» » Möcüzələr arasında olan oxşarlıq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Möcüzələr arasında olan oxşarlıq
    +5
    Müəllif: Yusifi Zehra | 7-03-2015, 20:00 | Baxılıb: 1 679
     
     
    Möcüzələr arasında olan oxşarlıq
     
    Bir qədər əvvəl qeyd etdik ki möcüzə, kimsənin qadir olmadığı, təbii qununlardan fərqlənən və yalnız Allahın izni ilə peyğəmbərlər tərəfindən yerinə yetirilən qeyri-adi işlərə deyilir. Amma möcüzəni tanımaq heç də hamıya müyəssər olmayır. Möcüzəni yalnız o kəslər tanıya bilər ki, həmən möcüzəyə oxşar elm və fənlərə dərindən yiyələnmiş olsun. Çünki, alim və mütəxəssislər yiyələndikləri elm və fənlərin sirlərini başqalarından daha dəqiq və daha ətraflı dərk edirlər. Və belə bir halda yalnız onlar möcüzənin kimin üçün mümkün, kimin üçünsə qeyri-mümkün olduğunu bilirlər. Bu səbəbdən də elm adamları möcüzəni hamıdın tez təsdiq etmiş, sair insanlar isə əksinə olaraq, bəzən ona şübhə ilə yanaşmış və hətta bir çox hallarda onu inkar da etmişlər. Onlar belə güman edirlər ki, möcüzə iddiası edən şəxslər bunları hər hansı bir elm və ya fənnə yiyələnməklə həyata keçirirlər. Buna görə də onlar daim möcüzəyə şəkk-şübhə ilə yanaşmışlar. Bu səbəbdən də ilahi hikmət, möcüzənin cəmiyyətdə geniş yayılmış işlərə aşkar olaraq uyğun olmasını tələb edir. Allah öz peyğəmbərinə geniş yayılmış elm və fənlərə oxşar möcüzələr verir və onun məqamını, şan-şöhrətini hamının nəzərində ucaldır. Demək, zəmanəsinin peyğəmbəri o dövrün yayılmış elm və sənətinə oxşar möcüzələr göstərmiş və bu yolla yaşadığı məntəqənin tanınmış və nüfuzlu şəxsiyyətlərini özünə cəlb edə bilmişdir. Belə olduğu bir şəraitdə insanların əksəriyyəti həqiqətdən agah olur, ən başlıcası isə Allah-taala öz höccətini onların (insanların) üzərində tamamlayır. Bu ilahi qanuna əsasən, tarixə nəzər saldıqda baxıb görürük ki, sehrkarlıq və cadugarlıq baş alıb getdiyi bir gündə Allah-taala həzrət Musa (ə)-a əsanı, Yunan tibbi aləmə səs saldığı vaxtda isə həzrət İsa (ə)-a ağır xəstələri, hətta ölüləri diriltməyi möcüzə olaraq bəxş edir.
    Həzrət Musa (ə) öz əsasını sehrkarların qarşısına atır və əsa Allahın izni ilə əjdahaya dönüb onların bütün sehr alətlərini udur və beləliklə də, başda cadugarlar olmaqla, yəhudilərin böyük bir hissəsi Musa (ə)-a iman gətirir. Çünki, onlar sehr və cadunun nə olduğunu bilir və Musa (ə)-ın möcüzəsini isə ilahi qeyb tərəfindən olduğunu da yaxşıca dərk edirdilər.
    İsa (ə)-ın zamanında da biz həmən həqiqətin bir daha şahidi oluruq. Yunan tibbi yunanların müstəmləkəsi olan Suriya və Fələstin ərazilərində özünün son inkişaf mərhələsinə çatdığı bir vaxtda Allah-taala, İsa (ə)-ı məhz burada peyğəmbərliyə seçir, möcüzə yolu ilə ağır xəstələri və ölüləri diriltməyi onun ixtiyarına qoyur. Musa (ə)-ın dövründə olduğu kimi, Yunan təbibləri də İsa (ə)-ın möcüzəsinin qarşısında diz çöküb onun göstərdiyi möcüzələrin ilahi qeybdən qaynaqlandığını dərk edir və ona iman gətirirlər.
    Bir anlığa qayıdaq Ərəbistan yarmadasının cahiliyyət dövrünə. Onların ictimai həyat tərzini nəzərdən keçirdikdə baxıb görürük ki, cahil ərəblərin məharətlə yiyələndikləri və fəxr edəcəkləri yeganə şey vardırsa, o da onların şer sənətində əldə etdikləri fəsahət və bəlağətdir. Müxtəlif qəbilələrin söz ustadları şəhərin mərkəzində şer məclisləri qurur və orada özlərinin ən gözəl şerlərini oxuyurdular. Burada oxunan şerlər adətən özünütərif və ya başqalarını tənqid-təhqir xarakterini daşıyırdı. Şairlərin sayı artıqda onlar mərkəzi bazarlarda toplanır və öz istedadlarını fəxrlə nümayiş etdirirdilər. Şairlər arasında münsiflər heyəti seçilir və ilin ən gözəl şeri elə oradaca elan olunurdu.
    Şairlər çoxaldıqca oxunan qəsidələrin sayı da çoxalır və onlardan ən yaxşısını seçmək daha da çətinləşirdi. Belə ki, münsiflər heyəti yeddi ən gözəl qəsidəni seçib onları Kəbənin divarlarından asmaq qərarına gəlir. Şerlər qızıl su ilə yazılır və camaat arasında «qızıl şerlər» və ya «muəlliqati səbə» (yeddi asılmış şer) adlanırdı. Münsiflər heyətinə Nabicə Zibyani rəhbərlik edirdi. O, həcc ziyarəti zamanı Məkkənin Ukkaz bazarına gələr və yeni yazılmış şerləri oxuyardı. Ehtiram əlaməti olaraq Zibyani üçün qırmızı çadır qururlar və şairlər növbə ilə onun görüşünə gəlib yeni qəsidələrini ona təqdim edirdilər. O, da şerləri diqqətlə dinləyir və ən gözəl şer ustalarına fəxri mükafatlar təqdim edirdi. (Şuəraul Nəsraniyyə, 2/640. Beyrut çapı).
    Şer və ədəbiyyatın inkişaf etdiyi belə bir dövrdə həzrət Məhəmməd (s) Allah tərəfindən peyğəmbərliyə seçilir və qiyamətə qədər qüvvədə olacaq müqəddəs Quranı ona vəhy edir. Şöhrəti bütün Ərəbistan yarmadısana yayılmış şer ustaları Quran ayələrini oxuyaraq onun fəsahətinə məftun olurdular. Nəhayət onlar da Quranın bəşər yaradıcılığı olmadığını və Allah tərəfindən həzrət Məhəmmədə (s) vəhy olaraq nazil edildiyini dərk etdilər.
    İbni Sukəytdən nəql olunmuş hədisdə bu həqiqət bir daha açıqlanır. Hədisdə deyilir:
    «İmam Rza (ə)-ın yanına gəlib ondan soruşdum ki, nə üçün Allah-taala möcüzə olaraq Musa (ə)-a əsa və parlaq əli, İsa (ə)-a tibbi, Məhəmməd (s)-a isə ecazkar kəlamları bəxş etmişdir?
    İmam Rza (ə) buyurdu: Allah-taala Musa (ə)-ı peyğəmbərliyə təyin etdiyi zaman sehr və cadugarlıq geniş yayılaraq hamı tərəfindən rəğbətlə qarşılanırdı. Musa (ə) da məhz bu üslubdan istifadə edərək Allahın izni ilə kimsənin bacarmadığı möcüzə göstərir və bu yolla həm öz peyğəmbərliyini sübuta yetirir, həm də cadugarların sehrlərini bütünlüklə batil edirdi.
    İsa (ə)-ın zamanında isə bir çox ağır xəstəliklər yarandığından bu sahədə mütəxəssislərə böyük ehtiyac hissi duyulurdu. Belə bir şəraitdə Yunanıstanda və onun müstəmləkələrində görkəmli təbiblər meydana gəldi, tibb elmi get-gedə əsil gəlir mənbəyinə çevrilməyə və bir çoxları tərəfindən sui-istifadə edilməyə başladı. Tibb elmi öz inkişaf mərhələsini keçdiyi belə bir şəraitdə, İsa (ə)-a bu elmə oxşar möcüzə verilir. O, ağır xəstələri, anadangəlmə kor və karları sağaldır, hətta bəzi hallarda Allahın izni ilə ölüləri də dirildirdi. Beləliklə, həm onun peyğəmbərliyi, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olurdu.
    Həzrət Məhəmməd (s)-ın dövründə isə, şer və ədəbiyyat özünün son inkişaf mərhələsinə çatmışdı. Belə bir şəraitdə Məhəmməd (s) peyğəmbərliyə təyin olunaraq, vəhy yolu ilə Quran ayələrini şer, qəsidə və yüksək sənətkarlıqla söylənilmiş söz vurğunu olan cahil ərəblərə tilavət etməyə başlayır. Beləliklə, həm onun peyğəmbərliyi sübuta yetirilir, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olur. (Üsuli-kafi, 1-ci cild. Əql və cəhalət fəsli, 20-ci hədis).
    Diqqət yetirmək lazımdır ki, Peyğəmbər (s)-ın Qurandan başqa «şəqqul qəmər», kərtənkələni danışdırması, daşların onun qarşısında Allahı zikr etməsi və s. möcüzələri olmuşdur. Amma Quran bir neçə səbəbə görə bütün bu möcüzələrdən daha çox əhəmiyyət kəsb edir.
    1. Yaradılış və bir çox elmlərin sirlərindən agah olmayan ərəblər bu kimi möcüzələrə şəkk və tərəddüdlə yanaşa bilsəydilər də, şer sənətindən kifayət qədər məlumatları olduqları üçün Quranın fəsahətini heç cür inkar edə bilmirdilər. Çünki, onların özləri bu elmlərə yiyələnmiş və bir çox dəyərli əsərlər yarada bilmişdilər. Amma necə olursa-olsun özlərini Quranın qarşısında tamamilə aciz hesab edirdilər.
    2. Peyğəmbər (s)-ın göstərdiyi bəzi möcüzələr müəyyən zaman, məkan və şərait çərçivəsində idi və məhz bu səbəbdən də onlar müvəqqəti olmalı, zaman keçdikcə bir tarixi hadisəyə çevrilməli və ağızdan-ağıza nəql olunmalıydı. Quran isə əbədi möcüzə olaraq Məhəmməd (s)-a nazil olmuş və qiyamətə qədər qüvvədə qalacaqdır. Biz növbəti fəsillərdə bəzi şəxslər tərəfindən tərəddüd ilə yanaşılan, Peyğəmbər (s)-ın digər möcüzələrinə işarə edəcəyik.

    Kitabın adı: Əl-bəyan 1-ci cild
    Müəllif: Ayətullah hacı Seyyid Əbülqasim Xoyi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 8 Mart 2015 13:15 | Redaktor | Şərh yazdı
    Allah razı olsun Leylam. Əllərvə sağlıq.  Tural qardaş düz vurğulayıb. Əslində qeybdə olan itib-batan biziz. özümüz gözümüz bağlayırıq. ancaq gözəl işiqli zərli-bəzəkli dünya isdiyirik. biz əyər axirət dünyasın görmək isdəsək o Zaman Ağam Zühür edər...

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Mart 2015 23:05 | Administrator | Şərh yazdı
    Allah razı olsun İnşAllah
    Əslində qeybdə olan İmam Zaman ağa deyil, qeyb olan-iten bizik.

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 7 Mart 2015 21:49 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 7 Mart 2015 20:36 | İstifadəçi | Şərh yazdı
    Allahin salami ve salavati üzerinize olsun inşAllah.Allah razı olsun çox gözel xeberdir.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 7 Mart 2015 20:34 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun bacı men bu kitabı yazan alimin qebrini Necef şeherinde ziyaret etmişem Allah size nesib etsin Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.