Ərafatın əhəmiyyəti
576. Həzrət Peyğəmbər (s) buyurub: Həcc ərəfatdır, həcc ərəfatdır, həcc ərəfatdır. Mina günləri üç gündür: Beləliklə hər kəs iki gündə tələsərsə, onun üçün heç bir günah yoxdur və hər kəs onu tə᾽xirə salarsa, onun üçün də heç bir günah yoxdur. Hər kəs fəcr açılışından qabaq Ərəfədə olarsa, həcci dərk etmişdir.
577. Əbdürrəhman ibni Yə᾽mur nəql etmişdir ki, Ərəfatda Yəmən xalqından bir dəstəsi həzrət Peyğəmbərin (s) hüzuruna gələrək sual soruşdular: Həzrət (s) də bir nəfərin xalqa bu sözləri çatdırmasını göstəriş verdi ki: Həcc Ərəfədir. Gecə çağı fəcr açılışından qabaq Məş᾽ərul-hərama gələn şəxs həcci dərk etmişdir. Mina günləri üç gündür. Beləliklə hər kəs iki gündə tələsərsə, onun üçün heç bir günah yoxdur və hər kəs onu tə᾽xirə salarsa, onun üçün də heç bir günah yoxdur.
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.