Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ərafatda dayanmağın savabı
592. Ənəs ibni Malik nəql etmişdir ki, həzrət Peyğəmbər (s) Ərəfatda dayanıb gün batmağa az qalmış buyurdu: Ey Bilal! Xalqı sakitləşdir ki, mənim sözlərimi dinləsinlər. Bilal ayağa qalxıb dedi: Həzrət Peyğəmbərin (s) sözlərinə qulaq asın! Həzrət Peyğəbmər (s) buyurdu: Ey camaat! Cəbrail (ə) elə indicə mənim yanıma gəlib Rəbbimin salamını mənə çatdıraraq dedi: Mütəal Allah ərəfat və Məş᾽ər əhlini bağışlayıb, onların borclarının ödənilməsinə zəmanət verdi. Ömər ayağa qalxıb dedi: Ey Allahın elçisi! Bu bizə aiddirmi? Həzrət (s) buyurdu: Bu sizə və sizdən sonra qiyamət gününədək bura gələnlərə aiddir.
593. Həzrət Peyğəmbər (s) buyurub: Hər bir müsəlman Ərəfə gününün günbatan çağında ərəfatda qibləyə tərəf duraraq yüz dəfə: — Allahdan başqa bir mə᾽bud yoxdur, yeganə və şəriksizdir. Mülk və sitayiş Ona məxsusdur və O, hər bir şey qadirdir — sözünü, həmçinin yüz dəfə: «Qul huvəllahu əhəd» surəsi və daha sonra yüz dəfə: — İlahi! İbrahim və onu əhli-beytinə salavat göndərdiyin kimi, Məhəmmədə (s) salavat göndər. Həqiqətən Sən bəyənilmiş və ucasan. Bizə də onlarla birlikdə salavat göndər — duasını oxuyarsa, Allah-taala buyurar: Ey mələklər! Mənim bu bəndəmin savabı nədir? O mənim üçün təsbih, La ilahə illəllah, təkbir və tə᾽zim deyib, Məni tanıdı, tə᾽riflədi və peyğəmbərə salavat göndərdi. Ey mənim mələklərim! Onu bağışlamağım və özü haqqında olan şəfaətini qəbul etməyimə şahid olun. Əgər bu bəndəm Məndən istəsə, onun şəfaətini bütün ərəfat əhli haqqında qəbul edərəm.
594. Həzrət Peyğəmbər (s) buyurub: Günahlardan bə᾽zisi ərəftadan başqa bir yerdə bağışlanmır.
595. Həzrət imam Əli (ə) nəql etmişdir ki, həzrət Peyğəmbərdən (s) soruşdum: Ərəfat əhlindən kimin günahı daha böyükdür? Həzrət (s) buyurdu: Ərəfatdan qayıdarkən bağışlanmamasını güman edən şəxsin günahı daha böyükdür.
Həzrət imam Sadiq (ə) buyrudu: Həzrətin (ə) məqsədi Allah rəhmətindən mə᾽yus olan şəxsdir.
596. Həzrət imam Sadiq (ə) buyurub: Həccə gedən şəxsin özü, malı və onun zəmanəti Allah öhdəsindədir.
Məscidul-hərama daxil olduqda, Allah-taala onun təvaf, namaz və sə᾽yini saxlasınlar deyə, iki mələyi mə᾽mur edər. Ərəfə gününün gecəsi çatdıqda, onun sağ çiyininə vurub, deyərlər: Filankəs! Keçmiş əməllərindən kifayət olunmusan, gör gələlcəkdə nə cür olacaqsan!
597. Səid ibni Yəsar nəql etmişdir ki, həzrət imam Sadiq (ə) Minada olarkən gün batan çağlardan birində məni həccə şövqləndirən halda buyurdu: Ey Səid! Allah-taala hər bir bəndəyə ruzi verərsə və o da ruzidən götürərək özü və ailəsi üçün xərcləyib onları həccə gətirərsə, həmçinin onları günəş altında qərar verib və daha sonra Ərəfənin gün batan çağı onları dayanacaq yerinə gətirərək istirahət etsə, — orada yerləşən və heç bir kəs olmayan yırtıqları görməmisənmi? Dedim: Sənə fəda olum, görmüşəm. Buyurdu: Öz ailəsini gətirib onlarla o dağın yırtıqlarını doldurarsa, mütəal və şəriksiz Allah buyurar: Bəndəmə öz ruzimdən verdim. O isə onu götürüb, özü və ailəsi üçün xərclədi və daha sonra onları çölə həccə gətirərək onlarla bu boş yerləri doldurdu. Məndən əfv istədikdə, günahlarını bağışlayar və fikrini məşğul edən çətinliyini öz öhdəmə alaraq, ona ruzi verərəm.
Səid ibni Yəsar deyir: O həzrət (ə) ona yaxın bir sıra başaq sözlər də buyurdu:
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |