
Fatimə (s.ə)-nin Peyğəmbər (s)-in
yazdığı vəsiyyətə olan ehtiramı.
Şeyx
Əbu Cəfər Təbəri «Əddəlail» kitabında ibn Məsudun söylədiyi rəvayəti belə nəql
edir:
Bir
nəfər kişi Fatimə (s.ə.)-nin yanına gəlib dedi:
–
Ey Allah Rəsulunun qızı, sizdə atanızdan yadigar qalan bir şey varmı ki, mən də
ondan istifadə edim?
Fatimə
(s.ə.) kənizinə buyurdu:
–
O cəridəni (yazılmış vərəq) gətir.
Kəniz
cəridəni nə qədər axtardısa, tapa bilmədi. Belə olan halda Fatimə (s.ə.) ona buyurdu:
–
Onu tez axtar tap, çünki o vərəq mənə Həsən və Hüseyn qədər əzizdir.
Kəniz
axtarmağa başladı. Nəhayət, vərəqi toz-torpağın içindən tapıb çıxartdı.
Görünür, evi süpürən zaman itirmişdi. Kəniz həmin kağızı Fatimə (s.ə)-nin
yanına gətirdi. Orada belə yazılmışdı:
«Hər
kimin qonşusu onun zülmündən amanda olmasa, möminlərdən deyildir. Kimin ki Allah
və məada etiqadı varsa, qonşusuna zülm etməz, gözəl sözlər söyləyər və təbiətən
mülayim olar. Allah-təala xeyirxah, səbirli və özünü haramdan saxlayanları sevir. Allah söyüş
söyəni, acıdili, həyasızı, çox şey istəyib inadla təkid edənləri xoşlamır, çünki
abır-həya imandandır. İman da behiştdə olar. Lakin söyüş həyasızlıqdan,
həyasızlıq isə cəhənnəmdəndir».