» » Möcüzə, Peyğəmbərliyi təsdiq edən amildir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Möcüzə, Peyğəmbərliyi təsdiq edən amildir
    +5
    Müəllif: Yusifi Zehra | 7-03-2015, 11:00 | Baxılıb: 1 236
     
     
    Möcüzə, Peyğəmbərliyi təsdiq edən amildir

     
    Möcüzənin vacibliyi:
    Əqli və fitri dəlillərlə məlum oldu ki, Allah-taala bəşəriyyəti əbədi səadətə çatdırmaq üçün onların qarşısında müəyyən həyati proqram və vəzifələr qoymuş və bununla da insanın, müəyyən mərhələləri qət etmədən kamal və səadətə nail olmasını qeyri-mümkün hesab etmişdir. Bəşəriyyəti kamal və səadətə çatdıran qanunlar olmadıqda isə, Allah-taalanın bəşəriyyətin ehtiyaclarından xəbərsiz olduğunu güman etmək olar. Bu isə bir qədər əvvəl qeyd etdiyimiz kimi, Onun müqəddəs Zatından uzaq və münəzzəhdir. Allah-taalanın bəşəriyyəti xoşbəxt etmək istəməsi və ya istəyib təmin edə bilməməsi də qeyri-mümkündür. Çünki, bu iki mənfi xislət (paxıllıq və acizlik) də Allah-taalaya xas olmayan xüsusiyyətlərdəndir. Demək, Allah-taala bəşəriyyətin xoşbəxt həyat qanunlarını təyin etməklə yanaşı, onları bütün bu məlumatlarla da agah etməlidir. Bir qədər əvvəl qeyd etdik ki, bəşəriyyətin xoşbəxt həyatının təmin olunması və haqqa hidayət olmaları üçün Allah tərəfindən lazımı qanun və vəzifələr təyin olunmalı və bundan sonra, onun bəşəriyyətə çatdırılması üçün kimlərsə müəyyənləşməlidir. Öz iman və davranışları ilə başqalarından fərqlənən bu şəxslər, «peyğəmbər» adlanır. Peyğəmbərin əsas vəzifəsi, bəşəriyyəti haqqa hidayət etmək və onları tək olan Allaha ibadət etməyə sövq etdirməkdir. Onlar bununla da öhdələrinə düşən məsuliyyəti yerinə yetirmiş olurlar. İnsanlar isə öz ixtiyarları ilə ya haqqı seçir, ya da batilə meyl edərək özünü əbədi fəlakətə düçar edirlər.
    «Lakin, Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan, aşkar bir möcüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın». (8/42).
    Bu uca və ilahi məqam olan peyğəmbərliyə gəldikdə isə, qeyd etməliyik ki, bu mənsəbə nail olmaq üçün çoxları yalan və hiyləyə əl atmış və bu yolda heç bir şeydən çəkinməmişlər.
    Bu səbəbdən də, Allah tərəfindən peyğəmbərliyə təyin olunmuş şəxslər, iddialarının sübuta yetirilməsi və başqalarının bundan sui-istifadə etməməsi üçün, kimsənin qadir olmadığı möcüzələri göstərməli və tutarlı dəlillər gətirməlidirlər. Belə ki, onun gördüyü xariquladə işlər adi təbii qanunlardan fərqli olmalı və qeyd etdiyimiz kimi, adi insanların istedad və bacarığından xaric olmalıdır. Yalnız belə olduqda, peyğəmbərliyin yeganə dəlili olan bu qeyri-adi işləri «möcüzə», onun icrasını isə ecaz adlandırırıq.
     
    Möcüzənin Peyğəmbərliyin sübutunda qoyduğu təsir
     
    Möcüzə təbiət qanunlarından xaric olduğu üçün yalnız Allahın izn və qüdrətilə həyata keçirilə bilər. Yəni, qeyb aləmindən ilham almayınca, kimsənin möcüzə iddia etməsi qeyri-mümkündür. Demək, peyğəmbərlik iddiası edən şəxsin möcüzə yolu ilə Allah tərəfindən himayə olunması və onun öz mövqeyindən istifadə edərək insanları haqq yoldan azdırması Allah-taalanın müqəddəs Zatına zidd olan xüsusiyyətlərdəndir. Bu nəticəyə gəlirik ki, peyğəmbərlərin möcüzə göstərməsi yalnız Allahın izn və qüdrəti ilə müyəssər ola bilər. Bu müddəa ümumi bir qanun və nəzər sahibləri tərəfindən təsdiq olunan bir həqiqətdir.
    Məsələn, camaat padşah və ya soltan tərəfindən rəiyyətin işlərini idarə etmək üçün təyin olunmuş şəxsin tutduğu mövqeyə şəkk və tərəddüdlə yanaşsalar, onlar tutduğu vəzifəni sübuta yetirmək üçün padşah tərəfindən tutarlı sənəd və dəlillər gətirməlidirlər. Rəislik iddiası edən şəxs padşahın, onun digər rəislər kimi mükafatlandırılacağını iddia edərsə və padşah da onu nəzərdə tutulan hədiyyələrlə mükafatlandırarsa bunu, həmin şəxsin padşahın nəzərində etibarlı olduğuna sübut kimi göstərmək olar. Çünki, əzəmətli və haqsevər padşahın, yalançı və fırıldaqçı bir şəxsi ona xidmət edəcək bir vəzifəyə və rəislik məqamına təyin etməsi və onu müxtəlif hədiyyələrlə mükafatlandırması qeyri-mümkündür. Demək, adi insan üçün təsəvvür etmək mümkün olmayan bir şeyi (mənfi xüsusiyyəti) aləmlərin Rəbbinə və elmi hər şeyi əhatə edən bir varlıq üçün də təsəvvür etmək qeyri-mümkündür.
    «Əgər o, (peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə istinad etsəydi Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq.» (Əl-haqqə, 69-44/46).
    Yəni, «Məhəmmədi» peyğəmbərliyə seçərək bir çox möcüzələri ixtiyarına qoysaq da o, istədiyi şeyləri Bizim adımızdan bəyan edə bilməz. Belə bir şey fərz olunduqda, Biz bu itaətsizliyin əvəzini çıxar və onu şiddətlə cəzalandırarıq (şah damarını qırarıq). Çünki, din və şəriətin həqiqi qoruyucusu və haqq ilə batili bir-birindən ayıran da Bizik.
     
    Əşərilərin nəzəriyyəsi
     
    Diqqət yetirmək lazımdır ki, möcüzəni peyğəmbərliyin sübutu kimi qəbul edən şəxslər, əqlin yaxşı və pisi ayırd etmək qbiliyyətinə malik olmasına etiqadlı olmalıdırlar ki, bu mərhələdə də əqlin hakimliyini qəbul edə bilsinlər. Əşərilər isə bu həqiqəti qətiyyətlə rədd edir və bəşər əqlini pisi-yaxşıdan ayıran əsas meyar hesab etmirlər. Bu səbəbdən də peyğəmbərliyin sübutu məsələsi hələ də onlar üçün qaranlıq olaraq qalmışdır. Çünki, möcüzənin peyğəmbərin haqq olmasını sübuta yetirməsi, insanın möcüzəni dərk etməsi və bunun yalançı iddiaçılar tərəfindən mümkün olmadığına yəqinlik hasil etməsindən irəli gəlir. İnsan, hansı işlərin Allaha aid olub-olmamasını ayırd etmədikdə təbii ki, kimin haqq, kimin nahaq olmasını dərk edə bilməyəcəkdir. Əqlin yaxşını-pisdən ayıra bilməməsi nəzəriyyəsi «peyğəmbər tanıma» (həqiqətlə yalan arasında fərq qoyma) məsələsində böyük çətinliklər meydana gətirir.
    Fəzl ibni Ruzbəhan, Əşərilərin əql haqda irəli sürdükləri nəzəriyyəyə bir neçə əsaslı irad tutmuşdur. O, verdiyi cavabların birində deyir: Xoşagəlməz işləri Allah-taala üçün fərz etmək qeyri-mümkün olmasa da, bunu bilmək lazımdır ki, O, möcüzəni daim haqq peyğəmbərlərin ixtiyarına qoyur və belə bir mühüm işi heç vaxt yalançı və fırıldaq adamlara həvalə etməz. Demək peyğəmbərlərin, haqla batilin yalançı şəxslər tərəfindən tanınıb üzə çıxarılması hətta, Əşərilər üçün də qaranlıq qalmayacaqdır.
    Ruzbəhanın verdiyi bu cavaba isə bir neçə nöqsan və irad tutulmuşdur:
    1. Ruzbəhanın burada Allah-taalaya nisbət verdiyi işlər heç bir hiss orqanı ilə dərk olunmayır. Bunu yalnız əql və şüur yolu ilə dərk etmək olar və bu yolu isə, Əşərilər öz üzlərinə bağlamışlar.
    Çünki, əgər əql yaxşı ilə pisi ayırd etməyə qadir olmasa, onda Allahın da verdiyi vədlərə əməl etməməsinə, heç də qeyri-adi hal kimi baxılmayacaqdır.
    2. Bütün bunlarla yanaşı Ruzbəhan, keçmiş peyğəmbərlərin hamılıqla möcüzəyə malik olduqlarına əsaslanaraq, möcüzənin iftiraçı şəxslər tərəfindən həyata keçə bilməməsini bəyan edir.
    Amma bu məsələyə tərəddüdlə yanaşan şəxslər Allahın, möcüzənin əməli-saleh və sadiq insanlar vasitəsilə həyata keçirməsinə
    qətiyyətlə inanmırlar. Nəticədə onlar möcüzəni, peyğəmbərliyi sübuta yetirən meyar kimi qəbul etmirlər.
    3. Ruzbəhan deyir: Əgər əql baxımından hər hansı bir işin görülməsi və ya tərk olunması eyni səviyyədə olarsa və əql onlardan hansının yaxşı və ya pis olduğunu dərk etməyə qadir olmazsa, hər şeyə qadir olan və görəcəyi işlər üçün məsuliyyət daşımayan (kimsə tərəfindən nəzərdə olmayan) bir varlıq, (Allah) öz adətini dəyişərək möcüzəni əməli-saleh insanların ixtiyarına qoyduğu kimi, onu yalançı və fırıldaqçı şəxslərin də ixtiyarına qoya bilər.
    4. Adət, dəfələrlə təkrar olunan işlərin nəticəsində meydana gəlir. Və təkrar olaraq baş verən işlərin də təbii ki, müəyyən zamana ehtiyacı vardır. Belə olduğu bir halda, iş və hadisələr adət halını almazdan əvvəl ilk peyğəmbərin həqqaniyyətini hansı dəlillərlə sübuta yetirmək olar?
    Gələcək fəsillərdə Əşərilər və onların bu barədə irəli sürdükləri nəzəriyyələr haqda söhbət açacağıq.
     
    Kitabın adı: Əl-bəyan 1-ci cild
    Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.