Siz kafirlik edirsiniz ha... Burda gül-çiçəyin kənarında oturmusunuz və bir belə nemətə küfr edirsiniz. Sabah Məşhədin yaylaqlarından birinə − məsələn tərqəbəyə də getsəniz, neçə gün qalandan sonra başqa bir yerə getmək həvəsinə düşəcəksiniz.
Sonra dedi: "lən tətil lil-dərs” Əlavə olaraq izah etdi ki, "lən” kəlməsi əbədi inkar mənasını verir, bunu dedim biləsiniz ki, tətil söhbəti olmayacaq.
O günün sabahısı, yəni cümə günü mədrəsəyə dərs demək üçün gələndə ustadın bütün xüsusi şagirdləri hazır dayanmışdılar. Ustad həmişəkindən fərqli olaraq dərs metodunu dəyişmişdi.
Mirzə Cavad Tehraniyə xitab olaraq (Mirzə İsfəhaninin şagirdlərindən olmuşdur) bir neçə kəlmə söz deyib sonra məbdə və məad, maarifin və etiqadların üsulu haqqında müxtəsər mətləblərə toxundu. Hər iki-üç cümlənin arasında və ya hər mövzudan sonra buyururdu:
Cavad ağa! Mən sizə deyirəm, başa düşürsən nə deyirəm, hükəma nə demişdir?
Artıq mənim dərsim sona yetdi! Siz gərək məndən sonra bu sözləri tələbələrə çatdırasınız, tələbələrə yol göstərəsiniz!
Təqribən bir saata yaxın söhbət bəyan etdi və hər beş dəqiqədən bir yenə deyirdi:
Cavad ağa, bunları sənə dedim, tələbələrin hidayətini sən öz öhdənə götürməlisən.
Xülasə dərs başa çatdı. Bütün şagirdlər təəccüb içində idilər, hər biri ustadın danışığını bir cürə yozurdu. Daha çox da şagirdləri təəccübləndirən bu idi ki, dünən ustad tətili qadağan edirdi, amma bu gün deyir mənim dərsim qurtardı, artıq dərsim yoxdur. Bu əmr hardan gəldi? Yoxsa qeybdənmi işarə oldu? Ustada nə olur? Gələcəkdənmi xəbər verir? Mütləq şəkildə dərslərinin tətil olacağını bildirir.
Yay tətili başa çatdı və hövzənin dərsləri yenidən başladı. Amma ustad daha dərs demirdi. Çox keçmədi ki, ustadın infarkt keçirdiyini və az sonra ürəkağrıdan ölüm xəbərini eşitdik.
Ustadın böyük oğlu Mirzə Əlirza tez özünü yetirdi ki, atasının başı üstündə olsun. Onu saxlayıb dedilər ki, atan infarkt keçirib, yanında hay-küy salmaq olmaz.
Fəryad çəkib dedi:
Atam bu gün sübh öləcəyini xəbər vermişdi. Demişdi mən gedirəm qüsul verməyə, Pərvərdigarımın yanına pak-qüsullü getmək istəyirəm. İcazə verin atamla görüşüb, üzündən öpüm.