Bir gecə də qənimətdir
Arif Taliqani rəhmətə getməmişdən bir gün qabaq mədrəsənin tələbələrini öz hücrəsinə dəvət etmişdi. O, tələbələrlə deyib-gülür və zarafatlaşırdı. Tələbələr hər dəfə durub getm ək istəyəndə şeyx deyirdi: "Bir gecə də qənimətdir.”
Mədrəsənin xidmətçisi belə deyirdi: Şeyx rəhmətə getməmişdən qabaqkı gün axşam çağı mənimlə rastlaşanda dedi: "Səhər sübh namazına durub dəstəmaz alanda mənim rəhmətə getdiyimi eşidəcəksən.” Mən onun dediklərini başa düşməyib, zarafat kimi qəbul etdim.
Sübh azanında Şeyx mədrəsənin damına çıxıb azan dedi. Sonra qayıdıb öz hücrəsinə girdi. Şeyx həmişəki adəti üzrə hər gün sübh namazından sonra mədrəsənin həyətində gəzişərdi. Amma həmin gün onun hücrəsindən çıxmadığını görəndə, hamı narahat oldu. O, hücrəsində üzü qibləyə uzanıb canını Allaha tapşırmışdı. Tələbələr qışqırdılar: Şeyx Mürtəza öldü! Elə bu vaxt dəstəmaz alan mədrəsə xidmətçisi Şeyxin dünən dediklərinin zarafat deyil, həqiqət olduğunu başa düşdü.
İlahi arif şeyx Mürtəza Taliqani 1942-ci il məhərrəm ayında vəfat edir və Həzrət Əlinin (ə) hərəminin həyətində dəfn olunur.
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.