» » İntizarın mahiyyəti və onun müsbət təsirləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İntizarın mahiyyəti və onun müsbət təsirləri
0
Müəllif: Huseynci Medine | 16-03-2017, 13:00 | Baxılıb: 679

İntizarın mahiyyəti və onun müsbət təsirləri

Görəsən, imam Mehdinin (ə) zühuruna inamın (zülm və haqsızlığın köklərini məhv edən cahanşümul proqramları nəzərə almaqla) nə kimi müsbət və tərbiyəvi tə’sirləri vardır? Görəsən, bu inam insanı qafil, yaxud hər şeyə təslim olmağa vadar etmirmi? Yoxsa bu əqidə müsbət mə’nada bir növ fərdi və ictimai qiyama də’vət deyildirmi? İnsanı tərəqqiyə doğru aparmırmı? İnsanda məs’uliyyət hissi yaratmırmı? Bir sözlə, bu inam viranedicidir, yoxsa islahedici və qurucu?

Bu sualları araşdırmazdan öncə, bilməliyik ki, müsbət fikir və ideyalar həmişə nadanların, yaxud mənafe güdənlərin əli ilə təhrifə mə’ruz qalır, əsl məqsəddən yayındırılır. Tarixdə belə nümunələr həddən artıq çoxdur və “intizar” da təsirlərdən amanda qalmamışdır. Belə məsələlərdə təhrif və xətadan uzaq olmaq üçün, necə deyərlər, suyu bulağın gözündən götürmək lazımdır. Burada “intizar”ı düzgün başa düşmək üçün İslamın təməl prinsiplərinə müraciət etməli və bunu rəvayətlərin dili ilə araşdırmalıyıq.

Aşağıdakı rəvayətlər bu məsələyə aydınlıq gətirir:

Bir nəfər imam Sadiqdən (ə) soruşdu: “Haqq hökumətin intizarını çəkdiyi halda dünyadan gedən şəxs haqqında nəzəriniz nədir?”

İmam buyurdu: “O, Qaimin xeyməsində (ordusunda) hazır olan şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!” (Buna bənzər rəvayətlər çoxdur.)

Bə’zi rəvayətlərdə deyilir: “O, Allah yolunda qılınc çəkən şəxs kimidir!”

“O, Peyğəmbərin hüzurunda qılıncla düşmən başına zərbə endirən şəxs kimidir!”

“O, Qaimin bayrağı altında olan şəxs kimidir!”

“O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!”

“O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!” (İmam Mehdinin (ə) zühurunun intizarı ilə əlaqədar bu təşbeh və bənzətmələr düşmənlə mübarizəyə və cihada daha artıq şövq yaradır.)

Bir çox rəvayətlərdə isə belə bir hökumətin intizarını çəkmək ən böyük və ən fəzilətli ibadət sayılmışdır.

Bunları biz həm Peyğəmbəri-əkrəmdən (s), həm də imam Əlidən (ə) nəql olunan hədislərdə görə bilərik. Bir hədisdə Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur:

اَفْضَلُ الْاَعْمالِ اُمَّتِى اِنْتِظارُ الْفَرَجِ مِنَ اللهِ عَزَّوَجَلَّ:

“Mənim ümmətimin ən fəzilətli əməli Allahın və’d etdiyi zühurun intizarını çəkməkdir!”

O həzrət başqa bir hədisdə belə buyurmuşdur:

اَفْضَلُ العِبادَةِ اِنْتِظارُ الْفَرَجِ:

“Ən fəzilətli əməl zühur intizarı çəkməkdir!”

Buradakı “intizar” sözü istər ümumi, istərsə də xüsusi mə’nada dünyanın böyük islahatçısının zühur intizarını bildirsə də, “intizar”ın böyük əhəmiyyət daşıdığını göstərir.

Bütün bunlar böyük bir cihadla yanaşıdır. Bunu nəzərə aldıqda yekun nəticə üçün zəmin yaranır.

 

Kitabın adı: İmamət haqqın dili ilə

Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.