Fitr bayramının gecəsinin və gününün əməlləri
Bu gecə də mübarək gecələrdən biridir. Bu gecənin fəziləti, ibadətlərinin savabı və onda əhya saxlamaq haqda çoxlu hədislər varid olmuşdur. Rəvayətdə gəlmişdir ki, bu gecənin fəziləti heç də Qədr gecəsindən az deyil. Bu mübarək gecənin bir neçə əməli vardır:
1. Gün batan çağı qüsl etmək.
2. O gecədə əhya saxlayıb namaz qılıb, dua oxumaq, istiğfar edərək Allah-təaladan istəklərini diləmək və məsciddə beytutə etmək (yəni məsciddə gecələmək)
3. Məğrib, işa, sübh və bayram namazlarından sonra bu duanı oxumaq:
"Əllahu Əkbəru, Əllahu Əkbəru lə iləhə illələh, vəllahu əkbər Əllahu Əkbəru və lilləhil-həmd. Əlhəmdu lilləhi əla ma hədana və ləhuş-şukru əla ma ovlana"
Allah böyükdür, Allah böyükdür. Allahdan başqa heç bir məbud, İlahi yoxdur. Allah böyükdür. Bütün həmd və sitayiş yalnız Allah üçündür. Həmd olsun Allaha, bizi hidayət etdiyinə görə, şükr olsun Ona bizi başqa ümmətlərdən üstün etdiyinə görə.
Fitr bayramın əməlləri
Bu günün bir neçə əməli vardır:
1. Sübh və bayram namazından sonra Fitr bayramının gecəsinin vacib namazlarından sonra oxunan təkbirləri demək.
2. Sübh namazından sonra aşağıdakı cümlə ilə başlanan duanı oxumaq:
"Əllahummə vəccəhtu iləykə bi Muhəmmədin əmami" (duanı axıra kimi oxu)
3. Bayram namazını qılmamıçdan əvvəl fitrə zəkatını evdən çıxartmaq; Fitrə zəkatı çıxartmaq təkid olunmuş vaciblərdəndir.
Fitrə vermək, Ramazan ayının orucunun qəbul olunma şərtlərindən biridir.
4. Qüsl: İmkan daxilində yaxşı olar ki, çayda qüsl edilsin. Bu qüslün vaxtı dan yeri söküləndən bayram namazını qılana qədərdir. Başqa bir rəvayətdə vardır ki, qüslü bir səqfin (tavan) altında et və qüsl etmək istəyən vaxt bu duanı oxu:
"Əllahummə imamən bikə və təsdiqən bi kitabikə vəttibaə sunnəti Nəbiyyikə Muhəmmədin səlləllahu əleyhi və alihi". Sonra Bismillah deyib qüsl et. Qüsl edib qurtarandan sonra de:
"Əllahumməc' əlhu kəffarətən lizunubi və təhhir dini, Əllahummə əzhib ənnid-dənəsə"
5. Yaxşı paltar geyinib, ətirlənmək və namaz üçün səhraya getmək (Məkkədən başqa). Və açıq fəzada (yəni bir şeyin altında olmadan) namaz qılmaq.
6. Fitr namazından qabaq iftar etmək: Yaxşı olar ki, xurma, yaxud şirni ilə iftar edilsin.
Kitabın adı: Məfatihul cinan
Müəllif: Şeyx Abbas Qumi