Şeyx Mürtəza Taliqanini yad edərkən
Ayətullah Behcətin bəhrə aldığı ustadlardan biri də Şeyx Mürtəza Taliqani olmuşdur. Burada bu böyük alimin həyatından qısa məlumat verməklə kifayətlənirik.
İlahi arif Şeyx Mürtəza Taliqani Nəcəfi 1847-cü ildə Taliqan şəhərinin Dizan kəndində dünyaya göz açmışdır. Yazıb-oxumağı doğulduğu kənddə öyrəndikdən sonra "müqəddəmat” dərslərinin təhsilinə başlayır. Tehrana hicrət edəndən sonra "müqəddəmat və səth” dərslərini orada başa vurur. Əqli dərsləri–yəni fəlsəfəni Tehranda oxumağa başlayan Şeyx Taliqani bu elmlərə daha dərindən yiyələnmək üçün iki böyük alim, arif Axund Molla Məhəmməd Kaşi və Cahangirxan Qaşqayinin dərslərinə qatılır. O fiqh elmini öyrənmək üçün dövrünün böyük ustadlarından, o cümlədən Nəcəfi Məscidşahi İsfahani, Seyyid Məhəmməd Baqir Dərəçeyi, Əllamə Gəzi və Şeyx Mürtəza Dizi İsfahanidən dərs almışdır.
1880-cı ildə Nəcəf-Əşrəfə hicrət edən Şeyx Mürtəza Taliqani, Mühəqqiq Xorasani, "Ürvətül-vüsqa” kitabının müəllifi və Nəcəfin digər böyük ustadlarından istifadə edərək "ictihad” məqamına çatır.
İlahi arif Şeyx Mürtəza Taliqani zamanın böyük övliyalarından hesab olunurdu. O, nafilə və müstəhəb əməllərə çox dəqiq fikir verər və Allah zikrini yaddan çıxarmazdı. Bu böyük alim, adətən təkliyi sevər və başqalarıyla çox da get-gəl etməzdi. Nəcəfdə tədrislə məşğul olan Şeyx Taliqani Həzrət Əlinin (ə) hərəmi, mədrəsə və bəzi zəruri yerlərdən başqa bir yerə getmirdi. Dərslərində ondan kömək istəyən hər bir tələbəyə öz köməyini əsirgəməz və ibtidadi dərslərdən tutmuş ali səthə qədər bütün səviyyələrdə tədris edərdi. Yazdığı məktubların sonunda vurduğu möhürun üzərinə bu cümlə həkk olunmuşdu: "Allahummə nəcci Murtəza minən-nar” (İlahi, Mürtazanı cəhənnəm atəşindən nicat ver.)18
Şeyx Mürtəza Taliqanidən nəql olunan hekayə və əhvalatlar avtobioqrafi şərhdən çox onun ruhi mənəvi hallarını bəyan edir. Beləliklə, birneçəsini nəql edərək onun həyatı barəsindəki sözümüzü sona çatdırırıq.