Fitrəni necə ödəməli
Hər bir kəsin özü və ailəsindən olan digərləri üçün təqribən üç kiloqram miqdarında ən çox istifadə olunan yeyinti məhsullarından verməlidir. Yəni, camaatın adətən yemək üçün istifadə etdiyi qida məhsulu, misal üçün, buğda verməlidir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Dörd dənli bitkidən başqa qida məhsulu vermək olarmı? Bunlardan hansı daha məqsədəuyğundur? Bütün bu suallara müxtəlif alimlər tərəfindən fərqli cavablar verilmişdir. Lakin İran xalqının bugünkü durumuna görə bu məsələlərin fərqi olmadığından əgər hər bir fitrə üçün (adambaşına) üç kiloqram buğda və ya onun dəyəri ayrılsa, şübhəsiz, kifayətdir. Bu əməl mükəlləfə (şəri vəzifəli şəxsə) ayın son gününün günbatanından, yəni Fitr bayramının axşamından vacib olur. Ehtiyat budur ki, onu Fitr bayramının namazını qılmazdan öncə – bu hökm Fitr bayramının namazında iştirak etmək istəyən adama aiddir – verəsiniz. Demək, siz bu gecə öhdənizə nə qədər düşdüyünü hesablayıb, pulunu çıxarsanız və sabah sübh bayram namazına getməzdən öncə lazımi yerə çatdırsanız daha yaxşıdır. Əlbəttə, bayram namazından sonra da versəniz eybi yoxdur. Ehtiyat budur ki, hər bir şəhərin sakini öz fitrəsini həmin şəhərin yoxsullarına versin. "İmdadi-Xomeyni" və digər bu pulları camaatdan yığıb, lazımi yerinə çatdıran komitələrin də – bu, çox yaxşı və müsbət işdir – bu məsələyə riayət etmələri yaxşı olar. Yəni, bu, ehtiyata uyğundur.
Mənbə: "Ramazan kölgəsində" kitabı
Müəllif: Ayətullah Xamenei