Fatimeyi-Zəhra (s.ə) Quran ayələri baxımından
O alicənab xanımın böyüklüyü, əzəməti və müqəddəsliyi haqqında çox söz deyilmiş, çox yazılmışdır.
Amma bütün bunlardan daha üstünü o fəzilət və əzəmət sahibinə məxsus əlamətlərin, nişanələrin Qurani-Kərimdə öz əksini tapmasıdır. Allah-təala Qurani-Kərimdəki bir çox ayələrdə dünya qadınlarının fəxri olan Fatiməyə (ə) böyük ehtiramla işarə etmişdir ki, bunun özü də ayrılıqda bu iş və mübarizə qadınına – inqilab və müqəddəslik xanımına ən böyük bir iftixarı nəsib edir.
Bu məsələ ilə bağlı qeyd etmək lazımdır ki, Fatimə (ə) Qurani-Kərimin Əhli-beytə (ə)6 , qarşılıqlı lənətləməyə, qohumluqda məhəbbət və mehribanlığın, nəzrdə sədaqətin gözlənilməsinə, yetimlərə, yazıqlara, əsirlərə rəhm etməyə aid şərif ayələrinin açıq-aşkar təsdiqidir. Və bunlardan daha üstünü "Kövsər”in və başqa nümunələrin aydın təsdiqidir. Bu ayələrin hamısının o böyük xanıma aid olmasını istər şiə əhlinin, istərsə də sünnə əhlinin əksər alimləri, təfsirçiləri yekdilliklə təsdiq edirlər. Bunun özü isə göstərir ki, insaf əhli olan tədqiqatçı alimlərin heç biri bu məsələyə şəkk-şübhə ilə yanaşmır və yalnız Peyğəmbərin (s) fəzilət və kamal sahibi olan qızını bu iftixara layiq bilirlər.
Bu barədə sünnə əhlinin böyük alimlərindən Müslim, Tirmizi, Əhməd ibn Hənbəl, İbn Hacər, Beyhəqi və bir çox başqaları yuxarıdakı ayələrdə bəhs olunan mövzuların o böyük xanıma aid olduğuna işarə etmiş və bu barədə təfsirlər yazmışlar. Biz burada qısaca olaraq bu barədə olan dörd şərif aənin təfsir və şərhini veririk. Ayələrin təfsir və şərhində mötəbər məxəz və sənədlərdən istifadə etmişik.