«Namazı niyə tək qıldın?»
Günlərin bir günü Seyyid Rəzi namazda qardaşı Seyyid Murtəzaya iqtida etdikdən sonra birdən, namaz əsnasında fürada (tək) niyyəti ilə camaat namazından ayrılaraq namazını tək qıldı. Onlar evə qayıtdıqdan sonra Seyyid Murtəza qardaşından anasına gileyləndi. Anası Seyyid Rəzini məzəmmət edib danladıqda Seyyid Rəzi belə dedi:
Namazı ayrılıb tək qılmağımın səbəbi var idi. Namaz əsnasında birdən gördüm ki, qardaşım bütünlüklə qadın qanına qərq olub. Mən bu halı görəndə bərk heyrətləndim və çarəsiz qalıb namazımı ayrı qıldım.
Seyyid Murtəza qardaşının dediklərini təsdiqləyib dedi:
Məscidə gedərkən yolda bir qadın heyz məsələsi ilə bağlı məndən bir sual soruşdu və o səbəb oldu ki, namaz əsnasında yadıma düşməklə fikrimi məşğul etsin.
«Zamanda seyr»
Mərhum Mühəddis Nuri "Mustədrəkül-vəsail” kitabında tanınmış alim Seyyid Hüseyn Qəzvinidən belə nəql edir:
955-ci hicri ili (Birinci Şəhidin şəhadətindən 179 il sonra) yuxuda gördüm ki, Cəzzin qəryəsində, yəni "Birinci Şəhid” ləqəbiylə məşhur olan Şeyx Şəmsəddin Məhəmməd ibn Məkkinin (vəfatı 786 q.) kəndindəyəm. Şeyxin evinə gedib qapını döydüm. Şeyx özü qapını açdı. Mən ondan xahiş etdim
ki, Şeyx Cəmaləddin ibn Mütəhhər Əllamə Hillinin ictihad haqqında yazdığı kitabı mənim üçün gətirsin. Evə daxil olub həmin kitabla birgə zənnimcə, hədislərə aid başqa bir kitabı da gətirib mənə verdi.
Yuxudan oyandığım zaman gödüm ki, o iki kitabın ikisi də yanımdadır.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı