» » Dua amilləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dua amilləri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 12-06-2015, 16:00 | Baxılıb: 1 648
     
     
    Dua amilləri

    Dua iradi bir işdir və səbəbə ehtiyaclıdır. Dua edənlərin məqsədləri çox fərqlidir. Onların dualarının dəyəri məqsədlərinin dəyərindən asılıdır.
    1. Bəzən insanın duada məqsədi maddi ehtiyacların təminidir. Məsələn, Allahdan pul, ev, övlad, sağlamlıq və sair şeylər istəyir. Beləliklə, bu şəxsi duaya təhrik edən amil həmin şeylərə çatmaq marağıdır. Bu növ istək insanın kiçik və rəzil məqsədinin nişanəsi olsa da, öz həddində yaxşıdır. Çünki dua edən şəxs Allahın səbəbkar olmasını bildirir. Beləliklə, belə bir şəxs istəklərini Allahdan tələb etməyən başqa bir şəxslə bərabər deyildir.
    Birinci şəxs Allahı tanıdığından və Onu aləmdə səbəbkar bildiyindən ehtiyaclarının ödənməsi üçün Ona doğru əl açır və dua edir. Lakin ikinci şəxs bu həqiqətə 
    inanmır. Buna görə də o birinci şəxsin əksinə olaraq, kamillik yolundan çıxmışdır və yalnız maddi vasitələr yolu ilə öz istəklərinə çatmaq arzusundadır. Bu iki şəxsi müqayisə etdikdə görürük ki, birinci şəxs Allaha diqqət, Onun qarşısında bəndəlik və kiçiklik göstərdiyi üçün bəzi kamilliklərə çatmışdır, lakin məqsədi kiçik və yalnız dünyəvi çərçivədə məhdudlaşmışdır. İkinci şəxs isə ümumiyyətlə hər şeydə uzaqlaşmışdır və heç bir məqama çatmayacaqdır. Buna görə də, qeyd etdiyimiz hal duanın mərtəbələrindən biridir və öz həddində dəyərli və məqsədlidir.
    2. Daha üstün mərhələ isə insanın uca və ali məqsəddə olması, Allahdan mənəviyyat və bəndəlik tövfiqi istəməsidir. Belə bir insan üçün mənəvi və axirət işləri dünyəvi və maddi işlərdən dəyərlidir. Beləliklə, onlar üçün maddiyyat dəyərsiz sayılır. İnsan həqiqətən axirəti tanıyarsa və Allahdan istədiyi şeyi ona əta edəcəyini bilərsə, dünyəvi bir şey istəməz. Bir şərtlə ki, bu istəklər axirət işləri yönümündə olsun, ya da sonradan izah edəcəyimiz başqa məqsədlər üçün!
    Buna görə də ilahi övliyalardan nəql olunmuş dualar çox dəyərlidir. Onların duaları heç vəchlə bizim dualarla müqayisə olunası deyil. Amma bizim dualarımız da ibadətdir. Çünki imandan qaynaqlanmışdır. Bu dualar kamillik səbəbi olsa belə, kamillik üçün az təsirlidir. Lakin insan maddi işlər əvəzinə mənəvi işlər üçün dua edərək bəndəlik tövfiqi istəyərsə, Allah onun iman və mərifətini artırar və ona layiqli əməllər üçün tövfiq verər. Beləliklə, insan kamillik yolunda sürətlə hərəkətə başlayar! Bu sayaq dualar maddi ehtiyacların təmini üçün olan dualardan daha dəyərlidir. Çünki belə dualar insanın axirətə və Allaha yüksək imanının nişanəsidir. Belə insanın nəzərində axirət daha gözəl və daha möhkəmdir.  "Axirət daha üstün və daha davamlıdır.” 
    3. Bəzən duada məqsəd yuxarıda sadaladıqlarımızdan da üstün olur. Bu mərhələdə dua edənin məqsədi yalnız Allahla danışıq və Ona itaət etməkdir. Onun istəyi duanın zatıdır; istək duası dost qapısına getmək üçün bəhanədir. O, Allah, "dua edin” buyurduğu üçün dua edir. Bu mərhələdə nə istənilməsi mühüm deyil. İstər mənəvi şeylər istənilsin, istərsə də maddi; heç bir fərqi yoxdur! Mənəvi işlər üçün dua daha yaxşı olsa da, uyğun məqsədlə istənilən bir dua arzu olunasıdır. Belə bir insan özünü ilahi rəhmətin sonsuz okeanının kənarında görür. Buna görə də cüzi işlər üçün də dua edir.
    İnsan belə bir məqsəddə olarsa, onun duası çox üstün, dəyərli olacaqdır. Hətta onun duası kiçik işlər üçün olsa belə! Belə bir dua maddi, ya mənəvi olduğu üçün dəyərli sayılmır. Bu duanın dəyəri ondadır ki, insan Allahı əsas səbəbkar bilir və Onu hər bir şeyə qalib hesab edir. Belə bir dua o zaman dəyərli olur ki, insanın diqqəti duanın nəticəsində olmur. O yalnız Allah duanı sevdiyi üçün Ona dua edir.
    Əgər Allah duanı əmr etməzdisə ("Çağırın Məni, sizi qəbul edim.” "Mumin” surəsi, ayə 6; "Allahın fəzlindən istəyin.” "Nisa”surəsi, ayə 32) o heç zaman özünə icazə verməzdi ki, bu şeyləri Allahdan istəsin. Amma Allah bəndəsinin Ona doğru ehtiyac əlini uzatmasını sevdiyini buyurur. Buna görə də o dua edir. Belə bir dua başqa dualarla müqayisə olunası deyil və yalnız Allahdan qeyrisinə bağlı olmayan kəslər tərəfindən oxunur.
    İnsan nə qədər ki, dünya və axirət işlərinə maraqlıdır, istər-istəməz onların təmin olunması üçün çalışacaqdır. Əlbəttə, əgər insan Allaha imanlı olsa və öz hacətlərini Ondan istəsə, bunun heç bir eybi yoxdur. Şübhəsiz ki, hər kəs öz mərifət və imanı səviyyəsinə uyğun istəyir. Lakin iman və mərifətin üstün mərhələsinə çatmış şəxslər üçün Allahdan kiçik dünyəvi şeylər istəmək eyb sayılmır. Çünki onlar yalnız Allah istədiyi üçün dua edirlər.
    Demək, bəzən duanı uzatmaq və kiçik şeylər istəmək bəyənilir. Çünki dua bəndəlik ruhiyyəsinin yüksəlməsinə, Allah qarşısında yalvarışa və mütiliyə səbəb olur. Belə bir dua mömin insanın Allaha etiqadının dərinliyini göstərir. Çünki o hətta ən kiçik işlərdə belə Allahdan başqasına güvənmir.
    Burada iki nöqtəni xatırlatmaq yerinə düşər:
    1. İnsan həmişə öz ehtiyaclarına diqqətli olmalı və onların təmini üçün yalnız Allah-təaladan kömək istəməlidir. Lakin yadda saxlamalıdır ki, insanın ehtiyacları maddi və dünyəvi ehtiyaclarla sona çatmır. Əslində bəşərin ehtiyaclarının böyük bir hissəsi mənəvi və ruhi ehtiyaclardır. O cümlədən, bizim ən mühüm və ən böyük ehtiyacımız İslam, vilayət və hidayət nemətləridir. Allahdan bu nemətləri istəyək.
    Rəvayətlərdə göstərilir ki, ilahi övliyalar Allahdan şəhadət istəyirdilər: "İlahi, bizə öz yolunda şəhadət qismət et.” (ramazan ayının gecələri üçün bəyan olan duadan bir hissə). 
    Bu növ istəklər onların Allahla yaxınlığa olan məhəbbətlərinin yüksəklik nişanəsidir. Biz də onlardan öyrənməliyik. Allahdan istəməliyik ki, bizə onunla arifanə, xalisanə və sadiqanə söhbət üçün xalis niyyət əta etsin.
    2. İslam ideologiyasında insanların rəğbətləndirildiyi digər bir nöqtə başqaları üçün dua etməkdir. İstər maddi, istərsə də mənəvi işlər üçün olsun! Başqaları üçün edilən dua Allahı yada salmaqla yanaşı, möminlərin bir-birinə olan məhəbbət və əlaqəsini artırır. Hətta dua zamanı fədakarlıq ruhiyyəsi, başqalarına diqqət və mömin üçün zəruri olan ətrafa mərhəmət hissi yaranır.
    Həzrət imam Həsən (ə) Müctəbadan belə bir məşhur rəvayət var: "Bir gecə oyaq idim, gördüm ki, anam həzrət Zəhra (ə) dua edir. Nə qədər qulaq asdımsa, gecənin sonuna qədər başqaları üçün dua etdi. Ondan soruşdum: "Anacan, niyə özünüz üçün dua etmirsiniz?” Buyurdu: "Əvvəl qonşu, sonra ev əhli.”
    Demək, başqaları üçün dua özün üçün duadan dəyərlidir. Xüsusi ilə möminlərin mənəviyyatı üçün olarsa, daha dəyərli sayılır.

    Kitabın adı: Rəbbin dərgahında  
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.