«Vüsal şövqündən doğan gülüş»
...Rəhmətlik Mürtəza Taliqani mələkuti nəfs sahibi idi. Ömrünün son illərini Məhəmməd Kazim Yəzdinin mədrəsəsində yaşamışdı. Həkim Hiydəci kimi dərs deməklə məşğul olurdu və tələbə hansı dərsi istəsəydi onu da deyirdi. Seyyidin mədrəsəsinin tələbələri deyirdilər:
Şeyx Mürtəza öləcəyi günün axşamı bütün tələbələri öz hücrəsinə topladı və sübhə qədər onlarla deyib-güldü. O axşam hamı ilə zarafat edir, hamının könlünü oxşamağa çalışırdı. Mədrəsənin tələbələri öz hücrələrinə getmək istəyəndə deyirdi:
Bir gecədir, qənimətdir. Tələbələrin heç biri onu öləcəyini güman etmirdilər.
Azan vaxtı şeyx dama qalxıb azan dedi və aşağı enib öz hücrəsinə getdi.
Gün hələ çıxmamışdı ki, gördülər şeyx üzü qibləyə uzanıb üzünü bir parça ilə örtmüş və dünyadan köçmüşdür.
Mədrəsənin xadimi deyir:
Günortadan keçmiş (səhərisi gün şeyx vəfat edir.) Şeyx mədrəsənin həyətində dolaşarkən mənimlə rastlaşdı və dedi:
Bu gecə yatacaqsan, sübh yuxudan duranda, dəstəmaz almaq üçün hovuzun qırağına gələndə eşidəcəksən ki, deyirlər:
Şeyx Murtəza vəfat etdi.
Xadim deyir:
Mən onun nə demək istədiyini anlamadım, dedim yəqin zarafatyana nəsə demək istəyir. Sübh yuxudan durub hovuzun kənarına dəstəmaz almaq üçün gələndə gördüm mədrəsənin tələbələri deyirlər:
Şeyx Mürtəza vəfat edib.
«Niyə ki... amma...!»
Əbdünnəbi İraqi Nəcəf və Qum elmi hövzələrinin böyük ustadlarından və dəyərli əsərlər sahibi idi.
İraqinin Ayətullahül-Üzma seyyid Əbul-Həsən İsfəhaniyə böyük hörmət və etiqadı var idi. İsfəhanini İmam Zamanın təsdiq və təyin etdiyi nümayəndələrindən və onunla görüşən şəxslərdən hesab edirdi. Bu barədə eşitməli olan qəribə bir mükaşifəsi də olmuşdur.
İraqi bu barədə deyirdi:
Nəcəf-Əşrəfdə olduğum vaxtlarda on dörd mühüm və çətin məsələ zehnimi məşğul etmişdi. Həllini tapa bilmirdim. Qərara gəlmişdim ki, o məsələləri İmam Zamandan soruşum. Həmin əyyamda eşitdim ki, şəri məşəqqət yolu ilə ali dərəcəyə çatmış bir nəfər mürtaz Nəcəfə gəlib və qəribə işlər görür.
Onun görüşünə gedib yoxladım, gördüm agah adamdır. Sonra ondan soruşdum: Səndə olan məlumata əsasən səncə İmam Zamanı görmək olar?
Cavab verdi: Bəli.
Dedim: Necə?
Dedi: Xalis niyyətlə dəstəmazlı və qüsullü halda səhraya gedərsən... xəlvətdə, gözdən uzaq bir yerdə üzü qibləyə oturarsan... Yetmiş dəfə "Ayətül-Kürsü”nü bütün vucudunla oxu, sonra hacət və istəyini tələb elə. Yəqin bil ki, dediklərimi eləyəndən sonra, yanına gələn ilk şəxs istədiyin adam olacaqdır, onun ətəyindən yapışıb hacətini dilə.
Bu məqsədlə günlərin bir günü tam hazır vəziyyətdə Səhlə məscidinin biyabanına yollandım və deyilənləri üzü qibləyə kamal-ədəblə icra etdim. Gördüm böyürdən ərəb paltarında bir nəfər görkəmli şəxs peyda oldu və mənə dedi:
Sizin mənimlə işiniz var idi? Dedim:
Sizinlə yox. Dedi:
Niyə? Məni o qədər qəflət basmışdı ki, yenə də dedim:
Yox, səninlə işim yoxdur.
O çıxıb getdi. Mən birdən özümə gəldim və tez onun arxasınca düşdüm. O həmin çöllükdə bir mənzilə daxil oldu. Mən də ora çatıb gördüm qapı bağlıdır. Qapını döydüm, bir nəfər qapını açıb soruşdu:
Nə istəyirsən? Dedim:
Bura indicə daxil olan ağanı istəyirəm.
Dedi: Buyur içəri.
İçəri keçdim... Balaca bir ev idi. Qarşısında eyvanı da var idi. Həmin eyvana bir taxt qoyulmuşdu və taxtın üstündə on ikinci məsum imam Həzrət Mehdi (ə) oturmuşdu. Keçib salam verdim. Həzrət salamımın cavabını verdi, amma özümü elə itirmişdim ki, zehnimdə tutduğum bütün məsələləri tamam unutdum. Heyran-heyran baxıb nə deyəcəyimi bilmirdim. Axırda bir-iki başqa sual soruşub cavabımı alandan sonra çölə çıxdım.
Evdən bir az uzaqlaşmışdım ki, zehnimdə tutduğum, sualına cavab axtardığım 14 məsələ yadıma düşdü. Tez geri qayıdıb təzədən qapını döydüm. Yenə də həmin adam gəlib qapını açdı və dedi:
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı