Xütbənin mənbələri və sənədləri
Fatimənin (ə) bu dəyərli və parlaq xütbəsinin İslam tarixində, xüsusilə də şiə əhlinin zəngin tarix və mədəniyyətində olduqca böyük əhəmiyyətini nəzərə alaraq xütbəni qeydə almış, ya onu köçürmüş və istinad etmiş mənbələri və tarixi sənədləri Əhli-beyt (ə) aşiqlərinin diqqətinə çatdırırıq.
Həzrət Fatimeyi-Zəhranın (ə) xütbəsi ilk dəfə Abbasilər dövrünün alimlərindən Əhməd bin Əbu Tahirin (vəfat tarixi – 280/893-cü il) "Bəlağat-ən-nisa” adlı dəyərli əsərində qeydə alınmışdır.
Sonra sünnə əhlinin alimlərindən Əhməd bin Əbdüləziz Cövhəri 322/934-cü ildə onun özünə oxunmuş bu xütbəni "Əl-Səqifə” adlı kitabında qeyd etmişdir.
Bu iki alimdən başqa aşağıdakı alimlər də həmin xütbə haqqında öz əsərlərində söz açmışlar: 371(981-982)-ci ildə vəfat etmiş böyük İslam alimlərindən Şeyx Səduq, Şeyx Məfud (413/1022-ci ildə vəfat edib) "Məcalis” kitabında, Seyyid Mürtəza Ələm-ül-Huda (vəfat tarixi – 436/1044-cü il) "Şafi” kitabında, Əhməd bin Məhəmməd Məkki, İbn Tavus (644/1266-cı ildə vəfat edib) "Təraif” kitabında, hədisçi Ərbili (687/1288-ci ildə vəfat edib) "Kəşfül-ğəmmə” kitabında və Məsudi "Məruc-əz-zahib” kitabında.
İbn Təyfur "Bəlağat-ən-nisa” kitabında və Əbu Cəfər Məhəmməd bin Cərir bin Rüstəm Təbəri "Dəlail-əl-əimmə” adlı kitabında da bu xütbədən bəhs etmişlər.
Sünnə əhlinin etirafı
İslam hökumətinə rəhbərlik edənlər və müsəlmanların başçıları həzrət Zəhranın (ə) qanuni atalıq varisini tapdalamaqla İslam tarixinə ən ləkəli bir səhifə yazdılar. Bu məsələdən təkcə şiələr və onların alimləri və tədqiqatçıları deyil, sünnə əhlinin də böyük alimləri bəhs etmişlər. Sonuncuların etirafları şiə aləmində mövcud olan bu gerçəkliyi bir daha təsdiq etdiyi üçün xüsusilə əhəmiyyətlidir.
Sünni əhlinin qəbul etdiyi həmin etiraflardan biri Buxarinin məşhur "Səhih” kitabında xümsün vacibliyi haqqında olan fəsildə Ayişənin dilindən söylənmiş bir rəvayətdə öz əksini tapmışdır. Həmin rəvayətdə Ayişənin dilindən deyilir:
"Rəsulullahın (s) qızı Fatimə (ə) atasının vəfatından sonra Əbu Bəkr Siddiqdən xahiş etdi ki, atası tərəfindən məsrəfdən ona çatacaq irsi bölüb versin.
Əbu Bəkr cavabında dedi: "İslam peyğəmbəri (s) demişdir: "Bizim əsla irsimiz yoxdur. Bizdən nə qalsa sədəqədir.”
Fatimə (ə) qəzəblənib Əbu Bəkri tərk etdi və vəfat edənədək bir daha onunla əsla danış madı.”
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild