Hidayət nuru
Ustad Əllamə Məhəmməd Təqi Cəfəri şeyx Mürtəza Taliqaninin dilindən belə nəql edir: "Mən (Şeyx Taliqani) uzun müddət Taliqanda çobanlıq edirdim. Bir gün yenə qoyunları otararkən Quran səsi eşitdim. Bu səs, sanki məni yuxudan ayıltdı. Mən Allahla danışaraq dedim: İlahi, sən öz çağırışını bizim üçün yer üzünə göndərdin. Amma mən ömrümün sonuna qədər sənin bu çağırışına cavab verməməliyəmmi? Həmin vaxt kəndə qayıdıb qoyunları sahiblərinə qaytardım. İşlərimi səhmana salandan sonra təhsil almaq üçün İsfahana yollandım. Beş il İsfahanda təhsil alandan sonra Nəcəfə gedib Axund Xorasaninin dərslərinə qatıldım. Bir müddətdən sonra gördüm ki, bu dərslərdən heç bir fayda ala bilmirəm.
Mürtəza, Mürtəza...?
Alim və ariflərin şərhi-halını yazan mühəqqiqlərdən biri belə deyir: Mötəbər nəqlə görə, böyük arif şeyx Mürtəza Taliqani bir məsələyə görə narahat olub, Nəcəf hövzə tələbələrindən birinə əsəbiləşmişdi. Amma sonradan səhv etdiyini başa düşən Şeyx Taliqani özünü məzəmmət edərək ağlaya-ağlaya deyirdi: "Mürtəza, Mürtəza, it oldun? Mürtəza, Mürtəza, it oldun?
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.