Rəsulullah (s): Onun elmi mənim elmimdir
+5
Müəllif:
♥kerbubela♥ | 5-01-2014, 22:24 | Baxılıb: 1 830
Onun elmi mənim elmimdir
. İmam Hüseyn (ə) gec dil acdı. Bir gün Rəsulullah (s.ə.a.s.) onu özü ilə məscidə apardı və onun yanında namaz qılmağa başladı.İmam Hüseyn(ə) da Peyğəmbərlə birlikdə namaz qılmaq istədi, amma təkbiri ("Allahu əkbər” sözünü) düz deyə bilmədi. Həzrət ona görə də bu cür 7-dəfə davam etdi, 7-ci dəfə İmam (ə) düz deyə bildi.
Buna görə də namazdan əvvəl 7-i təkbir demək müstəhəb oldu
O, Həzrət bir gecə-gündüzdə min rükət namaz qılardı. İmam Hüseyn(ə) camaat arasında surət və əxlaqda Peyğəmbərə ən çox oxşayan insan idi. Qaranlıq gecədə onun alnından və boğazından nur saçırdı. Camaat o Həzrəti o nurla tanıyırdılar.
Rəvayət olunub ki, imam Hüseyn(ə) 25 dəfə piyada həccə gedib və dəvə karvanı onun dalınca hərəkət edib. Həzrətdən soruşanda ki: ” Nə ücün Allahdan bu qədər qorxursunuz?” Həzrət buyurdu:” Hər kəs bu dünyada Allahdan qorxmasa, qiyamət günündən arxayın ola bilməz .”
Həzrət Rəsuləllah zamanında Hüseyn(ə) hələ uşaq idi, eşitdim ki, deyirdi ; "and olsun Allaha , Bəni Ümməyənin zülümkarları mənim qanımı tökmək ücün cəm olacaqlar və onların sərkərdəsi Ömər ibni Sə”d olacaq.”Dedim Ağa, bunu Rəsuləllah sənə deyib? Buyurdu ki: xeyr Mən bunları Rəsuləllaha dedim. Rəsuləllah(s.ə.a.s) buyurdu:
"Onun elmi mənim elmimdir.”
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.