» » Allah dostlarının sadə yaşayışı və şöhrətdən qaçması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Allah dostlarının sadə yaşayışı və şöhrətdən qaçması
    +5
    Müəllif: Qonaq | 26-05-2014, 17:00 | Baxılıb: 1 306


    Allah-təala həzrət Musaya tövsiyə edir ki, təzə yox, köhnə libas geyinsin. Bəli, mö’min bir tərəfdən zahiri dəyərlərə uymamalı, digər bir tərəfdən bilməlidir ki, sadə libas ondakı təvazö halını gücləndirəsidir. Adətən, insanlar təzə və qiymətli libas geyənlərə qibtə ilə baxır. Təzə və qiymətli libas geyinən şəxs başqalarının ona olan diqqətinin artdığını görüb daha artıq bəzənməyə çalışır. Bu halda onun qəlbindəki Allah qorxusu zəifləyir. Sadə və köhnə libasa isə heç vaxt əhəmiyyət verən olmur. İnsan bu qəbil libaslarda başqalarının diqqətini cəlb etmir, zahirinə görə sevinmir. Onun üçün ilahi və mə’nəvi gözəlliklər cəvahir gözəlliyindən çox dəyərlidir. Bu qəbil insanlar üçün gözəl libas kimi dünya cazibələri əhəmiyyətsizdir. Onlar çalışırlar ki, xalqın diqqətini cəlb etməmək üçün təzə libaslar geyməsinlər. Onlar əmindirlər ki, təkamül fikrində olanlar üçün xalq diqqəti böyük bəladır.

    Şöhrət, ad-san, xalqın ehtiramı insanın Allaha diqqətini əskildir. Allahla ünsiyyətdə olan insan nəinki xalqın diqqətindən ləzzət almır, əksinə bu diqqət onu narahat edir. Çünki bu diqqət onun Allaha diqqəti üçün maneədir. Məsələn, ona verilən salam, ona göstərilən ehtiram bir anlıq da olsa, onu öz məhbubuna diqqətdən ayırır. Demək, insanların diqqət və ehtiramı nəinki faydasızdır, hətta mə’nəvi məsələlərə diqqəti yayındırır. Allah-təala öz məhbubu Musaya köhnə libas geyinməyi tövsiyə edir. Onun nəzərinə çatdırır ki, xalq arasında tanınmaqdan çəkinsin, səma əhli ilə tanışlığa çalışsın. Onun yalnız mələklər, Allah övliyaları ilə tanışlığı faydalıdır. Bu sayaq tanışlıqlar təkamül yolu üçün faydalıdır.

    Bu qəbil əxlaqi göstərişlər bizi ifrat və təfritə sövq etməməlidir. Şöhrətdən çəkinmək, barmaqla göstərilməmək müsbət əxlaqi keyfiyyətdir. Belə bir münasibətin həm ictimai, həm də əxlaqi tə’sirləri var. Ruhani və mə’nəvi yüksəliş sorağında olan insan şan-şöhrətdən çəkinsə diqqətini mə’buda daha yaxşı yönəldə bilər. Amma bu əxlaqi tövsiyədən sui-istifadə etmək olmaz. Xalqın nəzəri mühüm deyildir deyə, cəmiyyətdən kənara çəkilmək düzgün deyil. İnsan guşənişin olmamalıdır. Cəmiyyətdən kənara çəkilən insan öz ictimai vəzifələrinə əməl edə bilməz. Xalqa xidmət, ehtiyaclılara yardım, haqqın təbliği, təhsil bizim mühüm vəzifələrimizdəndir. İnsan yalnız ictimai həyatda bu dəyərlərə sahib ola bilir. Əgər alim tanınmasa və özünü təqdim etməsə, insanlar elm və dini vəzifələrlə tanış olmaq üçün ona üz tutmazlar. Nəticədə alimin elmi səmərəsiz olar. Demək, bir çox vəzifələrin, o cümlədən ibadətlərin ictimai yönümü var. Cəmiyyətə qatılmadan bu vəzifələri yerinə yetirmək mümkün deyil. Cəmiyyətdən uzaqlaşmaq istəyən kəs yaxşılığa çağırış və pislikdən çəkindirmə kimi mühüm dini vəzifələrini yerinə yetirə bilmir. O başqalarına xidmətdən, tə’lim-tərbiyədən məhrum olur.

    Məqsədimiz budur ki, şan-şöhrət insanın zati istəyinə çevrilməməlidir. İnsan həyatını ictimai mövqe və xalqın diqqətini cəlb etməyə sərf etməməlidir. Şöhrət və ictimai mövqe vəzifələrin icrası üçün vasitə olmalıdır. İnsan tutduğu məqam və qazandığı sevgidən dini və ictimai vəzifələrinin icrasında istifadə etməlidir. Bəyənilməyən budur ki, şan-şöhrət və ictimai məqam insanın əsas həyat amalına çevrilsin. Bütün bunlar Allaha yaxınlıq üçün vasitə seçildikdə məzəmmət olunmur. Bə’zən vəzifələrin icrası üçün məqam və sevgi qazanmaq zərurətə çevrilir. Əgər var-dövlətdən xalqa yardım və Allahın razılığı üçün istifadə olunarsa, bu yaxşıdır. Pis budur ki, var-dövlət toplamaq insanın əsas məqsədi olsun. Bu halda dünyapərəstlik insanın ruhiyyəsinə hopur. Bu ruhiyyə onu çirkin yollara əl atmağa da vadar edir. Yalnız var-dövlət toplamaq fikrində olan insan qanun tanımır. Bir çox din alimlərinin şöhrət və sevgidən çəkinməməsinə pis baxmamalıyıq. Onlar yazdıqları kitabların üzərinə öz adlarını qeyd edir, tez-tez cəmiyyətdə görünürlər. Əgər onların bu münasibəti dinin yayılmasına kömək edirsə onları məzəmmət etməməliyik.

     

    Mənbə: "İlahi nəsihətlər” kitabı


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 6
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: H.Nurlana | Status: İstifadəçi Offline | 8 Haziran 2014 21:23 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 23:00 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 22:18 | İstifadəçi | Şərh yazdı
    BACI ELLERINE SAGLIQ ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 18:32 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAHIN SAlami salavati xeyir duasi uzerine olsun cox sagol  Məbəs günü munasibeti ile tebrik edirem Allah sonsuz razi olsun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: nastya | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 17:40 | İstifadəçi | Şərh yazdı
    ALALH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 17:27 | İstifadəçi | Şərh yazdı
    ellerve sagliq

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.