Ya məvlayə ya Əba Əb-dillah, yəbnə rəsulillah, əbdukə vəbnu əmətikəz zəlilu bəynə yədəyk, vəl musəğğəru fi uluv-vi qədrik, vəl mu`tərəfu bihəq-qikə caəkə mustəcirən bik, qa-sidən ila hərəmikə mutəvəc-cihən ila məqamik, mutəvəs-silən iləllahi təala bik, əədxulu ya məvlayə, əədxulu ya vəliy-yəllah, ya məlaikətəllahil muh-diqinə bihazəl hərəmil muqi-minə fi hazəl məşhəd.
Bismillahi və billahi və fi səbilillahi və əla milləti rəsulil-lah, Əllahummə ənzilni munzə-lən mubarəkən və əntə xəyrul munzilin.
Əllahu əkbəru kəbira, vəl həmdu lillahi kəsira və subha-nəllahi bukrətən və əsila, vəl-həmdu lillahil fərdis səmədil macidil əhəd, əl mufəzzəlil mənnan, əl mutətəvvilil hənna-nilləzi min tətəvvulihi səhhələ li ziyarətə məvlayə biihsanih, və ləm yəc`əlni ən ziyarətihi məmnua, və ən zimmətihi məd-fua, bəl tətəvvələ və mənəh.
Əssəlamu ələykə ya varisə Adəmə səfvətillah, əssəlamu ələykə ya varisə Nuhin əminil-lah, əssəlamu əlyəkə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə Musa kəlimil-lah, əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin səlləl-lahu ələyhi və alihi həbibillah, əssəlamu ələykə ya varisə Əliyyin huccətillah, əssəlamu ələykə əyyuhəl vəsiyyul bərrut təqiyy, əssəlamu ələykə ya sarəllahi vəbnə sarihi vəl vitrəl məvtur, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəka-tə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və cahəd-tə fillahi həqqə cihadih, həttəs-tubihə hərəmukə və qutiltə məzluma.
Əssəlamu ələykə ya Əba Əb-dillah. əssəlamu ələykə yəbnə Rəsulillah, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəla-mu ələykə yəbnə Fatimətə (z Zəhra) səyyidəti nisail aləmin, əssəlamu ələykə ya bətələl muslimin ya məvlay, əşhədu ənnəkə kuntə nurən fil əslabiş şamixəti vəl ərhamil mutəhhə-rəh, ləm tunəcciskəl cahiliyyətu bi əncasiha, və ləm tulbiskə (min) mudləhimmati siyabiha, və əşhədu ənnəkə min dəaimid din və ərkanil muslimin və mə`qilil mu`minin, və əşhədu ənnəkəl imamul bərrut təqiyyur rəziyyuz zəkiyyul hadil məhdiyy, və əşhədu ənnəl əimmətə min vuldikə kəlimətut təqva və ə`lamul huda vəl urvətul vusqa, vəl huccətu əla əhlid dunya.
İnna lillah və inna iləyhi raciun, ya məvlayə ənə mu-valin li vəliyyikum və muadin li əduvvikum və ənə bikum mu`minun, və biiyabikum mu-qinun bi şərayii dini və xəvatimi əməli, və qəlbi liqəl-bikum silmun və əmri liəmri-kum muttəbi`, ya məvlayə ətəytukə xaifən fəaminni, və ətəytukə mustəcirən fəəcirni, və ətəytukə fəqirən fəəğnini, səyyidi və məvlayə əntə məvlayə huccətullahi ələl xəlqi əcməin, aməntu bisirrikum və əlaniyətikum, və bizahirikum və batinikum, və əvvəlikum və axirikum, və əşhədu ənnəkət tali likitabillahi və əminullahid dai iləllahi bil hikməti və məv`izətil həsənəh, ləənəllahu ummətən zələmətkə və um-mətən qətələtk, və ləənəllahu ummətən səmiət bi zalikə fərəziyət bih.
Əllahummə inni ləkə səlləy-tu və ləkə rəkə`tu və ləkə səcədtu vəhdəkə la şərikə lək, fəinnəhu la təcuzus səlatu vər rukuu vəs sucudu illa ləkə, liənnəkə əntəllahulləzi la ilahə illa ənt, (Əllahummə) səlli əla Muhəmmədin və ali Muhəm-məd, və əbliğhum ənni (əfzələs) səlami vət təhiyyəh, vərdud ələyyə minhumus səlam, Əlla-hummə və hatanir rək`ətani hədiyyətun minni ila səyyidil Husəyn ibni Əliyyin ələyhiməs səlam, Əllahummə səlli əla Mu-həmmədin və ələyh, və təqəb-bəlhuma minni vəczini ələyhima əfzələ əməli və rəcai fik, və fi vəliyyikə ya vəliyyəl mu`minin.
Əssəlamu ələl Husəynibni Əliyy, əl məzlumuş şəhid qətilil əbərati və əsiril kurubat, Əlla-hummə inni əşhədu ənnəhu vəliyyukə vəbnu vəliyyik, və sə-fiyyukəs sayiru bəhəqqik, ək-rəmtəhu bikəramətikə və xətəmtə ləhu biş şəhadəh, və cəəltəhu səyyidən minəs sadəti və qaidən minəl qadat, və əkrəmtəhu bitiybil viladəh, və ə`təytəhu məvarisəl ənbiyai və cəəltəhu huccətən əla xəlqik, minəl əvsiya, fəə`zərə fid duai və mənəhən nəsihətə və bəzələ muhcətəhu fik, həttəstənqəzə ibadəkə minəl cəhaləti və həyrətiz (xəybətiz) zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrət-hud dunya və baə həzzəhu minəl axirəti bil ədna, və tərədda fi həvahu və əsxətəkə və əsxətə nəbiyyək, və ətaə min ibadikə uliş şiqaqi vən nifaq, və həmələtəl əvzaril mustəvcibinən nar, fəcahədəhum fikə sabirən muhtəsibən muqbilən ğəyrə mudbir, la tə`xuzuhu fillahi ləvmətu laim, hətta sufikə fi taətikə dəmuhu vəstubihə hərimuh, Əllahumməl`ənhum lə`nən vəbilən və əzzibhum əzabən əlima.
Əssəlamu ələykə ya vəliy-yəllah, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssə-lamu ələykə yəbnə Fatimətə səyyidəti nisail aləmin, əssəlamu ələykə yəbnə Əmiril mu`minin, əssəlamu ələykə əyyuhəl məzlumuş şəhid, biəbi əntə və ummi iştə səidən və qutiltə məzlumən şəhida.
Əssəlamu ələykum əyyuhəz zabbunə ən təvhidillah, əssə-lamu ələykum bima səbərtum fə ni`mə uqbəd dar, biəbi əntum və ummi fuztum fəvzən əzima.
Əssəlamu ələykə əyyuhəl əb-dus salih vəs siddiqul muvasi, əşhədu ənnəkə aməntə billahi və nəsərtəbnə rəsulillah və dəəvtə ila səbilillah, və vasəytə binəfsikə fəələykə minəllahi əfzəlut təhiyyəti vəs səlam.
Biəbi əntə və ummi ya nasirə dinillah, əssəlamu ələykə ya nasirəl Husəynis siddiq, əssəlamu ələykə ya nasirəl Hu-səyniş şəhid, ələykə minnis səlamu ma bəqitu və bəqiyəl ləylu vən nəhar.
Əssəlamu ələykə ya məvlay, səlamə muvəddiin la qalin və la səim, fəin ənsərif fəla ən məlalətin və in uqim fə la ən sui zənnin bima vəədəllahus sabi-rin, ya məvlayə la cəələhullahu axirəl əhdi minni liziyarətik, və rəzəqənil əvdə iləykə vəl məqamə (muqamə) fi hərəmik, vəl kəvnə fi məşhədikə amin rəbbəl aləmin.
Tərcüməsi
Mötəbər sənədlə həzrət Sadiqdən (ə) nəql olunur ki, o həzrət buyurub: "Hər kəs bu üç gecənin birində imam Hüseynin (ə) qəbrini ziyarət etsə, onun keçmiş və gələcək günahları bağışlanar; Fitir bayramı axşamı, Əzha bayramı axşamı və Nimeye-şəban (şəban ayının on beşinci günü İmam Zaman ağanın mövludu) axşamı”.
Həçinin mötəbər sənədli bir hədisdə imam Musa ibni Cəfər (ə) buyurub: "Hər kəs bu üç gecədə imam Hüseyni (ə) ziyarət etsə, onun keçmiş və gələcək günahları bağışlanar; Şəban ayının on beşinci gecəsi, Ramazan ayının iyirmi üçüncü gecəsi və Fitir bayramı axşamı”.
Həmçinin həzrət Sadiq (ə) buyurub: "Hər kəs Şəban ayının on beşinci gecəsi, Fitir bayramı axşamı və Ərəfə axşamı imam Hüseyni (ə) ziyarət etsə, Allah taala ona min qəbul olunmuş həcc və ümrə ziyarətinin savabını yazar və onun min dünya və axirət istəyini müstəcab edər”. Həmçinin həzrət imam Məhəmməd Baqir (ə) buyurub: "Hər kəs Ərəfə gecəsi Kərbala torpağında olub, Qurban bayramı günü o həzrətə məxsus ziyarəti yerinə yetirənədək orada qalsa, Allah taala onu, o ilin şərrindən amanda saxlayar.”
Bilin ki, alimlər bu iki mübarək bayrama məxsus olan iki ziyarətnaməni nəql edibdirlər. Onlardan birincisi əvvəldə qeyd etdiyimiz Qədr gecələrində oxunan ziyarətnamədir. İkincisini isə aşağıda sizin nəzərinizə çatdıracağıq. Ziyarətnamənin sözlərindən belə məlum olur ki, birinci ziyarətnamə Fitir və Qurban bayramlarının gününə, ikinci ziyarətnamə isə bu bayramların gecəsinə məxsusdur. Onlar belə buyurublar: "Bu iki bayramın gecəsə o həzrəti ziyarət etmək istədikdə, hərəmin qapısı ağzında dayan və o pak qəbrə nəzər salıb, icazə ünvanında de:
Ey mənim mövlam, ey Əba-Əbdillah, ey Rəsulullahın oğlu! Sənin hüzurunda zəlil, uca məqamının müqabilində kiçik və təvazökar olan, haqq olduğunu etiraf edən bəndən və kənizinin oğlu qapına gəlib sənə sığınmış, səni ziyarət etmək məqsədilə ziyarətgahına gəlmiş, məqamına üz tutmuş və sənin vasitənlə Allah-Taalaya təvəssül etmişdir. Ey mənim mövlam, daxil olummu? Ey bu ziyarətgahın ətrafına toplaşıb, orada məskunlaşan ilahi mələklər, daxil olummu?
Əgər ürəyində xüşu və təzərrü halı yaranıb, gözlərin yaşararsa, sağ ayağınla hərəmin içərisinə daxil ol və de:
Allahın adı, Allahın köməyi, Allahın yolu və Allahın Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) təriqəti ilə başlayıram! Ey Rəbbim, məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!
Sonra bu sözləri de:
Allah daha böyükdür! Hədsiz həmd Allaha məxsusdur. Səhər-axşam Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd olsun Allaha ki, tək, ehtiyacsız, böyük, yeganə, ehsan verən, minnət qoyan, nemət verən və mehribandır. O, nemət və ehsanı ilə mövlam Hüseynin (ə) ziyarətini mənə asanlaşdırdı, məni o həzrətin ziyarətindən məhrum etmədi və pənahından uzaqlaşdırmadı, əksinə mənə lütf və ehsan etdi!
Sonra hərəmin ortasına çatdıqda o pak qəbirlə üzbəüz dayanıb, xüzu və qəmgin halda ağlaya-ağlaya de:
Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın əmanətdarı Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın həbibi Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) varisi! Salam olsun sənə, ey Allahın höccəti Əlinin varisi! Salam olsun sənə, ey xeyirxah və təqvalı vəsi! Salam olsun sənə, ey Allahın qanı (Allah yolunda tökülən qan), Onun qanının (Onun yolunda tökülən qanın – şəhid olanın) oğlu və yardımsız qalıb intiqamı alınmayan! Şəhadət verirəm ki, həqiqətən, sən namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin və Allah yolunda layiqincə mübarizə apardın. Bununla belə, sənə hörmətsizlik etdilər və səni məzlumcasına qətlə yetirdilər.
Sonra qəbrin baş tərəfində dayanıb, xüşu halında ağlaya-ağlaya de:
Salam olsun sənə, ey Əba-Əbdillah! Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey vəsilərin sərvərinin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey müsəlmanların misilsiz qəhrəmanı! Ey mənim mövlam! Şəhadət verirəm ki, sən nəcib nəsillər və pak bətnlərdə nur idin. Cahiliyyət öz çirkinlikləri ilə səni aludə etməmiş və öz murdar libasını sənin cisminə geyindirməmişdir. Şəhadət verirəm ki, sən dinin sütunları, müsəlmanların dayaqları və möminlərin möhkəm qalalarındansan. Şəhadət verirəm ki, sən xeyirxah, təqvalı, bəyənilmiş, pak, hidayət edən və hidayət olunmuş imamsan. Şəhadət verirəm ki, sənin nəslindən olan imamlar təqva kəlmələri (təqvanın həqiqəti), hidayət nişanələri, (Allahla məxluqatı arasında) möhkəm rabitə ipləri və (Allahın) dünya əhli üçün höccətləridir.
Sonra qəbri qucaqlayıb, de:
Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq. Ey mənim mövlam, dinimin qanunları və əməllərimin aqibətinə əsasən, mən sizin dostunuzu sevir, düşmənizi düşmən bilir, haqq olmağınıza inanır və "rəcət”inizə (qayıdışınıza) etiqad bəsləyirəm. Qəlbim sizin qəlbinizə təslim və əməllərim əməllərinizə tabedir. Ey mənim mövlam! (Günahlarımdan) qorxduğum halda hüzuruna gəlmişəm, elə isə əmin-amanlığımı təmin et. Sığınacaq axtardığım halda hüzuruna gəlmişəm, elə isə mənə sığınacaq ver. Yoxsul halda hüzuruna gəlmişəm, elə isə məni ehtiyacsız et. Ey mənim sərvərim və mövlam! Sən mənim mövlam və bütün varlıqlar üzərində Allahın höccətisən. Mən sizin gizli və aşkar işlərinizə, zahir və batininizə, birinci və axırıncınıza iman gətirmişəm. Şəhadət verirəm ki, həqiqətən, sən Allahın kitabını tilavət etdin, Allahın əmanətdarısan, (insanları) hikmət və yaxşı moizə ilə Allaha doğru dəvət etdin. Allah sənə zülm edən (və səni qətlə yetirən) camaata lənət etsin! Allah bu xəbəri eşidib sevinən camaata lənət etsin!
Sonra o həzrətin qəbrinin baş tərəfində iki rükət namaz qıl və namazın salamlarından sonra de:
İlahi, həqiqətən, mən Sənə xatir namaz qılıb, rüku və səcdə etdim. Sən təksən və Sənin heç bir şərikin yoxdur. Çünki namaz, rüku və səcdə Səndən başqasına layiq deyil. Təkcə Sənsən ki, Səndən başqa heç bir tanrı yoxdur. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənim tərəfimdən onlara ən yaxşı salam yetir və onların da salamını mənə çatdır. İlahi, bu iki rükət namaz məndən mövlam Hüseyn ibn Əliyə (salam olsun onların hər ikisinə) hədiyyədir. İlahi, Məhəmməd və Hüseynə salam yetir, bu əməli məndən qəbul et, Səndən və Sənin dostundan ümid bəslədiyim ən yaxşı mükafatı mənə əta et, ey möminlərin vəlisi!
Sonra qəbri qucaqlayıb, de:
Salam olsun məzlum, şəhid, göz yaşlarının şəhidi və çətinliklər əsiri Hüseyn ibn Əliyə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin oğludur. Onu Öz haqqını dirçəltmək üçün qiyam etməyə seçdin, Öz kəramətinlə əzizlədin və ömrünü şəhadətlə sona yetirdin. Onu sərvər və rəhbər seçdin və nəslinin paklığı ilə kəramət sahibi etdin. Peyğəmbərlərin mirasını ona əta etdin və onu canişinlər arasından Öz məxluqatına höccət təyin etdin. O da insanları Sənə doğru dəvət etməkdə səhlənkarlıq etmədi, xeyirxahlıqdan əl götürmədi, canını Sənin yolunda fəda etdi və nəhayət, bəndələrini nadanlıq və zəlalət sərgərdanlığından nicat verdi, bir halda ki, dünyanın aldatdığı şəxslər onun əleyhinə əlbir olub, axirətini dəyərsiz dünya malı ilə dəyişdilər və nəfsin istəklərinə uyaraq həlak oldular. Onlar Səni və Peyğəmbərini qəzəbləndirib, bədbəxt və ikiüzlü bəndələrinə – günahlarını çiyinlərində daşıyan və cəhənnəm oduna layiq görülənlərə uydular. O həzrət Sənin dinin uğrunda səbirlə, mükafat ümidi ilə, düşmənlərə arxa çevirmədən, heç bir qınaqçının qınağından qorxmadan onlarla cihad etdi və nəhayət, Sənə itaət yolunda qanı töküldü və hörmətsizliyə məruz qaldı. İlahi, onlara lənət et və dərdli əzabla cəzalandır!
Sonra imam Hüseynin (ə) ayaq tərəfində yerləşən Əli ibni Hüseynin (ə) qəbrinə yaxınlaşıb, de:
Salam olsun sənə, ey Allahın vəlisi! Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusunun oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri Fatimənin oğlu! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey məzlum və şəhid imam! Atam-anam sənə fəda olsun! Sən səadətlə yaşadın və məzlumcasına qətlə yetirilərək şəhid oldun.
Sonra üzünü şəhidlərin (r.ə) qəbrinə tərəf tutub, de:
Salam olsun sizə, ey Allahın yeganəliyini müdafiə edənlər! Səbir etdiklərinizə görə salam olsun sizə! Sizin axirət eviniz necə də gözəldir! Atam-anam sizə fəda olsun! Siz böyük səadətə nail oldunuz!
Sonra Abbas ibni Əlinin (ə) ziyarətgahına get və o həzrətin mütəhhər zərihinin kənarında dayanıb, de:
Salam olsun sənə, ey saleh, düzdanışan və fədakar bəndə! Şəhadət verirəm ki, sən Allaha iman gətirdin, Rəsulullahın övladına yardım etdin, (insanları) Allah yoluna dəvət etdin, öz canınla fədakarlıq göstərdin. Allah tərəfindən sənə ən yaxşı salam olsun!
Sonra qəbri qucaqlayıb, de:
Atam-anam sizə fəda olsun, ey Allah dininin köməkçisi! Salam olsun sənə, ey düzdanışan Hüseynin köməkçisi! Salam olsun sənə, ey şəhid Hüseynin köməkçisi! Mən yaşadığım və gecə-gündüz durduğu vaxta qədər mənim tərəfdən salam olsun sənə!
Sonra o həzrətin qəbrinin baş tərəfində iki rükət namaz qıl və namazdan sonra imam Hüseynin (ə) qəbrinin baş tərəfində oxunan "Əllahummə inni səlləytu...”duasını oxu. Həzrət Abbası (ə) ziyarət etdikdən sonra yenidən imam Hüseynin (ə) hərəminə qayıt və istədiyin qədər orada qal. Lakin müstəhəbdir ki, orada "Beytutə”(gecələmə) etməyəsən. O həzrətlə vidalaşmaq istədikdə, qəbrin baş tərəfində dayanıb, ağlayaraq belə de:
Salam olsun sənə, ey mənim mövlam, vidalaşan şəxsin salamı; o, nə yorğun, nə də qəzəblidir! Əgər mən buradan getsəm, səbəbi yorğunluq və sıxıntı deyil! Əgər qalsam da, səbəbi Allahın səbirlilərə vəd etdiklərinə bədgümanlığım deyil! Ey mənim mövlam, Allah bu ziyarətimi sonuncu ziyarət qərar verməsin, sənin ziyarətgahına qayıtmağı, orada qalmaq və durmağı mənə nəsib etsin! Amin, ey aləmlərin Rəbbi!
Sonra zərihi öpüb, bədənini bütünlüklə o həzrətin zərihinə sürt. Bil ki, bu əməlin sənin amanda qalmağına səbəb olar. Sonra dal-dala hərəmdən çıxıb, de: "Əssəlamu ələykə ya babəl məqam. Əssəlamu ələykə ya şərikəl Quran. Əssəlamu ələykə ya huccətəl xisam. Əssəlamu ələykə ya səfinətən-nəcat. Əsəlamu ələykum ya məlaikətə rəbbil muqiminə fi hazəl hərəm. Əssəlamu ələykə əbədən ma bəqitu və bəqiyəl ləylu vən-nəhar.” Həmçinin de: " İnna lillahi və inna iləyhi raciun və la həvlə və la quvvətə illa billahil əliyyil əzim.” Bu ziyarətnamə və duaları oxuduqdan sonra oranı tərk et. Seyid ibni Tavus və Məhəmməd ibni Əl-məşhədi deyiblər:” Bu əməlləri yerinə yetirən şəxs, Allah taalanı ərşdə ziyarət edən şəxs kimidir.
Kitabın adı: Məfatihul Cinan