli, ağıllı, dərin düşüncəli, tam hazırlıqlı, söz və əməlində doğru olan şəxsiyyətlər lazımdır. Belə böyük hədəf üçün insanın dərin əxlaqi, fikri və ictimai cəhətdən islahı lazımdır. Həqiqi intizarın mə’nası məhz budur və kimsə onun irtica olduğunu deyə bilməz
İkinci fəlsəfə: İctimai hazırlıq
Həqiqi intizar fərdi islahat tələb etdiyi kimi, ictimai birliyin qorunmasını, ümumi islahat nəzərdə tutur. Çünki intizarı çəkilən o böyük hadisədə bütün inqilabi qüvvələr iştirak edəcək, hamı bir məqsəd üçün çalışacaq. Hamının əlbir olduğu mübarizə meydanında heç kim yoldaşının vəziyyətindən qafil ola bilməz. Hər kəs hər yerdə zəif bir nöqtə görsə, onu islah etməyə cəhd göstərməlidir. Mübarizlərin fəal iştirakı olmadan belə bir proqramın icrası qeyri-mümkündür. Demək, həqiqi intizar üçün fərdi islahla yanaşı ictimai islah və hazırlıq da zəruridir. Bu da böyük islahatçının qiyamı intizarının başqa bir müsbət tə’siridir!
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |