» » Dua etmək göstəriş deyil, yalvarışdır!


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dua etmək göstəriş deyil, yalvarışdır!
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 30-07-2014, 13:00 | Baxılıb: 1 277
     
     Dua etmək göstəriş deyil, yalvarışdır!
    Bu ayədə başqa bir mühüm məsələyə toxunulur. Bizim Cənnətdə bu dərəcəyə çatmağımızın başqa bir səbəbi dünya evində dua əhli olmağımızdır. Cənnətə gəlməmişdən qabaq dünyada öz Allahımızı çağırardıq. Doğrudan da bizim Allahımız mehriban və bağışlayandır. "Birr” və "barr” mehriban, nazlayan deməkdir. Burada duanın əzəməti, böyüklüyü və əhəmiyyəti aydınlaşır. Duanın mənası, kiçiyin təvazö edərək böyükdən bir şey istəməsi deməkdir. Əgər mövla öz qulundan bir şeyi istəsə, buna göstəriş və hökm deyilir. Lakin qul öz ağasından bir şey istəsə, dua adlanır, hökm yox. Xülasə desək, aşağı dərəcəlinin yuxarı dərəcəlidən təvazökarlıqla və acizanə bir şey istəməsinə dua deyilir. Daha sadə bəyan etsək, dua acizlik üzündən gədalıq etməkdir. Hər qədər əcr və muzd çox istəsə gərək öz acizliyini duada daha çox bildirsin. Gədaların hər birinin bir cür dilənməyini görmüsünüz, biri bir az aciz olur, o birisi çox aciz olur, üçüncüsü daha çox aciz olur. Hər hansı birinin acizliyi artıq olsa, öz məqsədinə çox yaxşı çatır. Məsələn, sızıdaya-sızıldaya, ağlaya-ağlaya dilənən gədaya hər ürəyi rəhmli insan kömək edir. Bu duanın ədəbi mənasıdır. İndi görək Allah, bəşəri biçarə və aciz yaradıbdır? Yalnız bir yolu, o da bir tərəfli olan yolu, Allahçılıq yolunu onun üzünə açıq qoyub, təki Allahı çağırsın?
    Hər bir bəşərin, ya hal hazırda müsibəti vardır ya da sonra onun üçün müsibət baş verəcək Elə bir kəs yoxdur ki, yaşadığı dövrdə onun üçün xoşagəlməz hadisə baş verməsin. Qüssəsiz ürək bu dünyada yoxdur. Allah bu cür məsləhət bilir, təki insan təzyiqə məruz qalıb, Allaha ehtiyaclı olmasını bilsin, hər tərəfə baxsın, çarə yolu tapa bilməsin, axırda bir çarə yolu taparaq "Ey mənim Sahibim! Ey mənim Allahım!”, desin:
    Xülasə, dünya yaşayışının bəlaları, çətinlikləri, təzyiqləri insanı Allaha tərəf yönəlməyə və Allahı çağırmağa məcbur edir. Həmçinin böyük çətinlikləri Qiyamət və bərzəx aləminin əzablarını təsəvvür edərək, Allahı yadına salır. Bəşər insanların necə öldüyünü görüb, "Ey Allah! ölüm vaxtı mənim dadıma çat!” deyir.
    İnsan görür ki, ölüləri qəbrə qoyandan sonra qayıdırlar, Bu zaman deyir: "Ey mənim Allahım! Mənim təkliyimə rəhm et!”
    Siratın adı gələn kimi, nameyi-əməl və onun sağ və ya sol ələ verilməsi, əliboşluğu, biçarəliyi yadına düşür.
    Dərdi olmayanlar insan deyillər. Nə qədər dərd çoxalsa o qədər də dərman istəyirsən. Dərman nədir? Dərman duadır. Acizlik, ehtiyac, biçarəlik dua etməyə bais olur. Bunların hamısı müqəddimədir. Allah qadirdir bəşərin hər birini elə yaradardı ki, aciz olmasın. Lakin, Allahın hikməti bu cür tələb edir. Allahın hər kəsə məhəbbəti çox olsa, onun dərdini çoxaldar. Hər kəs bu cür məclisə çox yaxındırsa, ona bəla camını daha da çox verirlər. Bir neçə il bundan qabaq elə burada bu məscid bir nəfər namazın vaxtı keçəndən sonra məscidə gəlirdi. O məscidin sütunlarının dalında ah-nalə ilə namaz qılıb, ağlayırdı. Bir neçə müddətdən sonra gördüm əvvəlki kimi namaz qılmır. Böyük bir dünyəvi giriftarçılığın ona üz verdiyi məlum oldu. Giriftarçılıq aradan gedəndən sonra da həmin əvvəlki ibadət halı onda yox idi. Bəndədə bu hal tapılandan sonra ona bir hadisə üz gətirir. Müqəddəs Əhədiyyət nuru! Bu nurla ürəyi işıqlanır. "Ya Allah!”, "Ya Rəbb!” deməklə nur saçır. Bunun həqiqətini, dərin mənasını diqqət və əql əhli başa düşür. Başa düşür ki, ən uca hikmət onu, ilahi feyzi başa düşməyə vadar edir, istər hacəti qəbul ola, istərsə də qəbul olmaya. "Biharül-ənvar”ın altıncı cildində belə rəvayət olunur: Rəsuli Əkrəm ölüm yatağında olanda, Cəbrəil gecə-gündüz o Həzrətin yanına nazil olaraq deyirdi: "Allah-Taala sənə salam göndərir və sənin halını soruşur. Həmçinin sənin ümmətində xəstəni ziyarət etmək rəsmi olmalıdır.
    Cəbrail deyirdi: "Ey Müəmməd, bil ki, Allah səni çətinliyə salmayıbdır və Allahın yanında səndən əzizi yoxdur. Lakin Allah Taala sənin səsini və duanı eşitməyi istəyir, təki Allah-Taala səni bütün xalqdan fəzilətli edərək hazırladığı savaba və dərəcəyə çatdırsın.
    Əgər Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm rahat olsaydı buyurardı: Allahı tərif və Ona şükr et! Çünki Allah-Taala istəyir ki, sən ona həmd və şükr edəsən, təki öz fəzlini sənin üçün çoxalda.
    "İddətüd-da”i” kitabında bir hədis vardır. Bu hədis həqiqətləri kəşf edən Əbu Əbdillah İmam Sadiq əleyhis-salamdan nəql olunu. O Həzrət buyurur:
    "Allah-Taalanın yanında bir dərəcə vardır. O məqama duadan başqa  heç bir şeylə çatmaq mümkün deyil.”
    "Kafi” kitabında da İmam Sadiq əleyhis-salamdan belə nəql olunur:
     "Allahı, dua edərək çağırıb öz hacətinizi istəmək sizə vacibdir. Çünki dua kimi sizi Allaha yaxınlaşdıran bir şey yoxdur. Hətta kiçik hacətləri də Allahdan istəyin və utanmayın. Çünki həm kiçik hacətləri, həmin böyük hacətləri verən Allahdır.”
    Yəni, hər bir şeyi Allahdan istəyin, hətta xörəyin duzunu və ayaqqabının bağını.
    Aləmlərin Rəbbi olan Allahla insanın söhbət etməsi çox böyük nemətdir. Həmin şəxs, mən bir saat şahla söhbət etdim deyəndə nə qədər fəxr edər? Bəşərin səadəti Allaha üz tutduğu vaxtdır. İmam Zeynül Abidin əleyhis-salam Allaha üz tutub ərz edir:
    "Bizə mərhəmət etdiyin ən böyük nemət, dua etmək tövfiqidir. Əgər Sənin iznin və əmrin olmasaydı heç vaxt Səni çağıraraq "Ya Allah” deməyə cür”ət etməzdim.”
    Allah-Taala bəndənin duasını çox istəyir. Allah-Taala Musa əleyhis-salama buyurur: "Duzu da məndən istə!”
    Bu o demək deyil ki, evdə otur və de: "Ey Allah duz ver!” Bu o deməkdir ki, duz dalınca gedəndə də Allahdan kömək istə.
    Həzrət Musa əleyhis-salamın dişi ağrıyanda ona vəhy oldu ki, filan bitkini gedib tapsın və ondan istifadə etsin. Musa əleyhis-salam da o cür etdi və sağaldı. İkinci dəfə Musa əleyhis-salamın dişi ağrıdı. Bu dəfə birbaşa həmin bitki üçün durub getdi. Həmin bitkini dərib yedi. Lakin dişi sağalmadı. Musa əleyhis-salam Allaha ərz etdi: "Niyə bu dəfə dişimin ağrısı kəsilmədi?”
    Vəhy gəldi: "Ey Musa, birinci dəfə ümidini Mənə bağlamışdın. İkinci dəfə isə ümidini öz təcrübənə və həmin bitkiyə bağladın. Elə buna görə də sağalmadın.”
    Başqa bir hədisdə buyurur ki, Allahın yanında duadan çox heç bir əməl sevimli deyil. Allah istəyir ki, ondan bir şey istəyələr. Çünki, hər dəfə "Ya Rəbb” desən Allah-Taala buyurur: "Ləbbeyk!” Yəni Mən səni eşitməyə hazıram. Əlbəttə, əgər məsləhət olsa, bəndənin hacəti qəbul olacaq, əgər məsləhət olmasa qəbul olmayacaq və həmin dua axirət üçün zəxirə olacaq. Bu qədər bəlalar insanı Allaha tərəf getməyə məcbur edir. Xoş o adamın halına ki, özü Allahı yada sala, bəlanın gəlməsini gözləməyə.. Xoş o adamın halına ki, duası qəbul olandan sonra yenə də dua edə.
    Çoxlu rəvayətlərdə yazılıbdır ki, əgər vəba kimi ümumi bəla, ya fəqirlik kimi şəxsi bəla gəlsə, bu bəlanın çox çəkməsini bilmək istəsən, gör dua etməyə halın vardır yoxsa yox? Əgər dua etməyə halın olsa bəla tez çəkilər, əgər dua etməyə halın olmasa bəla çox çəkəcək.

    Mənbə: "Quran və qiyamət" kitabı
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 31 Temmuz 2014 08:58 | Sayt nəzarətçisi | Şərh yazdı
    BACIM MENIM ALLAH RAZI OLSUN BACI ALLAH CUMLEMIZIN DUALARINI QEBUL ETSIN INSALLAH AMIN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 31 Temmuz 2014 00:04 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZİ OLSUN....DUA ETMEK VE ALLAHA HER AN EHTİYACİN OLDUGUNU ANLAMAQ GOZELDİR...
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Təhminə | Status: İstifadəçi Offline | 30 Temmuz 2014 18:14 | İstifadəçi | Şərh yazdı
    Bacı Allah razı olsun. Çox sağ ol.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 30 Temmuz 2014 15:16 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.DUA MÖMİNİN BƏLALAR QARŞISINDA SİPƏRİ VƏ HACƏTLƏRİN QAPISIDIR.İNSAN ZATƏN ACİZ VƏ ZƏİFDİR.KAMİL İNSAN MAHİYYƏTİ DƏRK EDƏNDİR.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 30 Temmuz 2014 14:38 | İstifadəçi | Şərh yazdı
    ALLAH razi olsun ellerve sagliq

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.