» » Məgər dua xalq üçün süstlük və tənbəllik səbəbidir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Məgər dua xalq üçün süstlük və tənbəllik səbəbidir?
    0
    Müəllif: Fatimə Nuri Xuda | 8-06-2015, 16:00 | Baxılıb: 1 332
     
     
     Məgər dua xalq üçün süstlük və tənbəllik səbəbidir?

    Dua ilə bağlı mövzulardan biri də ictimai və psixoloji yönümdə olan mövzudur. Bəziləri belə güman edirlər ki, xalqın duanın təsirinə inanması ictimai və şəxsi fəaliyyətlərdə süstlüyə səbəb olur. Bu süstlük istər-istəməz ictimai tənəzzülə aparasıdır. Bu da, zülmkarlar üçün yaxşı bir vasitədir. Onlar xalqın başını dua və ibadətlə qataraq onların sərvətlərini qarət etməklə məşğul olurlar.
    Lakin həqiqət budur ki, hər bir gerçəkdən hansısa şəkildə sui-istifadə etmək mümkündür. Əgər hansısa bir həqiqətdən sui-istifadə olunarsa, bu həqiqətin əsassız olmasını demək olmaz. Dua istər ictimai, istərsə də fərdi məsələlərdə quruculuq və çalışqanlıqdan əl çəkmək demək deyil. Duanın mənası budur ki, mömin insan həqiqi səbəbkar Allahı bilir. Hər zaman ehtiyac hiss etdikdə öz ehtiyaclarını aradan qaldırmaq üçün Allahına üz tutur. Eyni zamanda Allahın verdiyi maddi vasitələrdən bu sahədə öz həddində istifadə edir. Çünki Allah özü belə istəmiş və belə qərarlaşdırmışdır. Lakin bu vasitələri işin təsirində müstəqil saymaq olmaz.
    Mömin insan maddi vasitələrdən faydalanmasına baxmayaraq, onlara güvənmir. Nəticədə maddi vasitələr olmayan yerdə naümid olmur. Çünki Allahın onun ehtiyaclarını qeyri-təbii yolla ödəyə biləcəyinə inanır. Bu həqiqətlərə nəzər saldıqda aydın olur ki, duanın təsirinə inam süstlük və tənbəllik səbəbi yox, təlaş və ümid səbəbidir.
    İnsan yalnız maddi vasitələrə inamlı olarsa, bu vasitələr olan yerdə fəaliyyət göstərə bilər. Lakin mömin insan maddi vasitələr olmayan yerdə də həvəsdən düşmür.
    Bədr döyüşündə müsəlmanlar son dərəcə çətinliyə düşmüşdülər, qüvvə və döyüş vasitələri düşməndən qat-qat az idi. Lakin onlar duaya başladılar: «İz təstəcisunə rəbbəkum...». Beləliklə, Allah onların duasın qəbul etdi və onlara kömək üçün 1000 mələk göndərdi. Bununla da müsəlmanlar qələbə çaldılar. Əgər müsəlmanlar duaya inanmasaydılar, öz ruhiyyələrini itirib, geri çəkilər, məğlub olardılar.
    Beləliklə, duaya inam məğlubiyyət və gerilik səbəbi deyil. Əksinə, bəzən duaya inanmamaq məğlubiyyət və gerilik səbəbi olur. Əslində bu şübhə dua ilə yetərsiz tanışlığın nəticəsidir. İnsanın yalnız dua edib heç bir fəaliyyət göstərməməsi təsəvvürü yanlış təsəvvürdür.
    Allahdan bir şey istədikdə Onun özünü həqiqi səbəbkar bilməliyik. İxtiyarımızda olanları da Ondan bilməliyik. İxtiyarımızda olanları özümüzünki bilib başqa yerlərdə Allahdan kömək istəməməliyik. Məgər insanın vücudu və hər nəyi Allahın deyilmi?!
    Dua insanın Allahdan onun işlərini qeyri-təbii yolla görməsini istəməsi deyil. Əslində bu iş Allaha məsləhət vermək kimidir; məsələn, süfrəsində çörək olan şəxs deyir: "İlahi, mənə başqa yolla ruzi ver”. Bu həqiqi dua deyildir!
    İnsan həqiqətən Allahı tədbir və hikmət sahibi bilərək Ondan nəsə istəyirsə, Allahın ona verdiklərindən razı qalmalıdır. Əgər bu şeylərdə azlıq hiss edərsə, Allahdan onu təmin etməsini istəsin. Beləliklə, Allahın göz əta etdiyi, lakin gözlərini yumaraq Allahdan onu gözübağlı məqsədə çatdırmasını istəyən şəxsə demək lazımdır ki, məgər Allah sənə göz verməyibmi?! Nə üçün ondan istifadə etmirsən?! Dua Allahın hikmət əsasında əta etdiyi nemətləri kənara qoyub, Allahdan başqa yolla nemət istəməsi deyil. Bu yanaşma əslində "İlahi, mən Sənin məsləhətini qəbul etmirəm” mənasını verir: "Sən dedin göz ilə gör, mən isə qulaq ilə görmək istəyirəm!” Nəql olunur ki, həzrət Musa (ə) xəstələnmişdi. Bəni-İsrail ona dedi: Əgər filan bitkidən istifadə etsən, yaxşılaşarsan. Musa (ə) dedi: "Mən dərman qəbul etməyəcəm. Allah özü mənə şəfa versin”. Bir müddət keçdi, lakin sağlamlıqdan bir əsər görünmədi. Allah tərəfindən ona vəhy olundu: "And olsun izzət və cəlalıma, sənə o bitkidən istifadə etməyincə şəfa verməyəcəyəm. Ey Musa, sən təvəkkülünlə Mənim hikmətimi batil etmək istəyirdin?! Məgər bitkilərin kökünə şəfa xüsusiyyətini Məndən başqasımı vermişdir?!”
    Təbii ki, Allah öz hikmətli tədbirlərini bizim istək və həvəslərimizə tabe etməyəcək:  "Əgər haqq onların istək və həvəslərinə tabe olarsa, şübhəsiz, göylər və yer puç olar.” 
    Beləliklə, Allahın ixtiyarımızda qoyduğu şeylərdən tələb olunan qaydada istifadə etməli, Allahın tədbir və hikmətinə boyun əyməliyik. Allah əbəs yerə və hikmətsiz heç bir iş görmür. Aləmdə olan bütün vasitələr Onun hikməti əsasındadır. Bütün vasitələr bizim xeyirimiz üçündür və bizim problemlərimizin həllində təsirlidir. Beləliklə, bu şeyləri kənara qoyub, başqa yolla ruzi istəməməliyik. Tədbir Onun əlindədir, hər şeyi Ondan istəməliyik; O isə məsləhət bildiyi yolla əta edəcəkdir. Əgər bizim ixtiyarımızda qoyduğu şeylərdən istifadə etsək, Allahın əvvəlcədən qəbul vasitələri hazırladığını görəcəyik. Biz isə yalnız onlardan istifadə etməliyik.
    Əlbəttə, Allah başqa vasitələr qərar verməkdə aciz deyil. Lakin insanın ixtiyarında qoyulmuş vasitələrdən istifadə etməməsi dua və təvəkkül hesab olunmur. Bu yanaşmalar bəlkə də bəzi şəxslərin İslam məfhumlarından sui-istifadəsindən və pis təfsirlərindən qaynaqlanır. Təvəkkül Allaha güvənib maddi vasitələrdən istifadə etməmək deyil. Maddi vasitələri bizim istifadəmiz üçün Allah qərar vermişdir.
    Bəli, həqiqi təvəkkül əhli başqalarından daha fəaldır. Allaha təvəkkül ilə cəbhəyə gedib düşmən ilə döyüşən mücahidlərin çalışqanlığı başqalarından daha çoxdur. Eyni zamanda, onlar qələbəni Allahdan bilirlər:  "Qələbə qüdrət və hikmət sahibi olan Allahdan başqası tərəfindən deyildir.” 
    Həqiqi mücahid qələbə və köməyi Allahdan istəyir. Eyni zamanda, Allahın ona əta etdiklərinə göz yummur və onlardan istifadə edir. Beləliklə, həqiqi dua Allahın qərar verdiyi vasitələrdən istifadə edənlərin duasıdır. Düzgün deyil ki, bu vasitələri kənara qoyub, duanın başqa yolla qəbul olmasını istəyək. Rəvayətə əsasən, belələrinin duası qəbul olmur. Bəzi rəvayətlərdə nəql olunmuşdur: Pis əxlaqlı zövcəsi olan şəxs Allahdan onu bu qadının şərindən qorumasını istəyərsə, duası qəbul olmaz. Çünki Allah onun üçün təlaq (boşanma) qərar vermişdir. Əgər həqiqətən də onun qadını pis əxlaqlıdırsa və onunla yaşamaq dünya və axirət xeyirinə ziddirsə, onu boşaya bilər. Əgər onun dua etməkdə məqsədi belə bir qadının qarşısında Allahın ona dözüm və səbir verməsi, qadının islahı olarsa, dua qəbul olunar; başqa hallarda dua faydasızdır; çünki bu qadının şərindən xilas olmaq üçün Allah onun ixtiyarına  vasitə vermişdir və o bu vasitədən istifadə etmir. Əgər bu şəxs öz istəyində ciddidirsə, Allahın onun ixtiyarında qoyduğu vasitədən istifadə etməlidir.
    Allahın peyğəmbəri buyurmuşdur: "Əməl etməyərək dua edən kəs, ipsiz kamanla ox atmaq istəyən kəs kimidir.”
    Başqa bir rəvayətdə buyurulur: "Evdə oturub Allahdan ruzi tələb edən şəxsin duası  qəbuolunmaz.”
    Demək, İslam duanı bəşəriyyətin əlində olan vasitələrin əvəzedicisi saymır. Dua insana bildirir ki, vasitələr müstəqil deyil. Bütün vasitələrin təsiri Allahın əlindədir. Beləliklə, vasitələr olduqda belə insan Allahı unutmamalıdır. İnsan bütün ehtiyaclarını Allahdan istəməlidir; hətta bu ehtiyaclar üçün adi vasitələr hazır olsa belə! Təkallahçı insan süfrəsində çörək olsa belə Allahı unutmur və Allahdan istəyir ki, onun aclığını aradan götürsün. Onun fikrincə, bütün şeylər vasitədir və son təsir Allahın tərəfindəndir. Mə’lum olur ki, bütün hallarda dua lazımdır, istər insan üçün adi vasitələr olsun, istərsə də onun əli adi vasitələrə çatmasın. Adi vasitələr olan yerdə dua bu vasitələri müstəqil bilməmək nişanəsi, Allahın istiqlaliyyətinə və insanın ilahi fəzilətlərə ehtiyaclı olmasına etiqaddır. Adi vasitələr olmayan yerdə isə dua Allahın qüdrətinin adi vasitələrlə məhdudlaşmadığını göstərir. Dua Allahın qeyri-təbii yolla da insanın ehtiyaclarını ödəməyə qadir olmasına inamdır. Beləliklə, dua istənilən bir halda zəruridir.
    Ac insan güclü iman sahibi olduqda Allahdan onu doyuzdurmasını istəyib süfrəyə oturur. Bu halda onun qidalanması etdiyi dua ilə heç bir ziddiyyət təşkil etmir. Yəni o bu işi ilə yalnız Allahı öz ehtiyaclarının ödənməsində əsil səbəbkar bilir. O, Allahın istəyi nəticəsində yeməyin insanın toxluğuna səbəb olmasına inanır, buna görə də ondan istifadə edir. Əgər belə olmasaydı yeməyin olub-olmaması onun üçün fərqsiz olardı. O inanır ki, Allah istədiyi yolla onu doyurda bilər.
    Allah həzrət Musaya (ə) vəhy etdi:  "Ey Musa, bütün ehtiyacını məndən istə, hətta yeməyinin duzunu da”. 
    Hər bir şeyi Allahdan istəmək bu mənada deyil ki, insan heç bir çalışqanlıq göstərmədən desin: "Gərək yalnız Allahdan istəyək! Hər şeyi O yoluna qoymalıdır”. Belə bir düşüncə səhvdir. Duanın həqiqəti insanın, özünün heç bir şeyi olmadığını və hər bir şeyin Allahdan olduğunu anlaması, bunu etiraf etməsidir. İş və təlaş gücü Ondadır, bütün vasitələri O hazırlayır, düşüncə və təfəkkür qüvvəsini O verir. Bunlar hamısı hacətlərin təmin olunması üçün işlənməli olan ilahi nemətlərdir. Əslində duanın mənası budur ki, insan bütün vasitələrin Allah tərəfindən olduğunu etiraf edir. Bu, şərti itaət olan həmin bəndəlik həqiqətidir.
    Beləliklə, duaya inam insanı tənbəllik yox, çalışqanlığa  sövq edir.

    Kitabın adı: Rəbbin dərgahında  
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.