«Mənəvi aləmə səfərin intizarında»
Əllamə Məhəmmədtəqi Cəfəri öz ustadı şeyx Mürtəza Taliqani haqqında nəql edirdi:
Məhərrəm ayına iki gün qalmış hər gün olduğu kimi ustadın yanına dərs almağa getdim, dedi:
Qalxın gedin, niyə gəlmisiniz? Deyəndə ki, dərs üçün gəlmişəm, dedi:
Dərs qurtardı.
Mən elə bildim məhərrəm ayı yaxınlaşdığı üçün belə deyir, ona görə də dedim: Hələlik hövzələr tətil olmayıb.
Dedi: Bilirəm, mən müsafirəm, mən müsafirəm. Taliqaninin ulağı getmiş, palanı qalmışdır, ruhu getmiş, cismi qalmışdır, la ilahə illəllah!
Bunu deyib gözlərindən bulud kimi yaş axıtdı. Anladım ki, ölümündən xəbər verir, halbuki sap-sağlam gözə dəyirdi.
Vəziyyəti belə görüb dedim:
Mənimlə söhbət edin!
Dedi:
Afərin, ağacan, indi anladınız, indi anladınız. Sonra bu beyti oxudu:
Fürsət var ikən çalış gün ağla özünə
Qocalsın əl-ayağın baxmayacaqdır sözünə.
Bu beyti deyib həmin halda "la ilahə illəllah” kəlməsini söylədi.
Çöhrəsinə aydın görünəcək nur çökmüşdü. Mən qalxıb getdim. İki gün çəkmədi ki, Taliqaninin ölüm xəbərini gətirdilər. Təəssüf edə-edə tələbələrlə birlikdə Taliqaninin qaldığı Seyyid Kazim Yəzdinin mədrəsəsinə tərəf yollandıq.
Dedilər ki səhərə yaxın, adəti üzrə evin damına qalxıb münacat etmiş, sonra sübh namazını qılıb hücrəyə girmiş və artıq çölə çıxmamışdır. Gün qalxmazdan qabaq həmişə hücrədən çıxıb mədrəsənin həyətinə gələn Taliqanini görməyən tələbələr nigaran qalıb onun hücrəsinə gedirlər... Görürlər ki, müraqibə halında söykənib canını tapşırıbdır.
Qüsul verib kəfənləməyi mən boynuma götürdüm. Qüsulxanadan qəribə xoş qoxu gəlirdi. Əvvəllər heç kim buna oxşar xoş qoxunu duymadıqları üçün çox təəccüb etdilər. Cəsədində də qəribə nur hiss olunurdu. Cənazəni Nəcəfin Vadiüs-səlam qəbristanlığında torpağa tapşırdılar.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı